Tarixi ədalət: 31 Mart soyqırımının xronikası

Tarixi ədalət: 31 Mart soyqırımının xronikası"31 mart ermənilər və onların havadarları tərəfindən mifik "Böyük Ermənistan" ideyasını reallaşdırmaq məqsədilə 50 mindən çox azərbaycanlı mülki şəxsin qətlə yetirildiyi, yüz minlərlə soydaşımızın isə müxtəlif məhrumiyyətlərə məruz qaldığı soyqırımı hadisələrinin 108 ili tamam olur".

Bunu BiG.AZ-a açıqlamasında millət vəkili Bəhruz Məhərrəmov bildirib.

O, qeyd edib ki, son illərdə Quba və Azərbaycanın digər bölgələrində aşkarlanan kütləvi məzarlıqlarda aparılan araşdırmalar göstərir ki, demək olar ki, bütün qurbanlar silahsız və müqavimət göstərə bilməyəcək vəziyyətdə vəhşicəsinə qətlə yetirilmiş, bu vəhşiliklərin izləri skeletlərdə açıq şəkildə görünür. Bu faktlar göstərir ki, azərbaycanlı olduqları üçün öldürülən insanlar hər hansı milli, etnik, irqi və ya dini qrupun qismən və ya bütövlükdə məhv edilməsi məqsədilə qətlə yetirilmişdir və buna görə də həmin cinayətlər soyqırımı hesab olunur:

"Təəssüf ki, dünya birliyi bu cinayətlərə hüquqi qiymət verməkdə uzun müddət gecikmiş, erməni vəhşiliyini ört-basdır edən cəzasızlıq mühiti isə sonrakı dövrlərdə erməni terrorizminin yeni cinayətlərinə yol açmışdır.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə, 1918-ci ilin iyulun 15-də, erməni daşnaklarının azərbaycanlılara qarşı törətdiyi cinayətləri araşdırmaq məqsədilə Fövqəladə İstintaq Komissiyası yaradılmışdır. Lakin sonradan AXC Parlamentinin amnistiya qərarları araşdırmaların effektivliyini azaltsa da, arxivlərdə qalan sənədlər gələcək nəsillər üçün qiymətli sübutlar rolunu oynadı. Sovet dövründə isə "xalqlar dostluğu" ideologiyası fonunda erməni cinayətlərinə adekvat hüquqi və siyasi qiymət vermək mümkün olmayıb.

Ötən əsrin 80-ci illərinin sonunda isə milli azadlıq hərəkatı fonunda və müstəqilliyin ilk illərində ideoloji işin antimilli xarakter daşıması, soyqırımın hüquqi-siyasi qiymətləndirilməsini ləngitmişdir. Xüsusən, AXC-Müsavat iqtidarının tarixi reallıqları saxtalaşdırması Azərbaycan xalqına əslində erməni cinayətləri qədər zərbə vurmuşdur.

1918-ci ilin mart-aprel soyqırımı barədə əsl həqiqətlər ilk dəfə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə ictimaiyyətə çatdırılmağa başlanmışdır. 1998-ci il martın 26-da imzalanan "Azərbaycanlıların soyqırımı haqqında" Prezident Fərmanı ilə həmin hadisələrə adekvat siyasi qiymət verilmiş və 31 mart "Azərbaycanlıların Soyqırımı Günü" elan edilmişdir.

Tarixi ədalət: 31 Mart soyqırımının xronikasıBu siyasi kursu Prezident İlham Əliyev uğurla davam etdirir. Vətən müharibəsi və antiterror əməliyyatlarında Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi qazandığı zəfərlərlə həm də 1918-ci il hadisələrinin qisasını almış, "Böyük Ermənistan" ideyasını puça çıxarmışdır. Eyni zamanda, erməni terrorçularının Azərbaycan ədalət mühakiməsinə təhvil verilməsi və separatizmin kökündə dayanan ideologiyaya zərbə vurulması ilə bir əsrdən artıq davam edən vəhşiliklərə son qoyulmuşdur.

Bugün, 108 il sonra, 31 mart soyqırımı həm də imperializmin ikili standartlarının məhsulu olaraq tarixdə qalır. O dövrdə ABŞ Prezidenti Woodrow Wilson dinc azərbaycanlılara qarşı qırğınlara fürsət kimi baxsa da, bu gün hər kəs anlayır ki, Azərbaycanın milli maraqları bölgədə hesablaşılmadan keçmir və hər hansı təhdid fiaskoya məhkumdur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 801   Tarix: 31 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.