Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi tərəfindən təzyiqə məruz qalan Tuncay Şamil prezidentə açıq məktub göndərib

Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi tərəfindən təzyiqə məruz qalan Tuncay Şamil prezidentə açıq məktub göndəribCüdo üzrə milli komandanın keçmiş üzvü, Azərbaycan Respublikası Cüdo Federasiyasının rəhbərliyi tərəfindən haqsız şəkildə milli komandadan uzaqlaşdırılan Şamil Tuncay Zəfər oğlu başına gətirilənlərlə bağlı ölkə başçısına açıq məktub ünvanlayıb.

Sonxeber.az həmin məktubu olduğu kimi təqdim edir:

Gənclərin dostu, Ali Baş Komandan, Möhtərəm Prezident cənab İlham Əliyev!

Sizin ölkənin idman sahəsinə göstərdiyiniz qayğı göz önündədir. Sayənizdə idmanın inkişafı Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edilmiş, göstərdiyiniz diqqət və qayğı nəticəsində idmançılarımız beynəlxalq arenada yüksək nəticələr əldə etməkdədirlər. Bu yanaşmanın nəticəsi olaraq son illərdə Azərbaycanda idman sahəsində genişmiqyaslı və sistemli işlər görülmüşdür. Sizin təşəbbüsünüz və dəstəyiniz ilə ölkənin paytaxtında və regionlarında müasir idman infrastrukturu yaradılmış, onlarla Olimpiya İdman Kompleksi, stadionlar, idman zalları və digər idman obyektləri tikilərək istifadəyə verilmişdir. Bu obyektlər gənclərin idmana cəlb olunmasına, idmanın kütləviliyinin artırılmasına və peşəkar idmançıların yetişdirilməsinə böyük töhfə vermişdir.

.
Azərbaycan bir sıra nüfuzlu beynəlxalq yarışlara, o cümlədən Avropa və dünya səviyyəli çempionatlarda ev sahibliyi etmişdir. Bu tədbirlər Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasına, beynəlxalq əlaqələrin möhkəmlənməsinə və turizmin inkişafına müsbət təsir göstərmişdir.

İdmançılarımızın mötəbər beynəlxalq yarışlarda mühüm nailiyyətlər qazandığı bir dövrdə Cüdo Federasiyasına təyin edilmiş bəzi vəzifəli şəxslər bu etimaddan sui-istifadə edərək mənə qarşı ədalətsiz qərar qəbul etmişlər.
Ölkəni beynəlxalq yarışlarda layiqincə təmsil etməyimə, 4 yaşından etibarən idmanla məşğul olmağıma baxmayaraq, heç bir təqsirim olmadan federasiyanın 17.11.2025-ci il tarixli qərarı ilə mən 10(on) il müddətinə Azərbaycan Milli Komandasından uzaqlaşdırılmışam və mənim yarışlarda, təlim və ya təlim -məşq toplanışlarında iştirakıma 10 il müddətinə qadağa qoyulmuşdur.

Bu ədalətsizliklə bağlı bir neçə dövlət qurumuna rəsmi şəkildə müraciət etməyimə baxmayaraq, müraciətlərim cavabsız qalmışdır. Federasiyanın verdiyi ədalətsiz qərar mənim idman sahəsindəki karyeramı həm ölkə ərazisində, həm də xarici ölkələrdə davam etdirməyimin qarşısını alır. Mənim nəinki ölkəmizdə, həmçinin ölkə xaricində karyeramı davam etdirməyimin qarşısını almaqda Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinin məqsədi nədir? Nəyə görə digər ölkələrdən təkliflər aldığım halda mən idman sahəsində karyeramı davam etdirə bilmirəm. Mənə qarşı belə qərəzin səbəbini nədir?

Ölkədə idmanın inkişafı dövlət səviyyəsində dəstəkləndiyi, idmançılar üçün bərabər, sağlam mühitin yaradıldığı, Azərbaycanın beynəlxalq yarışlara yüksək təşkilatçılıq səviyyəsi ilə ev sahibliyi etdiyi, və iştirakçı ölkələr tərəfindən müsbət qiymətləndirildiyi bir dövrdə bir Azərbaycan gəncinə edilmiş bu haqsızlıq təəssüf doğurur.

Sizdən xahiş edirəm ki, mənə qarşı qəbul edilmiş ədalətsiz qərarın ləğv edilməsinə və digər ölkəyə transfer olub orada karyeramı davam etməyimə köməklik göstərəsiniz.

Qeyd edək Tuncay Şamil Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinin ona qarşı qərəzli münasibəti ilə bağlı müvafiq dövlət qurumlarına da yenidən müraciət edəcəyini vurğulayıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 757   Tarix: 02 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

TOP MP3