KİV: Tramp GİZLİCƏ İranın yeni ali liderini seçib
ABŞ İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafı bu ölkənin yeni ali lideri postuna namizəd kimi nəzərdən keçirir.
Oxu.Az xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrinə istinadən məlumat yayıb.
"Ağ Evdə bəzi rəsmilərin fikrincə, Qalibaf İrana rəhbərlik etməyə və müharibənin növbəti mərhələsində Tramp Administrasiyası ilə danışıqlar aparmağa qadir perspektivli tərəfdaşdır", - deyə xəbərdə bildirilib.
Lakin qeyd olunur ki, Vaşinqton hələlik hər hansı konkret namizədin xeyrinə seçim etməyə hazır deyil. ABŞ hökuməti razılaşma bağlamağa razı olacaq şəxsi tapmaq üçün bir neçə iddiaçını nəzərdən keçirmək istəyir.
Mənbələrdən birinin sözlərinə görə, yekun qərar hələ qəbul edilməsə də, Qalibaf ən perspektivli namizədlərdən sayılır.
Martın 23-də bir neçə media orqanının İran-ABŞ danışıqlarında potensial iştirakçı adlandırdığı Qalibaf Tehran və Vaşinqton arasında münaqişənin həlli ilə bağlı əlaqələrini təkzib etmişdi.
Dünən bir neçə KİV İranın ABŞ ilə danışıqlarının ehtimal olunan iştirakçısı hesab etdiyi Qalibafın Tehranla Vaşinqton arasında münaqişənin həlli üzrə əlaqələrini təkzib etmişdi.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 941 Tarix: 24 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHusilər Yəməndəki Moha limanına hücum edib, ən azı bir nəfər həlak olub
Husilər Qırmızı dəniz sahilində yerləşən və Yəmən hökumətinin nəzarətində olan Moha limanına hücum ediblər. "Report" xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti Yəmən Silahlı Qüvvələrinin bəyanatına istinadən məlumat yayıb. Hücum nəticəsində təhlükəsizlik xidmətinin ə
16:20 128 Azərbaycanda zəlzələ oldu - Yenilənib
Azərbaycanda zəlzələ olub. "Qafqazinfo" xəbər verir ki, bu haqda sosial şəbəkələrdə məlumat paylaşılır. Zəzələnin şimal rayonlarında hiss edildiyi bildirilir. *. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Quba rayonunda zəlzələ qeydə alınıb. Yeraltı təkanlar 20:56-da, 13 km dərinlikd
14.08.2026 572 XƏBƏRDARLIQ! Güclü külək əsəcək - BU TARİXDƏ
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə avqustun 16-da güclü külək əsəcək. BİG.AZ xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti bununla bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi, Naxçıva
14:59 177 Tiktoker "Qara qartal" bu videosuna görə SAXLANILDI
Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir tiktoker saxlanılıb. -ın xəbərinə görə, 27 yaşlı Cavid Abbasov (şərti adla) öz fotosunun üzərinə qeyri-etik və nalayiq ifadələr yazaraq video düzəldib. Həmin videonu tiktok sosial şəbəkəsində idarəçisi olduğu "Qara qartal" səhifəsind
14.08.2026 333 Selena Qomez və anası dələduzluqla ittiham olunurlar
Müğənni Selena Qomez yaratdığı "Wondermind" şirkətinə görə məhkəməlik olub. xarici mediaya istinadən xəbər verir ki, bir qrup investor Selena Qomezi, onun anası Mendi Tifi və keçmiş biznes tərəfdaşı Daniella Pirsonu məhkəməyə verib. İnvestorlar bildiriblər ki, "Wondermind" layihəsin
14.08.2026 251 Paltaryuyan maşının simvollarının mənası - Kəpənək, spiral, əl
Paltaryuyan maşınların idarəetmə panelində onlarla işarə və proqram olsa da, bir çox istifadəçi onların əksəriyyətinin nə üçün nəzərdə tutulduğunu bilmir və daim eyni rejimdən istifadə edir. Halbuki düzgün proqram seçimi paltarları qorumaqla yanaşı, su və elektrik sərfiyyatını azalda, həmçinin cihazı
14.08.2026 343 Bərdənin üç kəndində qaz olmayacaq
Avqustun 18-də Bərdə rayonunun 3 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar 18.08.2026-cı il tarixind
16:30 131 Bu günkü iməclikdə Bakının 556 küçəsi yuyuldu - FOTO
Bu gün paytaxtda keçirilən növbəti genişmiqyaslı daxili iməcilik zamanı Bakının 556 küçəsi yuyulub. BİG.AZ xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidməti məlumat yayıb. Məlumata görə, səhər saatlarından etibarən BŞİH-in kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfində
17:28 127 "Pulun var?" - "Var" - "Pulun var, gələrəm": Azərbaycanda kişilər evlilikdən niyə çəkinir?
Son illər qadınların dilindən "kişilər evlilikdən qaçır" kimi ifadələr çox eşidilir. Bəs görəsən, bu fikir həqiqətən doğrudurmu? Kişiləri evlilikdən "qaçıran" səbəblər nədir?. Sosioloq Naib Niftəliyev -a açıqlamasında bildirib ki, Azərbaycanın klassik filmlərində belə, ailə qurma
14.08.2026 309