Aleksandr Vuçiç: "Belqrad-Budapeşt yüksəksürətli dəmir yolu xəttinin tikintisi başa çatdırılıb"

Aleksandr Vuçiç: "Belqrad-Budapeşt yüksəksürətli dəmir yolu xəttinin tikintisi başa çatdırılıb"Belqrad və Budapeşt şəhərlərini birləşdirən yüksəksürətli dəmir yolu xəttinin inşası yekunlaşdırılıb.

"Report"un Balkan bürosu xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç "EXPO 2027" üçün aparılan tikinti işləri ilə tanışlıq zamanı deyib.

Serbiya dövlət başçısı xəttin hazırda genişmiqyaslı sınaq mərhələsində olduğunu bəyan edib.

A.Vuçiç qeyd edib ki, son günlərdə "Soko" qatarı sınaq rejimində Macarıstan ərazisinə daxil olub:

"Kelebiya sərhəd-keçid məntəqəsində sərhəd prosedurlarının tamamlanması üzrə işlər hələ də davam edir. Bu məntəqədə dayanma vaxtı təqribən 20-25 dəqiqə olacaq. Bu isə Belqrad şəhər mərkəzindən Budapeşt şəhər mərkəzinə qədər olan ümumi yol müddətinin təxminən üç saat və ya üç saat beş dəqiqə təşkil etməsinə şərait yaradacaq".

Qeyd edək ki, Budapeşt-Belqrad dəmir yolunun ümumi uzunluğu 341,7 kilometrdir. Bunun 183,1 km-i Serbiyada, 158,6 km-i isə Macarıstanın payına düşür.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 140   Tarix: 29 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Turistlərin ən çox oğurluqla üzləşdiyi şəhərlər məlum oldu

Qlobal miqyasda aparılan və 13 min rəyin təhlil edildiyi araşdırma nəticəsində turistlərə qarşı ən çox oğurluq hallarının qeydə alındığı şəhərlərin siyahısına Paris, Roma və Barselona başçılıq edir. xəbər verir ki, bu statistika İspaniyada fəaliyyət göstərən "El Caso" nəşri tərəfindən ictimaiyyət

12:40 187
.

Bakıda avtomobil yandı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub. BİG.AZ xəbər verir ki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb. Məlumat əsasında dərhal əraziyə FHN-in Dövlət Yanğında

16:20 82
.

Sayğaca yüklənən pul "yoxa çıxır"? - "Azərişıq"dan abonentlərə cavab - VİDEO

Gəncədə və ölkənin müxtəlif bölgələrində elektrik sayğaclarına yüklənən vəsaitin tam oturmaması və balansdan əlavə məbləğlərin çıxılması sakinlərin narazılığına səbəb olub. Vətəndaşlar iddia edirlər ki, karta yüklədikləri məbləğlə sayğacda görünən vəsait arasında uyğunsuzluq yaranır. ATV-yə istinadl

15:30 142
.

FAO Azərbaycana balıqçılıq təsərrüfatının inkişafı üzrə beşillik plan hazırlamağı təklif edib

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycana ekosistem yanaşması prinsiplərinə əsaslanan akvakultura sektorunun inkişafı üzrə beşillik milli plan hazırlamağı tövsiyə edir. BİG.AZ "Report"a istinadla xəbər verir ki, bu barədə FAO-nun "Azərbaycanda akvakultura və balıqçılı

14:30 138
.

Zelenski: Ukrayna təhlükəsizlik sahəsində təcrübəsini Qətərlə bölüşür

Ukraynanın ekspertlər komandası Qətərdə işləyir, orada təhlükəsizlik sahəsindəki təcrübəsini və peşəkar nailiyyətlərini bölüşür. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" sosial şəbəkəsindəki səhifəsində bildirib. Onun sözlərinə görə, mütəxəssislə

15:50 103
.

Azərbaycanda pensiya yaşı dəyişir? - BELƏ OLA BİLƏR…

Azərbaycanda pensiya ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər bəzi kişilərin 5 il daha tez təqaüdə çıxmasına imkan yarada bilər. Belə ki, yeni qaydalara əsasən, əvvəllər yalnız qadınlara tətbiq olunan güzəştli pensiya hüququnun müəyyən hallarda kişilərə də şamil olunması nəzərdə tutulur. "Yen

00:09 519
.

ABŞ-İsrail koalisiyası ilə İran arasındakı müharibə müzakirə edildi: SON ZƏRBƏYƏ HAZIRLIQ? - VİDEO

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışında ABŞ-İsrail koalisiyası ilə İran arasındakı müharibə barədə müzakirə aparılıb. Tərəflər gücdən düşüb, yoxsa son zərbəyə hazırlaşırlar? İranın dialoq cavabını yubatmasının arxasında hansı plan var? ABŞ quru əməliyyatından dəniz blokadasın

28.03.2026 311
.

SON DƏQİQƏ! Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ - GÜCLÜ KÜLƏK...

Martın 30-u axşam və 31-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Naxçıvan MR, Ağstafa, Qazax, Daşkəsən, Gədəbəy, Göygöl, Kəlbəcər, Laçın, Zəngilan, Gəncə, Goranboy

14:35 379
.

Rasim Balayev I Fəxri Xiyabanda dəfn ediləcək

Xalq artisti Rasim Balayevin cənazəsinin bu gün Azərbaycana göndərilməsi planlaşdırılır. Axşam.az xəbər verir ki, bununla bağlı APA-ya Baş Konsulluqdan məlumat verilib. Rasim Balayev I Fəxri Xiyabanda dəfn ediləcək. Aktyorla vida mərasiminin sabah Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilməs

16:15 112
.

TOP MP3