Azərbaycanın iki rayonunda GÜCLÜ YANĞIN başlayıb
Beyləqan rayonunun bir neçə kəndində güclü yanğın hadisəsi qeydə alınıb.
Oxu.Az "Teleqraf"a istinadən xəbər verir ki, küləkli hava şəraiti səbəbindən kolluq sahədə başlayan yanğın rayonun Eyvazalılar və Tatarlar kəndləri yaxınlığındakı meşə massivinə keçib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Beyləqan Rayon Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti və xüsusi texnikası tam tərkibdə cəlb olunub.
Yanğının geniş ərazini əhatə etməsi səbəbindən ətraf rayonların yanğınsöndürmə qüvvələrinin də əməliyyata qoşulması nəzərdə tutulur. Hazırda alovun lokallaşdırılması və söndürülməsi istiqamətində tədbirlər fasiləsiz davam etdirilir.
21:22
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yevlax rayonu ərazisində, Yevlax-Bərdə avtomobil yolunun kənarında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yevlax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunublar.
Havanın küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirsə də, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
21:12
Yevlax rayonunda meşəlik ərazidə yanğın başlayıb.
Oxu.Az "Teleqraf"a istinadən xəbər verir ki, yanğın Bərdə-Yevlax yolunun Malbinəsi kəndi ərazisindən keçən hissəsində başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən əməkdaşları cəlb ediliblər. Hazırda küləkli hava yanğının söndürülməsi işlərini çətinləşdirir.
Baş verən yanğın avtomobil yolunda sürücülərə də çətin anlar yaşadır.
Hazırda yanğın və yanğınsöndürmə əməliyyatları davam etdirilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 835 Tarix: 19 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlk dəfə qızından danışdı
Müğənni İlqar Xəyal ilk dəfə 6 yaşlı qızından danışıb. Axşam.az xəbər verir ki, sənətçi "Qonaqcanlı" proqramında övladının opera ifaçısı olduğunu bildirib. "Mənim qızım çox istedadlıdır. Opera oxuyur. 6 yaşı var. Qəribədir, haradan tapıb bunu bilmirik. Günlərin birində mən və anası onunl
20:15 1 Qubadakı 3 kəndin adı bu səbəbdən dəyişdirilir
"Qanun layihəsinin mahiyyəti rus mənşəli kənd adlarının dəyişdirilməsidir". "Qafqazinfo" xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında "Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında" qanun layihəsini
15:23 234 İrəvandan mesaj: "Rusiyaya qarşı tədbir görmürük"
Ermənistan Rusiyaya qarşı heç bir tədbir görmür. xəbər verir ki, bu barədə "Minval Politika" Telegram kanalına istinadən Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib. "Ermənistan Rusiyaya qarşı heç bir addım atmır. Ermənistan öz təhlükəsizliyini təmin edir və müstəqil siyasə
13:25 180 Qan qrupunuz düşündüyünüzdən fərqli ola bilər: gizli "açar" aşkar edildi
Bu məlumatların yeni DNT-çiplərinin yaradılmasında istifadə olunması planlaşdırılır. İsveçdə yerləşən Lund University mütəxəssisləri transfuziologiya sahəsində mühüm irəliləyiş əldə edərək standart qan qrupu testlərinin niyə bəzən səhv nəticə verə bildiyini izah ediblər. xarici mediaya istinadən xəbə
18:30 136 Ukrayna Rusiyanın Kiyevin başlatdığı atəşkəsi pozduğunu iddia edir
Ukrayna Rusiyanı çərşənbə axşamı gecə yarısı Prezident Vladimir Zelenskinin başlatdığı atəşkəsi pozmaqda günahlandırdı. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, rəsmilər ölkənin şimal və şərqindəki bölgələrdə bir nəfərin öldüyünü və üç nəfərin yaralandığını bildirdilər. Ukraynanın xarici işlər nazir
14:52 174 Naxçıvanda 4 tiktoker TUTULDU
Naxçıvanda tiktok-da əxlaqsızlığı təbliğ edən və canlı yayım açaraq söyüş söyənlər saxlanılıb. -ın məlumatına görə, 41 yaşlı Murad Şükürov (ad və soyad şərtidir), Babək rayon sakini olan 36 yaşlı Şəmşir Dadaşov tiktok sosial şəbəkəsində "ceferbabayev46" və 34 yaşlı Nazim Məmmədov "nefesim21"
19:45 59 Pakistanlı mənbə bildirib ki, ABŞ və İran müharibəyə son qoymaq üçün memorandum imzalamağa yaxınlaşır
Danışıqlarla tanış olan vasitəçi Pakistandan bir mənbə bildirib ki, ABŞ və İran Körfəzdəki müharibəyə son qoymaq üçün bir səhifəlik memorandum üzərində razılığa yaxınlaşırlar. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, pakistanlı mənbə bildirib ki, ABŞ media orqanı Axios-un təklif olunan memoranduml
14:41 179 Çindən çağırış: ABŞ və İran təcili atəşkəsə getməlidir
ABŞ və İran mümkün qədər tez bir zamanda hərtərəfli atəşkəs sazişi imzalamalı, eyni zamanda Tehranın nüvə enerjisini inkişaf etdirmək hüququ qorunmalıdır. xəbər verir ki, CNN-in məlumatına görə, Çinin xarici işlər naziri Vanq Yi bunu iranlı həmkarı Abbas Əraqçi ilə keçirdiyi danışıqlar zamanı bildirib
13:01 171 ABŞ-İran razılaşması ümidləri neft qiymətlərini aşağı saldı
Prezident Donald Trampın İranla diplomatik danışıqlarda "böyük irəliləyiş" əldə etdiyini qeyd etməsindən sonra neft qiymətləri düşür və fond bazarları bu gün ABŞ-İran razılaşması üçün yenilənmiş ümidlər fonunda yüksəlir. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, qlobal neft etalonu olan Bren
14:30 182