ABŞ siyasəti və Qrenlandiya: Trampın geosiyasi yanaşması

ABŞ siyasəti və Qrenlandiya: Trampın geosiyasi yanaşması"Hazırkı beynəlxalq kontekstdə ABŞ siyasəti müxtəlif istiqamətlərdə müzakirə olunur və xüsusilə Donald Trampın yanaşmaları diqqət mərkəzindədir. Venesuela məsələsi və Qrenlandiya ilə bağlı iddialar əsasən siyasi ritorika və geosiyasi maraqların ifadəsi kimi qiymətləndirilə bilər. ABŞ tarixi ənənəyə uyğun olaraq enerji resursları, strateji mövqelər və yeni iqtisadi imkanlar üzərində təsirini artırmaq istəyir. Qrenlandiya kimi coğrafi əhəmiyyətli ərazilərin gündəmə gətirilməsi də bu maraqların davamı kimi görünür".

Bunu BiG.AZ-a açıqlamasında politoloq Tural İsmayılov bildirib.

O, qeyd edib ki, hadisələrin sonu beynəlxalq münasibətlərdəki balanslardan asılıdır. ABŞ-ın addımları təkcə daxili siyasətə deyil, həm də Avropa, Asiya və digər regionların reaksiyasına görə formalaşır. Dünya çoxqütblü reallığa doğru gedir və hər bir gücün atdığı addım digər güclərin maraqları ilə toqquşur. Bu baxımdan Qrenlandiya məsələsi daha çox diplomatik müzakirələr çərçivəsində qalacaq:

"Trampın sülh tərəfdarı siyasəti isə ABŞ maraqlarını qorumaqla yanaşı, münaqişələri birbaşa hərbi müdaxilədən çox siyasi və iqtisadi vasitələrlə həll etməyi hədəfləyir. Bu yanaşma bəzən uğurlu, bəzən isə müqavimətlə qarşılanır. Ümumilikdə isə Tramp administrasiyası güc amilini ön planda saxlayaraq, diplomatik kanalları da aktiv şəkildə işlətməyə çalışır.

Beləliklə, ABŞ siyasətini iflas kimi qiymətləndirmək doğru olmaz. Əksinə, bu, maraqları təmin etmək üçün yeni üsulların axtarışı kimi görünür. Qrenlandiya və digər regionlarla bağlı mövqe də beynəlxalq balansı dəyişdirən və yeni reallıqlar yaradan siyasətin bir hissəsidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 712   Tarix: 12 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hökumət üzvləri parlamentdədir

Milli Məclisin növbəti plenar iclası keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, parlamentdə növbəti ilin büdcə zərfi müzakirə ediləcək. İclasda Baş nazir Əli Əsədov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Sahil Babayev və hökumət üzvləri iştirak edirlər

10:59 206
.

Deputat Ağalar Vəliyevin oğluna məxsus "Kristal Bakı" vətəndaşları aldadır?

Ölkənin aparıcı tikinti şirkətlərindən biri olan "Kristal Bakı" ASC (VÖEN - 3103396091) satışa çıxardığı mənzilləri alıcılara fərqli qiymətlərlə təqdim edir. "Real Azərbaycan" xəbər verir ki, şirkətin rəsmi saytı - " vasitəsilə satışa çıxarılan mənzillərin aylıq ödəniş məbləğlər

15:36 162
.

Azərbaycan-Böyük Britaniya diplomatik münasibətlərində yeni inkişaf mərhələsi

Azərbaycanın milli maraqlara əsaslanan çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ölkəni regional gücdən qlobal miqyaslı etibarlı strateji tərəfdaşa çevirib. Bu günlərdə dövlət başçısı İlham Əliyevin Dublində keçirilən "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısında iştirak

14:42 216
.

Cənubi Qafqazın ən böyük siyasi partiyası

Müstəqil Azərbaycanın memarı və qurucusu Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 35 il bundan əvvəl yaradılan Yeni Azərbaycan Partiyası şərəfli bir yol keçib, milli ideyalara sadiqliyini daim sübuta yetirib. Ölkəmizin siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaranmas

12:53 197
.

"Mahal MTK"da rüşvət və özbaşınalıq - Müştəriləri belə aldadırlar

Sumqayıt şəhərində fəaliyyət göstərən "Mahal MTK" tərəfindən tikilib sakinlərə təhvil verilməli olan mənzillərlə bağlı ciddi problemlər yaranıb. Tikinti şirkətinin qanunsuz tələbləri və vədlərinə əməl etməməsi vətəndaşların haqlı narazılığına səbəb olub. Məlumata görə, "Mahal MTK"

15:29 145
.

"Boranı" restoranında tək yeyib-içmək olmaz? - Video

Sosial şəbəkələrdə "Boranı" restoranlar şəbəkəsi ilə bağlı şikayət yayılıb. xəbər verir ki, şikayətçinin iddiasına görə, restoranın "Neftçilər" metrosu yaxınlığında yerləşən filialına tək daxil olmaq istəyən müştəriyə icazə verilməyib. Ona bildirilib ki, yalnız 3-4 nəfərlə gəldikd

16:28 128
.

Putin, Tramp və Si Cinpin arasında sammitin gündəliyi dəyişdirildi

Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Si Cinpin arasında keçirilən görüşdən sonra əvvəlcədən razılaşdırılmış sammit gündəliyindən imtina edildiyi bildirilir. xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti məlumat yayıb. Nəşrin jurnalistlər

10:38 186
.

Prezidentdən Xəzər dənizi ilə bağlı - Fərman

Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb. "Qafqazinfo" xəbər verir ki, Fərmana əsasən, Xəzər dənizinin (gölünün) Azərbaycana mənsu

16:59 90
.

Ölkəmizin xarici siyasətinin növbəti diplomatik uğuru

Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli, praqmatik və milli maraqlara əsaslanan xarici siyasət ölkəmizin beynəlxalq mövqelərinin möhkəmləndirilməsində, nüfuzunun yüksəldilməsində və dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin genişləndirilməsində mühüm rol oynayır

15:00 201
.