Azərbaycanda devalvasiya olacaq? - AÇIQLAMA

Azərbaycanda devalvasiya olacaq? - AÇIQLAMAAzərbaycan Mərkəzi Bankı (AMB) yaxın vaxtlarda milli valyutanın xarici valyutalar qarşısında məzənnəsində hər hansı dəyişiklik gözləmir.

Tribuna.az xəbər verir ki, tənzimləyicinin mövqeyini bu gün faiz dəhlizinə dair qərarın açıqlanması zamanı jurnalistlərin suallarına cavab olaraq AMB İdarə Heyətinin sədri Taleh Kazımov açıqlayıb.

Baş bankir bir sıra ekspertləri manatın məzənnəsi məsələsində ajiotaj yaratmaqda ittiham edib:

"Bəzi ekspertlər məzənnə ilə bağlı ajiotaj yaradırlar. Gəlin reallığa baxaq, bizim proqnozlarımıza fikir verək. Onlar dolayı yolla baxışımızı təmsil edir. Bizim cari əməliyyat balansı (CƏB) ilə bağlı proqnozumuz bu il də, gələn il də müsbətdir. Dünya bazarında neftin qiyməti 64-65 ABŞ dolları civarında olsa, bu həm CƏB, həm dövlət büdcəsinin xərcləri nöqteyi-nəzərindən məqbuldur. Yəni biz burada hansısa problem görmürük. 10 dollarlıq ucuzlaşmanın iqtisadiyyat üçün böyük bir təsiri yoxdur, söhbət təxminən 300 milyon manatlıq vəsaitdən gedir. CƏB üçün isə 55 dollarlıq qiymət belə profisitə nail olmağa imkan verir".

Taleh Kazımovun sözlərinə görə, Azərbaycanda dollara tələbatın kəskin artımı müşahidə olunmur. Buna görə də AMB-də keçirilən valyuta hərraclarında tələb azdır:

"Ötən il ərzində orta hesabla bir hərracda təklif 70 milyon dollar olubsa, tələb bunun 54 milyon dollarını qarşılayıb. Buna görə də Dövlət Neft Fondunun təqdim etdiyi 541 milyon dollar vəsait elə xarici valyutada Maliyyə Nazirliyinə transfer olunub. Növbəti aylarda, sözsüz ki, tələb yarandığı şəraitdə biz onu valyuta bazarında istifadə edəcəyik. Bundan əlavə, 2025-ci ildə əhalinin banklardan dollar alışı satışından 423 milyon dollar az olub".

Musavat.com-un sualına cavab olaraq AMB rəhbəri bildirib ki, yanvar ayında valyuta hərraclarında satış ötən ilin son aylarındakı tendensiyaya uyğun olmaqla 350 milyon dollar təşkil edib:

"Təxminən 3350 milyon dollar satış olub, plana görə isə 700 milyon dollara yaxın valyuta satılmalı idi. Eyni zamanda biz nağd valyuta alışlarını da nəzərdən keçiririk. Yanvar ayında son 3-4 ildə ən aşağı nəticə qeydə alınıb. 18 milyon ABŞ dolları mənfi saldo qeydə alınıb. Yəni əhali satdığından cəmi 18 milyon ABŞ dolları çox valyuta alıb. Bu da son 3-4 ildə yanvar ayı üçün ən aşağı göstəricidir. Ona görə də deyirik ki, valyuta bazarında sabitlik mövcuddur və hansısa risklər biz burda görmürük".

Azərbaycanın bank sektorunda likvidlik yüksək həddədir. Taleh Kazımovun dediyinə görə, 2025-ci ilin sonuna sektorda izafi likvid vəsaitləri 2,9 milyard manat təşkil edib:

"Buna baxmayaraq, monetar siyasətin əməliyyat çərçivəsində bütün alətlərimizdən istifadə edərək bizim əsas istinad faiz indeksimizi - AZIR (Azerbaijan Interbank Rate) indeksini uçot dərəcəsi ətrafında idarə etməyə nail olmuşuq. Siz bunu artıq gündəlik izləyə bilərsiniz".

Bankların əmanət siyasətindən danışan AMB sədrinin sözlərinə görə, 2025-ci ilin yekununda Azərbaycanda unikal bank əmanətçilərinin sayı 2024-cü ilin sonu ilə müqayisədə 81,3 faiz artmaqla təxminən 194 min nəfər olub. Baş bankir bu kəskin artımın bank sektoruna inamın güclənməsinin əlaməti olduğunu deyib:

"2024-cü ilin sonunda unikal əmanətçilərin sayı 106 min idisə, 2025-ci ilin sonunda bu rəqəm 190 mindən çox olub. Artım 81,3 faiz təşkil edir ki, bu da çox ciddi göstəricidir. Əslində, 30 il ərzində cəmi 100 min əmanətçimiz var idi, son iki ildə isə bu rəqəm demək olar ki, iki dəfə artıb.

Əminliklə demək olar ki, yeni monetar siyasət nəticəsində əmanətlərin cəlbində ədalətlilik prinsipi formalaşıb və bu prosesin davam edəcəyini gözləyirik".

Taleh Kazımov qeyd edib ki, 2022-2023-cü illərdə bəzi banklarda manatla depozit faizləri illik 6 faiz olduğu halda, digərlərində 10 faizə çatıb:

"Bu fərq sektorda likvidliyin təmərküzləşməsi ilə bağlı idi. Likvidliyin daha çox cəmləşdiyi sistem əhəmiyyətli banklar depozit cəlbində o qədər də aktiv olmadıqları üçün daha aşağı faizlər təklif edirdilər".

Lakin 2023-cü ilin sonundan etibarən sistem əhəmiyyətli bankların depozit faizləri artmağa və ədalətlilik prinsipi əsasında formalaşmağa başlayıb:

"Əvvəllər müddətli əmanətlərə maraq göstərməyən bu banklar həmin seqmentdə aktivləşdi. Nəticədə müddətli depozitlərin həcmi 2024-cü ildə 1,8 milyard manat, 2025-ci ildə isə 2,3 milyard manat artdı. Bu, birbaşa olaraq tənzimləyicinin maliyyə bazarının dayanıqlığını təmin etmək məqsədilə həyata keçirdiyi yeni monetar siyasətin, o cümlədən likvidliyin örtülməsi əmsalının tətbiqinin nəticəsidir".

Baş bankir əmanətlərin sığortalanması faizinin yeni metodologiya ilə müəyyən edilməsinə də münasibət bildirib. Onun sözlərinə görə, bu yanaşma AMB-nin təşəbbüsü ilə Əmanətlərin Sığortalanması Fondu (ƏSF) ilə sıx əməkdaşlıq çərçivəsində hazırlanıb:

"Məqsədimiz şəffaf və hamı üçün başa düşülən qaydanın formalaşdırılması idi. Çünki əvvəllər sığortalanma faizinin niyə məhz 12 olduğu sual doğururdu. İndi isə elə mexanizm qurulub ki, faiz dəyişəndə bunun səbəbi də aydın olur".

İH sədri Mərkəzi Bankın yeni makroiqtisadi proqnozlarını da açıqlayıb. Onun dediyinə görə, tənzimləyici bu il Azərbaycanda 2,4 faiz iqtisadi artım gözləyir. Bu zaman qeyri-neft-qaz sektorunda artım 4 faiz olacaq:

"Gələn il üçün isə müvafiq olaraq 2,9 faiz və 4,3 faiz rrtım proqnozlaşdırılır".

Xatırladaq ki, ötən ilin oktyabrında Mərkəzi Bank 2026-cı ildə ölkədə ÜDM-in 2 faiz, o cümlədən qeyri-neft-qaz ÜDM-nin 4,4 faiz artacağını proqnozlaşdırmışdı.

AMB bu il neft və qaz qiymətlərinə dair proqnozlarına da dəyişiklik edib. Belə ki, ötən ilin oktyabrında neft qiymətlərinin 64 dollar, qaz qiymətlərinin isə 288 dollar olacağı proqnozlaşdırılmışdısa, indi bu gözləntilər 2026-cı il üzrə müvafiq olaraq 65 dollar və 269 dollar, gələn il üçün isə 65 dollar və 254 dolları ehtiva edir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 920   Tarix: 04 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tehrandan 14 vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsinə reaksiya

"Prinsipcə, 14 İran vətəndaşının "persona non grata" (arzuolunmaz şəxs) adlandırılması məntiqli deyil, çünki bu insanlardan heç biri diplomat deyil və ya Azərbaycan Respublikasında olmayıb". -ın " nəşrinə istinadən xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüs

16:10 201
.

Günəşdə partlayışların kütləvi spamı: Nə baş verir?

Günəşdə mülayim gücdə partlayışların kütləvi spamı davam edir: ötən həftəsonu ərzində Günəşdə 57 partlayış qeydə alınıb, daha 10-u isə 9 noyabrın ilk səkkiz saatında baş verib. -ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyas

17:00 184
.

Lorenzo Mezzotero millinin heyətindən çıxarıldı

Milli komandamızın futbolçusu Lorenzo Mezzotero son çempionat matçında zədələnib. xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb. Zədəsi səbəbindən Lorenzo Mezzotero milli komandanın heyətindən çıxarılıb. Onun əvəzinə "Araz-Naxçıvan" klubunun futbolçus

21:30 1
.

Lavrov: Əbu-Dabi danışıqlarının əsas mövzusu regionun təhlükəsizliyi olacaq

Əbu-Dabidə keçiriləcək danışıqların əsas mövzusu Rusiya, Ukrayna və bütövlükdə regionun təhlükəsizliyi olacaq. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, Əbu-Dabidə keçiriləcək danışıqların gündəliyinin ilk mövzusu Rusiya, Ukrayn

16:40 177
.

Kreml Trampın münaqişədən sonrakı Ukrayna barədə açıqlamasına münasibət bildirib

Coğrafi baxımdan Ukrayna artıq fərqli bir ölkədir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın münaqişə bitdikdən sonra Ukraynanın "bir az fərqli formaya" sahib olacağı ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib. Kremli

15:50 182
.

Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq

"Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında Xəzər dənizinin problemləri də yer alır". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistləri

19:45 126
.

Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı

Bakının Köhnə Suraxanı qəsəbəsində küləkli hava şərəiti səsəbilə ağac aşıb. "Qafqazinfo" xəbər verir ki, hadisə zamanı ağac qaz borusunun üzərinə düşüb. Boru isə yaxınlıqda park edilmiş avtomobilin üzərinə düşüb. Məlumata görə, zərərçəkən avtomobilin sahibi maşını 15-20 gün əvvəl alıbmış. Qey

14:30 232
.

İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var

İzmirdə fabrikdə güclü partlayış baş verib. "NTV"nin xəbərinə görə, partlayış İzmirin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində qeydə alınıb. Partlayışın ardınca ərazidə böyük yanğın başlayıb. İlkin məlumata görə, çoxsaylı ölü və yaralı var

14:41 185
.

İnsandan böyük skumbriya tutuldu - Nadir HADİSƏ

Çinin Şandun əyalətində balıqçılar uzunluğu 2,46 metr, çəkisi isə 134 kiloqram olan nəhəng skumbriya balığı tutublar. xəbər verir ki, bu barədə "Global Times" nəşri məlumat yayıb. Təcrübəli balıqçıların sözlərinə görə, bu ölçüdə skumbriyaya rast gəlmək olduqca nadir hadisədir. Balıqçı Van Veytszyu

22:00 0
.