Eldar Əzizov MÜŞAVİRƏ KEÇİRDİ: Yağışın fəsadlarının aradan qaldırılması ilə bağlı tapşırıqlar verildi

Eldar Əzizov MÜŞAVİRƏ KEÇİRDİ: Yağışın fəsadlarının aradan qaldırılması ilə bağlı tapşırıqlar verildiBakı Şəhər İcra Hakimiyyətində şəhərin kommunal xidmətlərinin rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib.

Bu barədə BiG.AZ-a icra hakimiyyətindən bildirilib.

Vurğulanıb ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun sədrliyi ilə keçirilən müşavirədə üç gün ərzində yağan şiddətli yağışların fəsadlarının aradan qaldırılması ilə bağlı görülən işlər, fəaliyyətin daha da gücləndirilməsi, su basmış həyət və fərdi evlərlə bağlı operativ tədbirlərin görülməsi məsələləri müzakirə olunub və müvafiq tapşırıqlar verilib.

Yağışın fəsadlarının aradan qaldırılması ilə bağlı Nizami, Xəzər və Sabunçu rayonlarında görülən işlər müsbət hesab edilib, eyni zamanda bəzi rayonlarda yağışla bağlı tədbirlərin zəif aparıldığı qeyd edilib. Aparılan monitorinqlərin nəticələri kimi, yağışdan ən çox zərər çəkən tikililərin vaxtı ilə heç bir tikinti normalarına uyğun olmayaraq qanunsuz tikilən gecəqondu evlərin olduğu qeyd edilib və ərazidə yağışın fəsadlarının aradan qaldırılmasında rayon icra hakimiyyəti başçılarının şəxsi məsuliyyət daşıdığı bildirilib.

Müşavirədə martın 30-da paytaxtda təmizliklə bağlı genişmiqyaslı ümumşəhər daxili iməciliyin keçirilməsi qərara alınıb.

Toplantıda yağışın fəsadlarının aradan qaldırılması işlərində şəhərin kommunal-təsərrüfat qurumları, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin birgə fəaliyyəti təqdirəlayiq hesab edilib və bu işlərin daha da genişləndirilməsi qərara alınıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 719   Tarix: 29 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şəhidin qəzada yaralanan qardaşı vəfat etdi

Vətən müharibəsi şəhidi, XTQ mənsubu Qəhrəman Nəsirovun qardaşı vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Bildirilib ki, Q.Nəsirovun qardaşı, Rəsul Nəsirov Bakıda hərbi hospitalda dünyasını dəyişib. Qeyd edək ki, Rəsul da qardaşı kimi hərbçi olub. O, 2 il əvvə

11:28 170
.

İran-ABŞ-İsrail müharibəsi uzansa, dünya iqtisadiyyatını nə gözləyir?

"İran, ABŞ və İsrail arasında davam edən müharibənin uzanması və xüsusilə Hörmüz boğazından neft və qaz daşımalarının ciddi şəkildə məhdudlaşması qlobal iqtisadiyyat üçün böyük risklər yarada bilər. Böhran uzun müddət davam edərsə, enerji qiymətlərinin kəskin artması, inflyasiyanın sürətlənməs

14.08.2026 224
.

Təyyarələrdə niyə soyuq olur? -Ekspertlər izah edir

Siz qalın geyinirsiniz, stüardessalar yüngül köynəklərdə gəzir, kondisioner isə dişlərinizi bir-birinə dəyəcək şəkildə üfürür. Əsəbləşirsiniz? Əbəs yerə. Bu soyuqluq aviaşirkətlərin kaprizi və ya qənaət etmək istəyi deyil. xarici mediaya istinadən bunun tibbi protokol olduğunu və 10 min metr hündürlükd

14.08.2026 277
.

Küləkli havada çimərliklərə gedən vətəndaşlara xəbərdarlıq edildi

Fövqəladə Hallar Nazirliyi (FHN) hazırda Bakıda və Abşeron yarımadasında müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciət edərək küləkli havada dənizə girməyin təhlükəli olduğunu bir daha xatırladıb. BİG.AZ xəbər verir ki, nazirlik həmçinin əhalini müvafiq təhlükəsizlik qaydaların

10:16 154
.

Mənzil alarkən bu səhvə yol verməyin - "Söküləcək" deyilən binalarla bağlı xəbərdarlıq

"Yeni tikili, yoxsa köhnə tikili: vətəndaş üçün hansı daha sərfəlidir?" sualını yalnız "yeni" və "köhnə" anlayışları ilə müəyyənləşdirmək düzgün deyil. Əsas məsələ mənzilin real bazar dəyəri ilə onun alıcıya verdiyi üstünlüklər arasındakı nisbətdir". Bunu BİG.AZ-a açıqlamasınd

14.08.2026 330
.

Ağdamda da yanğın başladı - Video

Ağdamda yanğın başlayıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Mərzili kəndi ərazisində qeydə alınıb. Hazırda yanğın minalı sahələrdə davam etdiyindən bu, yanğınsöndürənlərin alovun qarşısını almasını çətinləşdirir. Qeyd edək ki, Füzuli və Xocavənd rayonlarında da ötən gündən başlaya

14.08.2026 258
.

NASA-nın yayımında Krımla bağlı qalmaqallı xəritə

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyasının (NASA) 12 avqustda Günəş tutulması ilə bağlı canlı yayımında Krım Rusiya ərazisi kimi göstərilib. BİG.AZ xəbər verir ki, TASS-ın məlumatına görə, bu barədə Krım Respublikası Dövlət Şurasının sədri Vladimir Konstantinov bildirib. Onun sözlərin

10:15 161
.

Emin Ağalarov istirahət mərkəzindəki bədbəxt hadisədən danışdı

Xalq artisti, biznesmen Emin Ağalarov "Sea Breeze" istirahət mərkəzində azyaşlı uşağın ölümü ilə nəticələnən bədbəxt hadisə barədə açıqlama verib. xəbər verir ki, o, bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşım edib. "Sea Breeze" akvaparkında baş verən faciəli qəzada bir uşa

14:54 0
.

Tiktoker "Qara qartal" bu videosuna görə SAXLANILDI

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir tiktoker saxlanılıb. -ın xəbərinə görə, 27 yaşlı Cavid Abbasov (şərti adla) öz fotosunun üzərinə qeyri-etik və nalayiq ifadələr yazaraq video düzəldib. Həmin videonu tiktok sosial şəbəkəsində idarəçisi olduğu "Qara qartal" səhifəsind

14.08.2026 301
.

TOP MP3