ABŞ İranla müharibəyə nə qədər pul xərcləyib?

ABŞ İranla müharibəyə nə qədər pul xərcləyib?ABŞ İrana qarşı hərbi əməliyyatın ilk həftəsində təxminən 6 milyard dollar xərcləyib. Bu barədə ABŞ KİV-ləri Pentaqonun Konqresə təqdim etdiyi məlumatlara istinadən xəbər verir.

Lent.az xarici mediaya istinadla bildirir ki, ekspertlərin qiymətləndirməsinə görə, Vaşinqtonun döyüş əməliyyatlarını aparmaq üçün gündəlik xərcləri təxminən 890 milyon dollar təşkil edir. Vəsaitin böyük hissəsi silahlanmaya və cavab hücumlarının qarşısının alınmasına yönəldilir.

Dərc olunan məlumatlara görə, təxminən 1,4 milyard dollar İran ərazisindəki hədəflərə zərbə endirmək üçün istifadə olunan döyüş sursatlarına xərclənib. Daha 1,7 milyard dollar isə raketdən müdafiə sistemlərinə və İran raketləri ilə pilotsuz uçuş aparatlarının tutulmasına sərf olunub.

Fevralın sonundan etibarən İsrail və ABŞ hərbçiləri genişmiqyaslı zərbə kampaniyası həyata keçiriblər. Məlumata görə, 28 fevraldan başlayaraq İran ərazisində təxminən dörd min müxtəlif obyektə hücum edilib.

Artan xərclər fonunda ABŞ Konqresində Ağ Evin siyasətinə qarşı tənqidlər güclənir. Demokrat Partiyasının bir sıra nümayəndələri bildiriblər ki, administrasiyanın aydın fəaliyyət planı və münaqişənin mümkün bitmə müddəti barədə anlayış olmadan hərbi büdcənin artırılmasını dəstəkləməyə hazır deyillər.

Bununla yanaşı, ABŞ ordusunun artıq böyük müdafiə büdcəsi mövcuddur. Müdafiə üçün təxminən 900 milyard dollar vəsait hələ ötən il təsdiqlənmişdi. Lakin hazırkı döyüş əməliyyatlarının intensivliyi administrasiyanı əlavə maliyyə mənbələri axtarmağa məcbur edir.

Tənqidlər bəzi qanunvericilər tərəfindən də səsləndirilir. Onlar Yaxın Şərqdə hərbi əməliyyatın zəruriliyinin aydın izah edilmədiyini bildirir və xərclərlə bağlı daha çox şəffaflıq tələb edirlər.

Konqres üzvləri üçün qapalı brifinqlər keçirilsə də, Pentaqon əməliyyatın davamı üçün nə qədər əlavə maliyyə lazım olduğunu hələ açıqlamayıb. Bu isə hətta bəzi respublikaçılar arasında da şübhələr yaradır.

Yeni maliyyə paketinin Senatda təsdiqlənməsi üçün ən azı 60 səs lazımdır. Lakin bir sıra qanunvericilərin müqaviməti səbəbindən belə dəstəyi əldə etmək asan olmayacaq.

Eyni zamanda Ağ Ev bildirir ki, əlavə maliyyə İranın qarşısını almaq və hərbi əməliyyatı davam etdirmək üçün vacibdir. Konqres isə artıq ayrılmış vəsaitlərin necə istifadə edildiyi barədə hesabat tələb edir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 687   Tarix: 09 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda ət qiymətinə satılan meyvə - FOTO

Sosial mediada marketlərdə ərik qiymətlərinin baha olması müzakirələrə səbəb olub. Yay mövsümündə əriyin bir kiloqramının 17-18 manata təklif edilməsi birmənalı qarşılanmayıb. Bəs bu yüksək qiymət nədən qaynaqlanır? Qiymətləri kim və necə tənzimləməlidir?. -a danışan iqtisadçı Eyyub Kərimli bildiri

00:36 97
.

Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb

Bu ilin yanvar-iyul aylarında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) gəmi-bərələri ilə ümumilikdə 623 min 682 ton TIR və avtotexnika daşınıb. "Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58 min 458 ton və ya 10 % çoxdur

15.08.2026 151
.

Tramp Hörmüzü ABŞ ərazisi adlandırmaq istədi: BMT beynəlxalq hüququ xatırlatdı

ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazını Amerika ərazisi elan edə biləcəyi barədə fikirlərindən sonra BMT bütün tərəfləri bu ərazidə beynəlxalq hüquqa və gəmiçilik azadlığına hörmət etməyə çağırıb. -ın məlumatına görə, bu barədə BMT-nin baş katibinin rəsmi sözçüsü Stefan Düjarrik TASS-a açıqlamasınd

15.08.2026 133
.

Hava niyə vaxtından tez soyudu? -Açıqlama

Avqust ayının əvvəli olsa da, hava vaxtından tez sərinləşib. Ümumilikdə isə bu il yay mövsümündə əvvəlki illərlə müqayisədə şiddətli istilərin daha az müşahidə edildiyi diqqət çəkir. Havaların belə keçməsi mövsüm üçün nə dərəcədə normaldır və qarşıdakı günlərdə bizi hansı hava şəraiti gözləyir?. Ekolo

00:19 108
.

Yaşlı nəsildə illərdir təxirə salınan ailə konfliktlərinin nəticəsi: "Boşanıram, əl çəkin!"

Son beş ildə 60 yaş və daha yuxarı yaşda olan şəxslər arasında boşanmaların sayı nəzərəçarpacaq dərəcədə artıb. Mütəxəssislər bildirirlər ki, bu qərar bəzən yaşlılıqda yaranan problemdən deyil, 30-40 il əvvəl başlayıb illərlə təxirə salınan ailədaxili konfliktlərdən qaynaqlanır. mövzu ilə bağlı "Kaspi"

15.08.2026 140
.

Ağdaşda VAZ su kanalına düşdü

Ağdaşda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Ağdaş-Qəbələ yolunun rayonun Dəhnəxəlil kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, VAZ-2107 markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi su kanalına düşüb. Sürücü ətrafdakıların köməkliyi ilə xila

15.08.2026 147
.

Bərdənin üç kəndində qaz olmayacaq

Avqustun 18-də Bərdə rayonunun 3 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar 18.08.2026-cı il tarixind

15.08.2026 150
.

Qızıl və gümüş qiymətləri ucuzlaşdı

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 30,26 dollar azalaraq 4332,9 dollar təşkil edib. xəbər verir ki, gümüşün qiyməti isə 0,46 dollar ucuzlaşaraq 64,34 dollara bərabər olub

15.08.2026 132
.

Bakıda iş rejimi ONLAYN OLA BİLƏR - Avqustun 15-dən...

Bakıda Yaşıl və Qırmızı metro xətlərinin ayrılması ilə bağlı aparılan işlər şəhərin mərkəzi hissəsində fəaliyyət göstərən şirkət və ofislərin iş rejiminə də təsir göstərə bilər. Referans Media xəbər verir ki, Bakı Metropoliteninin Yaşıl və Qırmızı xətlərinin ayrılması layihəsi çərçivəsində müəyyən müddə

00:38 87
.

TOP MP3