Universitetlərlə bağlı gözlənilən qərar: Tələbə ancaq tələbəni görəcək?

Universitetlərlə bağlı gözlənilən qərar: Tələbə ancaq tələbəni görəcək?Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında paytaxtdan kənarda yeni universitetin yaradılması təklif olunur. Sənəddə Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən, Elm və Təhsil Nazirliyinin tabeliyində olan liseyin bazasında logistika və innovativ ixtisasların tədris edilməsinə imkan verən müasir ali təhsil ocağının yaradılması təklif edilir. Bildirilir ki, Ələt qəsəbəsi nəqliyyat qovşaqlarında yerləşən məkan olduğuna görə həmin bazada böyük bir təhsil müəssisəsinin açılması faydalı ola bilər.

Vurğulanır ki, Bakı şəhəri və ətraf ərazilərdə kifayət qədər ali təhsil müəssisələrinin fəaliyyət göstərməsi bəzi hallarda şəhərin nəqliyyat, kommunal və digər infrastruktur sahələrinin həddindən artıq yüklənməsinə səbəb olur. Bu baxımdan, Bakı şəhəri və onun inzibati ərazisinə daxil olan yaşayış məntəqələrində yeni universitetlərin yaradılması məqsədəuyğun hesab olunmur. Həmçinin bir sıra ali təhsil müəssisələrinin paytaxtdan kənarda yerləşməsi müzakirə mövzusudur.

Görəsən, universitetlərin paytaxtdan kənara köçürülməsi təhsilin keyfiyyətinə nə dərəcədə təsir edəcək?

Həmçinin tələbələr paytaxtdan kənarda asudə vaxtlarını səmərəli keçirə biləcəklərmi?

Məsələ ilə bağlı Oxu.Az-a danışan təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi qeyd edib ki, köçürülmə olarsa, təhsilin keyfiyyəti artar.

O xatırladıb ki, "Bakı Şəhərinin Baş Planı 2040"da bəzi universitetlərin şəhərdən kənara köçürülməsi ilə bağlı məsələ əksini tapıb:

"Burada əsas məqsəd paytaxtda sıxlığı azaltmaq, yollardakı tıxacın qarşısını almaqdır. İlk növbədə, universitetlərin köçürüləcəyi ərazi tələbə şəhərciyinə çevrilməlidir. Ola bilər ki, hansısa universitetlər kampus şəklində yenidən təşkil olunsun. Orada tələbələr üçün yataqxana, əyləncə mərkəzləri, kitabxana və s. məntəqələr olmalıdır. Həmçinin tələbələrin təcrübə keçməsi, iş imkanları baxımından da müvafiq infrastruktur qurulmalıdır. Təbii ki, köçürülmə doğru baş tutarsa, təhsilverənlərin və tələbələrin akademik göstəriciləri, eyni zamanda, təhsilin keyfiyyəti artacaq".

E.Əfəndi bildirib ki, bir neçə universitet mərkəzləşdirilə bilər:

"Belə olan halda tələbələr kənar şəxslərlə qarşılaşmayacaqlar. Ümumi əlaqələr elə qurulacaq ki, tələbə ancaq tələbəni görəcək. Sosial mühit onların akademik göstəricilərinin yaxşılaşmasına səbəb olacaq. Təhsilalan yalnız bir istiqamət üzrə fokuslanacaq. Onlar eyni vaxtda kitabxanaya, idman zalına və s. yerlərə gedə biləcəklər. Harvard, Oksford kimi universitetlərdə göstəricilər ona görə yüksəkdir ki, tələbələr akademik mühitin içindədirlər. Eyni vəziyyəti burada da görə bilərik. Bu, birmənalı olaraq təhsilin keyfiyyətinin artmasına kömək edəcək. Düşünürəm ki, tələbə kontingenti çox olan və mərkəzdə yerləşən universitetlər kənara köçürüləcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1291   Tarix: 23 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Leysan, güclü külək - Faktiki hava

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində fasilələrlə yağıntılı hava şəraiti davam edir, leysan xarakterli yağış yağır, şimşək çaxır. Düşən yağıntının miqdarı Astarada 24, Daşkəsən, Gədəbəy, Qusard

12:48 200
.

Paltaryuyan maşının simvollarının mənası - Kəpənək, spiral, əl

Paltaryuyan maşınların idarəetmə panelində onlarla işarə və proqram olsa da, bir çox istifadəçi onların əksəriyyətinin nə üçün nəzərdə tutulduğunu bilmir və daim eyni rejimdən istifadə edir. Halbuki düzgün proqram seçimi paltarları qorumaqla yanaşı, su və elektrik sərfiyyatını azalda, həmçinin cihazı

14.08.2026 343
.

Tramp: "Tezliklə Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyəm"

ABŞ Prezidenti Donald Tramp Lonq Aylenddə Respublikaçı namizədləri dəstəkləyən mitinqdə çıxış edərək tezliklə Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyini bildirib. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, Tramp İranın məğlub edilməsindən sonra bu addımı atacağını deyib. O, həmçinin ABŞ-ın İra

10:24 194
.

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

Almaniyanın Heydelberq şəhərində keçirilən paracüdo üzrə Avropa çempionatında Azərbaycan paracüdoçusu İlham Zəkiyev (J1, +95 kq) qızıl medal qazanıb. xəbər verir ki, yarışda yarımfinal mərhələsində Böyük Britaniyanı təmsil edən Daniel Engliş ilə qarşılaşan İlham Zəkiyev rəqibinə ipponla qalib gələrə

19:22 12
.

Abbas Əraqçı: "Tehran ABŞ ilə danışıqların yenidən başlaması barədə qərar qəbul etməyib"

"Rəsmi Tehran ABŞ ilə danışıqların yenidən başlaması ilə bağlı hələ ki qərara gəlməyib". xəbər verir ki, bu barədə ISNA agentliyi İranın xarici işlər naziri Abbas Əraqçının açıqlamasına istinadən məlumat yayıb. Xarici siyasət idarəsinin rəhbəri vurğulayıb ki, Pakistan və Qətərin təmasları

19:30 0
.

İmişlidə ağır qəza - Ölən var

İmişli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, qəza gecə saatlarında Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun rayonun Xubyarlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, Tural Xəlilovun idarə etdiyi "VAZ"

13:48 193
.

Müharibədən sonra 400-dən çox adam minaya düşüb

İşğaldan azad edilmiş ərazilərdə minaların partlaması nəticəsində insan tələfatı və xəsarətlərlə nəticələnən hadisələr baş verməkdə davam edir. Baş Prokurorluqdan -a bildirilib ki, aidiyyəti dövlət qurumları ilə birgə belə hadisələrin hər biri üzrə zəruri tədbirlər görülür və ictimaiyyətə mütəmadi məluma

14.08.2026 227
.

Husilər Yəməndəki Moha limanına hücum edib, ən azı bir nəfər həlak olub

Husilər Qırmızı dəniz sahilində yerləşən və Yəmən hökumətinin nəzarətində olan Moha limanına hücum ediblər. "Report" xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti Yəmən Silahlı Qüvvələrinin bəyanatına istinadən məlumat yayıb. Hücum nəticəsində təhlükəsizlik xidmətinin ə

16:20 128
.

İmişlidə 10 kiloqram narkotik dövriyyədən çıxarılıb

İmişli rayonunda 10 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb. Bu barədə "Report"un Muğan bürosuna DİN mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib. Qeyd edilib ki, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsin

18:50 70
.

TOP MP3