Ailəyə firavanlıq gətirən mənzil nömrələri

Ailəyə firavanlıq gətirən mənzil nömrələriMənzil seçimi zamanı bəzi insanlar yalnız rahatlığa deyil, qapıdakı rəqəmlərə də xüsusi diqqət yetirirlər. Son dövrlərdə bu mövzu daha çox müzakirə olunur və hesab edilir ki, mənzil nömrəsi evin ümumi atmosferinə təsir göstərə bilər.

Lent.az xəbər verir ki, numeroloqların fikrincə, hər rəqəm müəyyən xarakter daşıyır və bu xüsusiyyətlər evdə yaşayan insanların həyatına təsir edə bilər.

Məsələn, 1 rəqəmi müstəqillik və irəli getmək rəmzi sayılır. Bu nömrəli mənzillərdə adətən dəyişiklikdən qorxmayan və güclü xarakterli insanlar yaşayır.

2 rəqəmi isə sakitlik və harmoniya ilə əlaqələndirilir. Belə mənzillər insanları daha çox qarşılıqlı anlaşmaya və kompromisə təşviq edir.

3 rəqəmi yaradıcılıq və yüngüllük gətirir. Bu tip evlərdə yeni ideyaların və hobbilərin yaranması daha çox müşahidə olunur.

4 rəqəmi uzun müddət "ağır" hesab edilsə də, mütəxəssislər bunun mif olduğunu bildirirlər. Əslində bu rəqəm sabitlik və dayanıqlılıq simvoludur.

5 rəqəmi dəyişiklik və hərəkət deməkdir. Belə mənzillərdə həyat daha dinamik və rəngarəng keçir.

6 rəqəmi rahatlıq və ailə dəyərləri ilə bağlıdır. Bu nömrəli evlərdə insanlar daha çox evə bağlı olur və yaxınlarına diqqət göstərir.

7 rəqəmi daxili sakitlik və şəxsi məkanla əlaqələndirilir. Bu mənzillər sakitliyi və düşüncə üçün şərait yaradır.

8 rəqəmi maddi uğur simvolu sayılır. Bəzi sahibkarlar bu rəqəmi xüsusi olaraq seçir və onun işlərdə uğur gətirdiyinə inanırlar.

9 rəqəmi isə müdriklik və həyat təcrübəsi ilə əlaqələndirilir. Belə evlərdə yaşayanlar adətən hadisələrə daha geniş baxış bucağından yanaşır.

Mütəxəssislər qeyd edir ki, rəqəmlərin təsiri yalnız insanın öz düşüncə və münasibəti ilə əlaqəlidir. Əgər insan harmoniya axtarırsa, bu inam onun həyatına müsbət təsir göstərə bilər.

Psixoloqlar isə bildirirlər ki, simvollara inanmaq insana öz həyatına nəzarət hissi verir və bu da öz növbəsində daxili rahatlıq yaradır.

Bununla belə, mənzil seçərkən yalnız rəqəmlərə deyil, şəxsi hisslərə də diqqət yetirmək tövsiyə olunur. Əsas odur ki, insan özünü həmin məkanda rahat hiss etsin.

Ekspertlər vurğulayır ki, rəqəmlər sadəcə bir işarədir, lakin əsas rolu evdə yaşayan insanların yaratdığı mühit oynayır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 969   Tarix: 19 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tahir Mirkişili: "Azərbaycanın əsas hədəfi maliyyə gücünü məhsuldar iqtisadiyyata çevirməkdir"

Bu gün dünyada investisiyaların cəlb edilməsi uğrunda kəskin rəqabət gedir və bu şəraitdə Azərbaycanın əldə etdiyi nəticələr çox mühümdür. Bu fikri "Report"a açıqlamasında Milli Məclisin üzvü Tahir Mirkişili Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayındakı çıxışın

03.10.2026 170
.

Moldovanın hava məkanı PUA-larla pozulub

Moldovanın milli hava məkanının monitorinq sistemi 5 dronun uçuşunu qeydə alıb. "Report" xəbər verir ki, bu barədə "Newsmaker" ölkənin Müdafiə Nazirliyinin məlumatına istinadən yazıb. Dronlar Aneniy-Noy, Ştefan-Vode, Hinçesti, Tudora və Kauşanı yaşayış məntəqələrinin yaxınlığınd

03.10.2026 161
.

Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu

Ucar rayon sakini toya pul yazdırmaq üçün qonşusunun evini qarət edib. -ın məlumatına görə, hadisə rayonun Şilyan kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Cəbi Qarayevi (adı və soyadı şərtidir) qonşusu Əfqan qızının toyuna çağırıb. O, həyat yoldaşı ilə birlikdə toya getmək istəsə də, pul

03.10.2026 206
.

Oktyabrın 5-dən Bakıda yeni qayda - QADAĞAN EDİLİR

Bakının bir sıra mərkəzi küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması həftənin bütün günlərini əhatə edəcək. bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, mobilliyin artırılması, piyadaları

00:11 194
.

Yaponiya adasında 8 nəfər dayvinq zamanı itkin düşüb

Tokionun Xatidzyo adası sahillərində dayvinqlə məşğul olan 8 nəfər itkin düşüb. "Report" xəbər verir ki, bu barədə Yaponiya mediası Sahil mühafizəsinə istinadən məlumat yayıb. "Dayvinqlə məşğul olan 8 nəfər səhər saat 11 radələrində suya dalmağa başlayıb, onların saat 18:00 radələrind

03.10.2026 182
.

ŞAD XƏBƏR - Bu şəxslər daha tez pensiya alacaq

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

00:07 173
.

327 gün dənizdə qaldı: Britaniyalı səyyah iki okeanı təkbaşına fəth etdi

Britaniyalı səyyah Deyv Bell Sakit və Hind okeanlarını təkbaşına və fasiləsiz avar çəkərək keçib. O, 327 gün 16 saat ərzində 15 500 dəniz mili (təxminən 28 700 kilometr) məsafə qət edib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 54 yaşlı keçmiş hərbi dəniz piyadası səyahətinə 2025-ci il noyabrı

11:00 52
.

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Yaponiya hökuməti 2030-cu maliyyə ilində yeni və ucuz raketlərin kütləvi istehsalına başlamağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Nikkei" qəzeti məlumat yayıb. Söhbət uzaqmənzilli qanadlı raketlərdən gedir. Yeni strategiya müəlliflərinin şərti düşmənin gəmilərini d

03.10.2026 149
.

GƏLƏN İL MAAŞ VƏ PENSİYALAR ARTACAQ? - Ayrılacaq VƏSAİT AÇIQLANDI

2027-ci ilin dövlət büdcəsinin hazırlanması fonunda gəlir və xərclərin hansı istiqamətlər üzrə müəyyənləşdiriləcəyi diqqət mərkəzindədir. Xüsusilə sosial ödənişlərin, əməkhaqlarının və pensiyaların artırılması ilə bağlı gözləntilər əhali üçün əsas məsələlərdən biridir. İnflyasiya və qiymət dəyişikliklər

00:25 197
.