Problemli kreditlər artır - restrukturizasiya mexanizmi vacibdir

Problemli kreditlər artır - restrukturizasiya mexanizmi vacibdir"Son dövrlərdə bank kreditlərini ödəməkdə çətinlik çəkən vətəndaşların sayı artdığından "kreditin dondurulması" məsələsi aktuallaşıb. Qeyd etmək lazımdır ki, kreditin dondurulması hüquqi termin kimi qanunvericilikdə ayrıca mexanizm şəklində nəzərdə tutulmasa da, praktikada bu proses adətən kreditin restrukturizasiyası və ya ödəniş möhlətinin verilməsi formasında həyata keçirilir. Azərbaycanda da bu praktika mövcuddur".

Bunu BiG.AZ-a açıqlamasında bank eksperti Asif İbrahimov bildirib.

O, qeyd edib ki, borcalan üzrlü səbəblərdən - gəlirinin azalması, iş yerini itirməsi, sağlamlıq problemləri və ya digər sosial-iqtisadi çətinliklərlə üzləşdiyi halda - kredit öhdəliklərinin müvəqqəti yüngülləşdirilməsi üçün banka rəsmi müraciət edə bilər. Bu zaman bank kredit müqaviləsinin şərtlərinə və borcalanın maliyyə vəziyyətinə uyğun olaraq müəyyən müddətə əsas borcun ödənişini təxirə sala, aylıq ödənişi azalda və ya kredit müddətini uzada bilər:

"Vacib məqam odur ki, kreditin dondurulması avtomatik hüquq deyil və hər bir bank tərəfindən fərdi qaydada qərar verilir. Banklar risklərin idarə olunması prinsiplərinə əsaslanaraq borcalanın real maliyyə vəziyyətini qiymətləndirir və uyğun qərar qəbul edirlər.

Borcalanlara tövsiyə olunur ki, maliyyə çətinliyi yaranan kimi ödənişləri gecikdirmək əvəzinə dərhal banka müraciət etsinlər. Vaxtında müraciət həm kredit tarixçəsinin qorunmasına, həm də daha əlverişli restrukturizasiya şərtlərinin əldə olunmasına imkan verir.

Ümumilikdə, kreditlərin restrukturizasiyası mexanizmi həm vətəndaşların maliyyə yükünü yüngülləşdirir, həm də bank sektorunda problemli kreditlərin artmasının qarşısını alır. Problemli kreditlərin sayının artması isə bizə onu göstərir ki, müəyyən sahələrdə səhvlər mövcuddur və müvafiq tədbirlər görülməlidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 781   Tarix: 01 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

TOP MP3