Sıxlığa görə 3 avtomobil yolu inşa ediləcək

Sıxlığa görə 3 avtomobil yolu inşa ediləcəkBakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-30-cu illər üçün Dövlət Proqramı" çərçivəsində üç yeni avtomobil yolu inşa ediləcək.

Axşam.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Qurumdan bildirilib ki, sürətli urbanizasiya və paytaxtətrafı qəsəbələrin genişlənməsi mövcud infrastrukturun qarşısında yeni əngəllər yaradır:

"Gündəlik olaraq onminlərlə vətəndaşın eyni saatlarda şəhər mərkəzinə doğru və ya yarımadanın fərqli tərəflərinə hərəkət etməsi əsas magistral yollarda ciddi sıxlıq yaradır.

Hazırda ətrafdan, xüsusilə də M4, M1, M3 - Ələt və ümumilikdə Bakıətrafı yollardan gələn, lakin əslində, şəhər mərkəzinə daxil olmaq istəməyən sürücülər alternativ dəhlizlər olmadığı üçün məcburi tranzit olaraq mərkəzə daxil olmalı, yəni şəhərin əsas yollarından istifadə etməli olurlar. Mövcud yollar artıq tələbatı ödəyə bilmədiyi üçün sürücülər məcburiyyət qarşısında, onsuz da, həddindən artıq yüklənmiş mərkəzi arteriyalardan istifadə edirlər".

"Belə ki, Dövlət Proqramında nəzərdə tutulan layihələrin əsas hədəflərindən biri də yol hərəkəti iştirakçılarının şəhər mərkəzinə və sıxlıq olan yollara daxil olmadan istədikləri istiqamətə rahat və fasiləsiz hərəkətini təmin etməkdir. Məhz bu məqsədlə hazırda üç yeni irimiqyaslı strateji yolun inşası planlaşdırılıb.

Birinci vacib layihə Bilgəh-Novxanı-Xırdalan-M4 avtomobil yoludur. Bu nəhəng infrastruktur layihəsi Abşeron yarımadasının şimal-şərqindəki yaşayış məntəqələrini Bakı şəhərinə daxil olmadan birbaşa şimal istiqaməti və Bakı-Şamaxı-Yevlax magistralı ilə birləşdirəcək. Beləliklə, şimal və qərb zonası ilə daha səmərəli nəqliyyat əlaqəsi qurulacaq.

İkinci mühüm layihə Sabunçu və Sulutəpə qəsəbələrini birləşdirən dairəvi avtomobil yoludur. Bu yol yarımadanın şərqindəki Sabunçu rayonu ilə qərbdəki Sulutəpə qəsəbəsi arasında birbaşa və sürətli nəqliyyat əlaqəsi yaradacaq. Sabunçu, Zabrat, Kürdəxanı, Sulutəpə və Binəqədi ərazilərində əhalinin sürətlə artdığı bir dövrdə bu yol yeni alternativ marşrut rolunu oynayacaq. Nəticədə nəqliyyat axını mərkəzi yollara daxil olmadan yönləndiriləcək və şəhərdaxili tıxaclar əhəmiyyətli dərəcədə azalacaq.

Üçüncü istiqamət isə Bakı Dairəvi−1 avtomobil yolu ilə Ziya Bünyadov prospektini əlaqələndirən dairəvi avtomobil yoludur. Məlumdur ki, hazırda Dairəvi-1 avtomobil yolu natamam olduğu üçün M1 yoluna, yəni Bakı-Sumqayıt şosesinə əlavə böyük yük düşür. Bu birbaşa bağlantı sayəsində şəhərin əsas nəqliyyat arteriyalarının inteqrasiyası güclənəcək. Xırdalan və Sumqayıt istiqamətindən gələn nəqliyyat axını "20 Yanvar" dairəsinə daxil olmadan birbaşa metronun "Koroğlu" stansiyası istiqamətinə hərəkət edə biləcək. Bu da həm mərkəzi yolların, həm də Ziya Bünyadov prospekti üzərindəki nəqliyyat yükünü azaltmağa kömək edəcək.

Məsələn, respublikanın şəhər və rayonlarından, xüsusilə də Müşfiqabad, 28 May qəsəbələrindən Bilgəh istiqamətinə getmək istəyən sürücülər Bilgəh-Novxanı-Xırdalan-M4 avtomobil yolundan istifadə etməklə şəhərə daxil olmadan bu səfəri yerinə yetirə biləcəklər.

Sulutəpədən Aeroport şosesinə çıxmaq istəyənlər isə Sabunçu və Sulutəpə qəsəbələrini birləşdirən dairəvi avtomobil yolunu seçərək tıxaca düşmədən, maneəsiz şəkildə hərəkət edəcəklər.

Yaxud Lökbatan qəsəbəsi ərazisində yerləşən "Binə" və "Sədərək" ticarət mərkəzlərindən Binə qəsəbəsi, metronun "Koroğlu" və ya "Əhmədli" stansiyaları istiqamətinə və ya əksinə getmək istəyən vətəndaşlar layihə çərçivəsində tamamlanacaq Bakı Dairəvi-1 avtomobil yolu ilə Ziya Bünyadov prospektini əlaqələndirən dairəvi avtomobil yolundan istifadə edərək şəhər mərkəzini yükləmədən, birbaşa və kəsintisiz şəkildə mənzilbaşına çatacaqlar.

Artıq Bilgəh-M4 avtomobil yolunun inşası aparılır, 2027-ci ildə isə bu magistralın istifadəyə verilməsi planlaşdırılır. Bu yolun ümumi uzunluğu təxminən 29 kilometr təşkil edəcək və altızolaqlı olacaq.

Dövlət Proqramında nəzərdə tutulan bu üç layihə vətəndaşların ümumi şəhər yollarına daxil olmadan və mərkəzi küçələrdən istifadə etmədən istədikləri istiqamətə rahat gediş-gəlişini təmin edəcək. Bu layihələrin yekunlaşması ilə şəhərin mərkəzinin və əsas magistralların yükü kəskin şəkildə azalacaq" deyə, məlumatda vurğulanıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1184   Tarix: 23 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sorğu: Böyük Britaniya əhalisinin yarısı Aİ-yə qayıtmaq istəyir

Böyük Britaniyada seçicilərin demək olar ki, yarısı Leyboristlər partiyasının lideri Endi Börnhemin növbəti ümumi seçkilərdən sonra ölkənin Avropa İttifaqına mümkün qayıdışı ilə bağlı mövqeyini dəstəkləyir. "Report" "The Guardian" nəşrinə istinadən xəbər verir ki, bunu "Messin

03.10.2026 138
.

Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu

Ucar rayon sakini toya pul yazdırmaq üçün qonşusunun evini qarət edib. -ın məlumatına görə, hadisə rayonun Şilyan kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Cəbi Qarayevi (adı və soyadı şərtidir) qonşusu Əfqan qızının toyuna çağırıb. O, həyat yoldaşı ilə birlikdə toya getmək istəsə də, pul

03.10.2026 170
.

3 oktyabr 1993-cü il: Azərbaycanın müasir dönüş nöqtəsi

"3 oktyabr 1993-cü il Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan bir tarixdir. Çünki həmin gün Heydər Əliyev xalqın iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Amma bu hadisəni yalnız prezident seçkisi kimi qiymətləndirmək düzgün olmaz. Söhbət Azərbaycanın dövlətçilik tarixini

03.10.2026 326
.

GƏLƏN İL MAAŞ VƏ PENSİYALAR ARTACAQ? - Ayrılacaq VƏSAİT AÇIQLANDI

2027-ci ilin dövlət büdcəsinin hazırlanması fonunda gəlir və xərclərin hansı istiqamətlər üzrə müəyyənləşdiriləcəyi diqqət mərkəzindədir. Xüsusilə sosial ödənişlərin, əməkhaqlarının və pensiyaların artırılması ilə bağlı gözləntilər əhali üçün əsas məsələlərdən biridir. İnflyasiya və qiymət dəyişikliklər

00:25 103
.

Oktyabrın 5-dən Bakıda yeni qayda - QADAĞAN EDİLİR

Bakının bir sıra mərkəzi küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması həftənin bütün günlərini əhatə edəcək. bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, mobilliyin artırılması, piyadaları

00:11 110
.

Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi

Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib. BİG.AZ -a istinadən xəbər verir ki, "Gold Məkan" MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək

03.10.2026 170
.

DİQQƏT! Sabah İŞIQ OLMAYACAQ - Bu ərazilərdə

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 4-də paytaxtın Nəsimi rayonunda 35/6 kV-luq 96 saylı yarımstansiyada 6 kV-luq 2-ci bölmədə təmir işləri həyata keçiriləcək. xəbər verir ki, bu barədə "Azərişıq"

03.10.2026 233
.

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinləri

00:51 71
.

ŞAD XƏBƏR - Bu şəxslər daha tez pensiya alacaq

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

00:07 98
.