ABŞ-da minlərlə 120 min dollarlıq iş yeri boş qalır: Maraqlı SƏBƏB
ABŞ-da altı rəqəmli maaş təklif olunan minlərlə iş yeri hələ də vakant olaraq qalır. Ekspertlərin fikrincə, bunun əsas səbəblərindən biri amerikalıların fiziki və "çirkli" işlərdən uzaq durmağa üstünlük verməsidir.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, qeyd olunur ki, vaxtilə İkinci Dünya Müharibəsi dövründə avtomobil istehsalını cəbhə üçün səfərbər edən nəhəng şirkətlər bu gün ixtisaslı işçi tapmaqda çətinlik çəkir.
"Ford"da 5000 mexanik vakansiyası var
"Ford"un baş direktoru Cim Farli bildirib ki, şirkətdə hazırda təxminən 5000 mexanik vakansiyası mövcuddur. Bu vəzifələr üzrə illik maaş 120 min dollara qədər yüksələ bilər. Bu isə ABŞ üzrə orta əməkhaqqından təxminən iki dəfə çoxdur.
Lakin həmin vakansiyaları doldurmaq asan deyil. Farli vurğulayıb ki, ABŞ-da ənənəvi işçi peşələrində ciddi çatışmazlıq yaranıb. "Ölkəmizdə problem var. Biz bu barədə kifayət qədər danışmırıq", - o qeyd edib.
Hansi sahələrdə işçi çatışmazlığı var?
Şirkət rəhbərinin sözlərinə görə, hazırda ABŞ-da aşağıdakı kritik sahələrdə 1 milyondan çox boş iş yeri mövcuddur:
Təcili yardım və fövqəladə xidmətlər, yükdaşıma və logistika, zavod və istehsalat işçiləri, santexniklər, elektriklər, müxtəlif ustalıq və texniki peşələr.
Farli əlavə edib ki, ölkə üzrə bir çox avtoservis və diler mərkəzlərində "qaldırıcı və alətlər olan emalatxana var, amma işləyəcək adam yoxdur".
Yüksək maaşa çatmaq üçün illər lazımdır
Məqalədə bildirilir ki, problemin bir hissəsi də bu sahədə ən yüksək maaş səviyyəsinə çatmağın uzun zaman tələb etməsi ilə bağlıdır.
Belə ki, bir çox mexanik sabit saat maaşı ilə deyil, "sürətə əsaslanan" sistemlə çalışır. Yəni qazanc işlənən saatdan yox, işi nə qədər tez və effektiv gördüyündən asılı olur. Buna görə də 100 min dollardan yuxarı qazanc adətən yalnız uzun illər təcrübədən sonra mümkün olur.
Bundan əlavə, bəzi peşələr üzrə tam formalaşmaq üçün 5 ildən çox təhsil və hazırlıq tələb oluna bilər. Lakin bu mərhələdən keçənlər üçün gələcəkdə yüksək gəlir əldə etmək mümkündür.
Real nümunə: 160 min dollar qazanan mexanik
Məqalədə nümunə kimi Ohayo ştatından olan 39 yaşlı Ted Hammel göstərilir. O, transmissiya üzrə ixtisaslaşmış baş texnik kimi çalışır və illik gəliri təxminən 160 min dollar təşkil edir. Transmissiya isə müasir avtomobillərin ən çətin və fiziki baxımdan ağır hissələrindən biri hesab olunur.
Bununla belə, Hammel bu sahədə 10 ildən artıq işlədikdən sonra 100 min dollar qazanc həddini keçə bilib. O bildirib ki, 2012-ci ildə mexanik kimi işə başlayıb və yalnız 2022-ci ildə illik qazancı 100 min dollardan yuxarı olub.
Hazırda bu sahədə ixtisaslı işçilər üçün başlanğıc maaşın təxminən 42 min dollar olduğu qeyd edilir.
Məlumata görə, bu vəzifələr üçün adətən 8 il təcrübə və ya staj tələb olunur, lakin ali təhsil mütləq şərt sayılmır.
Qeyd edək ki, əmək bazarı ilə bağlı son xəbərlərdə mütəxəssislər işdən çıxarılan və ya işini dəyişmək istəyən şəxslərə də müxtəlif tövsiyələr veriblər.
Bundan başqa, "süni intellektin xaç atası" kimi tanınan informatik Ceffri Hinton 2026-cı ildə süni intellektin bəzi "ağ yaxalı" peşələri əvəz edə biləcəyini proqnozlaşdırıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 798 Tarix: 15 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda üç uşaqlı ailələrlə bağlı yeni təklif gündəmdə: GÜZƏŞT VƏ MÜAVİNƏT VERİLƏ BİLƏR - VİDEO
Ölkəmizdə çoxuşaqlı ailə meyarının dəyişdirilməsi təklif olunur. Hazırkı qanunvericiliyə əsasən, beş və daha çox uşağı olan ailələr çoxuşaqlı ailə hesab edilir. Onlara dövlət tərəfindən müəyyən güzəştlər və aylıq müavinətlər təyin olunur. Millət vəkili Vüqar Bayramov müasir dövrün tələblərini nəzər
19.09.2026 222 Pensiyalar və uşaqpulu ilə bağlı GÖZLƏNİLMƏZ PLAN - DETALLAR ÜZƏ ÇIXDI
İqtisadçı Natiq Cəfərlinin son təklifi diqqət çəkib. O, vətəndaşlar üçün beş maddəlik "rahatlıq planı" açıqlayıb. Buraya quru sərhədlərin açılması, uşaqpulu, bir çox dövlət-hökumət qurumlarının ləğvi, və ya səlahiyyətlərinin kəskin azaldılması, kiçik-orta sahibkarlara müəyyən güzəştlər, pensiyakapitalın
19.09.2026 150 Qondarma rejimin özünü buraxması faktı niyə unudulur?
"Ermənistandakı revanşist qüvvələr Qarabağda mövcud olmuş qondarma rejimlə bağlı iddialarından geri çəkilmir və bu məsələni beynəlxalq müstəvidə müxtəlif formalarda gündəmə gətirməyə çalışırlar. Lakin onların nədənsə "unutduğu" mühüm bir fakt var: həmin qondarma rejim 2023-cü il sentyabrı
19.09.2026 252 Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Toy mərasimləri ilə bağlı yeni qaydaların tətbiqi təklif olunur. Təklifə əsasən, toyda iştirak edənlərin sayı maksimum 120 nəfər, mərasimin müddəti isə 2 saatla məhdudlaşdırıla bilər. Bu, nə dərəcədə mümkündür?. xəbər verir ki, -a danışan sosioloq Mail Yaqub deyib ki, bu təklif Azərbaycan üçün tam rea
00:19 126 Azərbaycan armatur istehsalını 14 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 264 min ton armatur istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 % çoxdur. Təkcə avqustda isə ölkədə 32,8 min ton armatur istehsal olunub. Bu, 1 il əvvələ nisbətən 3,
19.09.2026 123 Mariya Zaxarova: "Rusiya və Gürcüstan xalqları bir-biri üçün darıxıb"
Rusiya və Gürcüstan xalqları artıq bir-biri üçün darıxıb və viza rejiminin ləğv edilməsi çoxdan gözlənilən bir addım idi. xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS agentliyinə verdiyi müsahibəsində bildirib. "Düşünürəm ki, Gürcüstan nümayəndə heyətin
19.09.2026 145 Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. BİG.AZ paylaşımı təqdim edir:
00:28 116 Azərbaycan əhəng istehsalını avqustda 2 dəfə artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 26,8 min ton əhəng istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 79 % çoxdur. Təkcə avqustda isə ölkədə 4,8 min ton əhəng istehsal edilib. Bu, 1 il əvvələ nisbətən 2 dəf
19.09.2026 114 Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
Azərbaycan Respublikasının pensiya qanunvericiliyinə əsasən, vətəndaşın yaşa görə əmək pensiyasına hüquq qazanması üçün əsas kriteriyalardan biri 25 illik sığorta stajıdır. Lakin iş stajı bu həddən az olan və ya kifayət qədər iş təcrübəsi bulunmayan şəxslərin də pensiya və ya sosial təminat almaq imkanlar
19.09.2026 169