Valideyn Yenidən Evlənəndə Uşaqlarda Yarana Biləcək Psixoloji Problemlər - PSİXOLOQDAN AÇIQLAMA
Ailədə valideynlərdən biri dünyasını dəyişəndə və ya boşanma baş verdikdə, uşaqlar üçün həyat tamamilə dəyişir. Belə vəziyyətlərdə valideynin ikinci dəfə ailə qurması uşaqlar arasında qısqanclıq, narahatlıq və bəzən etiraz hisslərinin yaranmasına səbəb ola bilər. Xüsusilə həssas uşaqlar bu dəyişiklikləri travmatik şəkildə yaşayır, özlərini sevilmədiklərini və ya "yerlərinin itirildiyini" hiss edə bilirlər.
Kiçik yaşlı uşaqlar valideynin yeni həyat yoldaşını rəqib kimi qəbul edə bilər, yeniyetmələr isə bəzən açıq şəkildə etiraz edir və ailədə gərginlik yaradır. Bu isə həm valideyn, həm də yeni ailə üzvləri üçün çətin bir dövr deməkdir və münasibətlərin düzgün idarə olunmaması uşağın psixoloji travma almasına səbəb ola bilər. Belə vəziyyətlərdə uşaqla düzgün ünsiyyət, emosional dəstək və mərhələli adaptasiya uşağın yeni ailə strukturu ilə barışmasına kömək edə bilər.
Mövzu ilə bağlı psixoloq Samirə Bağırova BiG.AZ-a açıqlamasında bildirdi ki, bu çox həssas və ciddi mövzudur. Onun sözlərinə görə, boşanma təkcə ər və arvadın ayrılması deyil, uşaq üçün bu məsələ onun dünyasının dağılması kimi hiss oluna bilər, xüsusilə də həssas uşaqlarda: "Uşağın duyğuları sarsılır və "mən kimi seçməliyəm, bəlkə bu mənim günahımdır, mən olmasaydım bəlkə ayrılmazdılar?" kimi özünü günahlandırma sualları onda tərk edilmə hissi yaradır. Həm də uşaq bir valideynlə olanda digər valideyninə görə narahat olur. Hər iki tərəfi qorumağa çalışsa da, çox vaxt valideyn təzyiqi ilə bu onda alınmır və bir tərəfi seçmək məcburiyyətində qalır və emosiyalarını gizlətməyə çalışır. Bu hal psixologiyada bəzən emosional "yük daşıyan" uşaq kimi izah olunur.
Uşağa ümumiyyətlə "kimi çox istəyirsən ananı yoxsa atanı, kimlə qalmaq istəyirsən?" kimi suallar vermək olmaz. Uşaq valideynləri ilə özünü tam hiss edir. Belə sual onlarda daxili parçalanma yaradır. Boşanan valideynlər uşağın duyğularını sabit saxlamaq, təhlükəsizlik hissi yaratmaq üçün, "bu sənin günahın deyil, biz ayrı yaşayırıq, amma hər ikimiz səni sevirik,səni heç vaxt tərk etməyəcəyik" dəstək hissi yaradan cümlələr istifadə etmələri daha uyğundur".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 923 Tarix: 19 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİnstaqram 10 il sonra loqosunu dəyişdi
Dünyanın ən populyar sosial şəbəkələrindən biri olan instaqram 10 ildən sonra loqosunu yeniləyib. Axşam.az xəbər verir ki, sosial şəbəkənin rəhbəri Adam Mosseri yeni dizaynı avqustun 13-də instaqram və Threads hesablarında təqdim edib. O, yenilənmiş loqonu daha kəskin və müasir dizayn kimi xarakteriz
14.08.2026 314 Abbas Əraqçı: "Tehran ABŞ ilə danışıqların yenidən başlaması barədə qərar qəbul etməyib"
"Rəsmi Tehran ABŞ ilə danışıqların yenidən başlaması ilə bağlı hələ ki qərara gəlməyib". xəbər verir ki, bu barədə ISNA agentliyi İranın xarici işlər naziri Abbas Əraqçının açıqlamasına istinadən məlumat yayıb. Xarici siyasət idarəsinin rəhbəri vurğulayıb ki, Pakistan və Qətərin təmasları
19:30 122 Müharibədən sonra 400-dən çox adam minaya düşüb
İşğaldan azad edilmiş ərazilərdə minaların partlaması nəticəsində insan tələfatı və xəsarətlərlə nəticələnən hadisələr baş verməkdə davam edir. Baş Prokurorluqdan -a bildirilib ki, aidiyyəti dövlət qurumları ilə birgə belə hadisələrin hər biri üzrə zəruri tədbirlər görülür və ictimaiyyətə mütəmadi məluma
14.08.2026 230 İki nəfərin ölümü ilə nəticələnən qəzadan sonra ABŞ-də "Apache" uçuşları dayandırıldı
ABŞ Quru Qoşunları Texas ştatında baş vermiş qəza ilə əlaqədar olaraq "AH-64 Apache" helikopterlərinin təlim uçuşlarının dayandırıldığını elan edib. xəbər verir ki, yayımlanan rəsmi açıqlamaya əsasən, ABŞ Quru Qoşunlarının komandanlığı qəzanın yaranma səbəbləri tam aydınlaşana qədər "AH-6
20:45 95 Bərdənin üç kəndində qaz olmayacaq
Avqustun 18-də Bərdə rayonunun 3 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar 18.08.2026-cı il tarixind
16:30 140 Ərimə sürəti proqnozları üstələri: Milyonlarla ev su altında qala bilər
Süni intellekt dəstəkli yeni araşdırmada dünya üzrə dağ buzlaqlarının əriməsi halında okeanların səviyyəsinin nə qədər yüksələ biləcəyi hesablanıb. Əldə edilən nəticələr həm sahilyanı şəhərləri gözləyən təhlükənin, həm də milyardlarla insanın su təminatını təhdid edən prosesin miqyasını göstərir. Qaynarinf
14.08.2026 277 İmişlidə 10 kiloqram narkotik dövriyyədən çıxarılıb
İmişli rayonunda 10 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb. Bu barədə "Report"un Muğan bürosuna DİN mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib. Qeyd edilib ki, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsin
18:50 129 "Defense Express": Ukraynanın Samaradakı "Proqress" raket mərkəzinə zərbə endirdiyi ehtimal olunur
Ukrayna qüvvələri avqustun 15-nə keçən gecə Samarada "Soyuz" raketləri istehsal edən "Proqress" raket-kosmik mərkəzinə (RKM) zərbə endirmiş ola bilər. "Report" xəbər verir ki, bu barədə "Defense Express" məlumat yayıb. Portalın məlumatına görə, yerli sakinlər Samar
17:40 143 Ağdaşda VAZ su kanalına düşdü
Ağdaşda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Ağdaş-Qəbələ yolunun rayonun Dəhnəxəlil kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, VAZ-2107 markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi su kanalına düşüb. Sürücü ətrafdakıların köməkliyi ilə xila
17:20 139