Yaddan çıxmayan soyqırım

Yaddan çıxmayan soyqırımTarix boyu Azərbaycan qonşu ölkələrin təcavüzünə, işğalına məruz qalıb. Təbii ki, məqsəd, türk varlığına son qoymaq, dövlətimizi parçalamaq, torpaqlarını bölüşdürmək olub. Eyni zamanda xalqımız işğallar zamanı qəddar işgəncələrə məruz qalmış, tarixi abidələrimizə, milli mədəniyyətimizə qarşı barbarlıq olunmuşdur.
Ölkəmizə qarşı ən dəhşətli qırğınlardan biri də 1918-ci il mart-aprel aylarında baş vermişdi. Bu qırğın yalnız Bakıda deyil, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, Qarabağa, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütun partiyasından erməni silahlı dəstələri vasitəsilə törədilmişdir. Rəsmi mənbələrə əsasən, bu soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülmüş, on minlərlə insan itkin düşmüşdür.
Həmin dövrlərdə Azərbaycanın müxtəlif ərazilərində ermənilər məskunlaşdırılmışdı. Ermənilərin azlıq təşkil etməklərinə baxmayaraq məqsədləri böyük idi. Onlar çalışırdılar ki, azərbaycanlıları tamamilə məhv edib, ölkəmizi işğal edib, daimi məskunlaşsınlar, bir sözlə, "Böyük Ermənistan" xülyası ilə yaşayırdılar. O dövrdə Bakı Soveti rəhbərliyini erməni əsilli Stepan Şaumyan ələ keçirmişdi. Erməni qəsbkarlarının rahat şəkildə xalqımıza qarşı təcavüzündə məhz Şaumyanın həmin ermənilərlə iş birliyində olması böyük rol oynamışdır. Bakıda azərbaycanlılara qarşı bolşevik və erməni birliyini təmin etmişdir.
1918-ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər. Eləcə də Azərbaycanın başqa bölgələrində də bu qırğın xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.
Bakı şəhərində müsəlman əhalisinə qarşı ermənilərin törətdikləri qanlı cinayətlərini açıb göstərən sənədlərdə qeyd olunur ki, yaxşı silahlanmış, təlim keçmişerməni əsgərləri çoxlu miqdarda pulemyotların mühafizəsi ilə hücum edirdilər. 1918-ci ilin martında, yalnız Bakıda daşnaklar bolşeviklər, menşeviklər və başqa partiyalarla birgə 15 mindən çox günahsız müsəlmanın qətlə yetirildiyi göstərilmişdi. Eləcə də Quba, Şamaxıda dinc əhaliyə qarşı tutulan divan, məhv edilən məhəllələr əslində erməni xislətinin göstəricisidir.
Beləliklə, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımıza qarşı törədilmiş cinayətlər öz hüquqi qiymətini almağa başladı. Ulu Öndər Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.
Belə ki, bu soyqırımın digər bir sübutu da 2007-ci ildə Qubada tikinti işləri zamanı kütləvi qəbiristanlıq aşkar edilmişdir. Bundan sonra bölgəyə mütəxəssislər cəlb edilmişdir. Mütəxəssislərin rəyi nəticəsində Qubadakı məzarlıqda tapılan sümüklərin ermənilərin 1918-ci ildə törətdiyi soyqırımı qurbanlarına aid olduğu təsdiqlənib. Həmin məzarlıqda arşadırmalar zamanı məlum olmuşdur ki, insanlar xüsusi qəddarlıqla, işgəncə ilə qətlə yetirilmişlər.
Prezident İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli Sərəncamı ilə Quba şəhərində "Soyqırımı Memorial Kompleksi" nin yaradılmasına başlanılıb. Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan kompleks 2013-cü il sentyabrın 18-də açılmışdır və sahəsi 3,5 hektardır. Bu gün də erməni vandalizminin sübutu olaraq həmin kompleks ziyarət edilir.
1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir.
Bütün bu faciələr, qırğınlara baxmayaraq erməni vandalları öz istəklərinə, "Böyük Ermənistan" xəyallarına çata bilmədilər. Onların bu xəyallarına 2020-ci il İkinci Qarabağ müharibəsində və antiterror əməliyyatları zamanı tamamilə son qoyuldu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu erməni millətinə, vandallarına son 200 ildə tarixin ən böyük həyat dərsini verdi. Bu qalibiyyətə nəinki Ermənistan, hətta dünya şahidlik etdi. İndi Azərbaycan bütöv, suveren ölkə olaraq inkişaf edir və hər zaman da belə olacaq.

Gülər Baxışova
Pedaqogika üzrə fəlsəfə doktoru


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 619   Tarix: 31 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.