Şagirdlərin aqressiyası niyə artır? Statistika, səbəblər və çıxış yolları

Şagirdlərin aqressiyası niyə artır? Statistika, səbəblər və çıxış yolları"Məktəblilər arasında baş verən son zorakılıq hadisələri – o cümlədən 14 yaşlı şagirdin 17 yaşlı məktəblini bıçaqlaması – cəmiyyətin psixoloji, sosial və mədəni sistemində yığılıb qalmış problemlərin məktəb mühitinə daşınmasının açıq göstəricisidir. Bu hadisə maarifləndirmənin azlığından deyil, mövcud maarifləndirmənin sosial reallığın sürətinə çatmamasından qaynaqlanır. Rəqəmlər göstərir ki, son beş ildə məktəblilərlə bağlı qeydə alınan aqressiv davranış və zorakılıq faktlarının sayı təxminən 18–22% artıb; eyni dövrdə psixoloji xidmətə müraciət edən şagird və ailələrin sayı 30%-dən çox yüksəlib. Bu dinamika problemin təkcə fərdi davranış pozuntusu deyil, daha geniş psixoloji yükün nəticəsi olduğunu təsdiqləyir".

Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.

""Təhsil haqqında" Qanunun 30.1-ci maddəsi məktəbin şagirdin psixoloji təhlükəsizliyini təmin etmək öhdəliyini xüsusi vurğulayır, 33.2-ci maddə isə məktəbdə zorakılığın qarşısının alınması üçün psixoloji xidmətin fəaliyyətini zəruri hesab edir. Statistika göstərir ki, hazırda ölkədə 4427 məktəbə təxminən 1900 psixoloq düşür və bu, beynəlxalq norma ilə ciddi ziddiyyət təşkil edir. ABŞ-ın Milli Məktəb Psixoloqları Assosiasiyasının normativinə görə, 1 psixoloq maksimum 250 şagirdə xidmət etməlidir; bizdə bu göstərici bəzi rayonlarda 1 psixoloq – 900 şagird səviyyəsinə qədər yüksəlir. Problemin bir hissəsi maarifləndirmənin çox, amma insanların psixoloji dəstəyinin az olmasıdır. Elm və Təhsil Nazirliyinin son illərdə psixoloji xidmətin gücləndirilməsi, psixoloqlar üçün təlimlərin artırılması, məktəbdaxili təhlükəsizlik protokollarının yenilənməsi kimi addımları müsbət dəyişikliklər yaradır; lakin artan sosial gərginlik fonunda bu tədbirlərin miqyası daha geniş olmalıdır.

Cəmiyyətin aqressiv davranış modelini formalaşdıran amillərin ən güclüsü sosial şəbəkələrdir. OECD məlumatına görə, yeniyetmələrin gündə 4 saatdan çox sosial şəbəkədə vaxt keçirməsi aqressiya riskini 2,3 dəfə artırır. Azərbaycanda 12–17 yaş arası uşaqların təxminən 70–75%-i TikTok və Instagram-da aktivdir; bu platformalarda zorakılığı normallaşdıran kontent, təhqir dili, populyar olmaq üçün aqressiyanı nümayiş etdirmə trendləri formalaşır. Valideyn nəzarətinin zəif olması vəziyyəti daha da ağırlaşdırır. UNICEF-in 2022-ci il hesabatına əsasən, ailədə emosional ünsiyyətin azaldığı və uşağın ekran qarşısında vaxtının normadan çox olduğu mühitlərdə davranış pozuntuları 1,7 dəfə artır. Təəssüf ki, Azərbaycanda valideynlərin böyük hissəsi övladının sosial mediada nə izlədiyini bilmir, nəzarət mexanizmi isə formal səviyyədədir. Bu mənzərə aqressiya üçün zəmin yaradır.
Şagirdlərin aqressiyası niyə artır? Statistika, səbəblər və çıxış yollarıTəhlil eyni zamanda göstərir ki, televiziya cəmiyyətin psixoloji davranış kodunu formalaşdırmaq əvəzinə, reytinq naminə səviyyəsiz verilişləri tirajlayır. Zorakılığı, konfliktli münasibətləri, qışqırıq və alçaldıcı dialoqları normallaşdıran efir mühitində uşağın sağlam psixoloji model qazanması real gözlənti deyil. Müasir televiziyanın böyük qismi maarifləndirmə funksiyasını itirib və yeniyetməyə nümunə ola biləcək intellektual, mədəni proqramların sayı minimaldır. Belə informasiya boşluğu sosial şəbəkənin təsirini daha da gücləndirir və davranış modelini çarpaz şəkildə formalaşdırır.

Məktəb sistemində müəllimlərin bir qismi öz davranışlarında nümunəvi mövqe sərgiləmədiyi üçün vəziyyət daha da mürəkkəbləşir. Araşdırmalar göstərir ki, müəllimin emosional idarəetmə bacarığı zəif olduqda sinifdə aqressiya halları 35%-ə qədər artır. Bizim reallıqda bəzi müəllimlər hələ də şagirdlə sərt ünsiyyəti, təhqiri və aşağılayıcı yanaşmanı "tərbiyə metodu" hesab edirlər. Bu davranış şagirdin aqressiv cavab reaksiyasını daha da gücləndirir. Bununla belə, Elm və Təhsil Nazirliyinin müəllimlər üçün psixoloji hazırlıq, sinif idarəetməsi və şagird davranışının monitorinqi üzrə son illərdə keçirdiyi təlimlər müsbət dəyişikliklər doğurur. Son üç ildə 25 mindən çox müəllimin psixoloji müdaxilə və kommunikasiya modulu üzrə təlim alması beynəlxalq standartlarla müqayisədə irəliyə doğru ciddi addımdır.

Problemin mahiyyəti çoxqatlıdır: ailə öz funksiyasını tam yerinə yetirmir, müəllim nümunə rolunda bəzən zəif qalır, televiziyalar aqressiyanı tirajlayır, sosial şəbəkələr davranış modelini deformasiyaya uğradır, psixoloji xidmət real ehtiyaca uyğun gücdə deyil. Dünya təcrübəsi göstərir ki, uğurlu zorakılıq-preventiv sistemlər tək maarifləndirməyə deyil, koordinasiyalı psixoloji dəstəyə və davranış bacarığı təlimlərinə əsaslanır. Finlandiyada zorakılıq hadisələri illik statistikanın 30%-dən çox azalmasına səbəb olan tətbiqlərdən biri məktəbdə psixoloq-sosial işçi–müəllim üçbucağının hər həftə koordinasiyalı iclasıdır. Estoniyada yeniyetmələrin aqressiya səviyyəsini 40% azaldan əsas faktor ailələrin məktəblə birgə davranış monitorinqi proqramıdır. Bu ölkələrdə zorakılıqla mübarizə məlumatvermə ilə deyil, gündəlik psixoloji iqlimin idarə olunması ilə həyata keçirilir.

Azərbaycan üçün də dəyişikliklərin effekt verdiyi məqamlar var. Elm və Təhsil Nazirliyinin son illərdə etdiyi işlər ­– təhlükəsizlik standartlarının yenilənməsi, psixoloqların sayının artırılması istiqamətində addımlar, məktəb-valideyn ünsiyyət platformalarının genişləndirilməsi – müsbət və vacib dəyişikliklərdir. Bu tədbirlər məktəblilərlə bağlı neqativ statistikanın qarşısını tam almağa hələ kifayət etmir, amma problemlə mübarizəni sistemli mərhələyə keçirdir.

Hazırkı vəziyyətdə dəyişməli olan əsas istiqamətlər də aydındır: ailədaxili emosional nəzarət güclənməli, valideynlər sosial şəbəkəyə real nəzarət mexanizmləri tətbiq etməli, müəllimlər psixoloji davranış bacarığını daha sistemli şəkildə öyrənməli, məktəblərdə təhlükəsizlik və psixoloji xidmət gücü beynəlxalq standartlara uyğunlaşdırılmalı, televiziyalar ictimai məsuliyyət daşımayan kontentə son qoymalıdır. Bu dəyişikliklər baş verdikcə yeniyetmələr arasında zorakılıq azalmağa başlayacaq; çünki aqressiya cəmiyyətin yetişdirdiyi psixoloji modeldir və bu model dəyişmədən ayrı-ayrı tədbirlər nəticə vermir. Elm və Təhsil Nazirliyinin son dövrdə atdığı addımlar həmin modelin dəyişməsi üçün real baza yaradır və bu istiqamətdə aparılan işlərin ardıcıllığı müsbət dinamikanın güclənməsinə səbəb olacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 738   Tarix: 24 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib - Video

Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib. BİG.AZ AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:. "Hörmətli radio və televiziya işçiləri,. Azərbaycan radiosunun yaranması milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biridir. 1926-cı il noyabrın 6-da il

22:24 97
.

Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər

Oktyabrda Azərbaycanın avtomobil bazarında median qiymət 3.7 faiz artaraq 19 500 manata çatıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) -a bildirilib ki, bu yüksəliş real bahalaşma ilə deyil, satışa çıxarılan nəqliyyat vasitələrinin tərkibinin dəyişməsi ilə bağlıdır. Palatanın hesablamaların

19:00 193
.

Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub - YENİLƏNİB

Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub. -ın məlumatına görə, Ağstafa rayonunda minaya düşərək həlak olan, Qazax rayonunun Ürkməzli kənd sakini, 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov ailəli olub, 2 övladı var. Hadisə nəticəsində ağır xəsarətlər alan 1982-ci il təvəllüdlü Sahib İzo

19:03 351
.

Ağstafada sursatın partlaması nəticəsində həlak olan şəxsin fotosu

Ağstafada sursatın partlaması nəticəsində 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov həlak olub. sözügedən şəxsin fotosunu əldə edib:

22:07 113
.

Balıq bazarında bahalaşma var - Video

Bir həftədir bəzi balıqların qiymətində artım müşahidə olunur. BİG.AZ Xəzər TV-yə istinadən bildirir ki, balıq almaq istəyənlər bazarda fərqli qiymətlərlə qarşılaşırlar. Satıcıların sözlərinə görə, ötən həftə ilə müqayisədə bəzi balıq növlərinin qiymətində artım var. Xüsusilə İrandan gətirilən məhsullard

18:50 182
.

İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib

İtaliyanın Fərdi Məlumatların Mühafizəsi İdarəsi "Android" istifadəçilərinin foto və videolarına onların razılığı və xəbərdarlığı olmadan giriş əldə etdiyinə görə "Meta"nı 805 milyon avro ($887 mln) cərimələyib. "Report" xəbər verir ki, bu barədə "Reuters" tənzimləyicini

12:30 184
.

Koşta: Aİ qlobal Sİ yarışında geriləməni aradan qaldırmağa çalışır

Avropa İttifaqı (AI) öz texnoloji potensialını gücləndirmək, süni intellektə (Sİ) investisiyaları artırmaq, eyni zamanda, yeni texnologiyaların təhlükəsiz və məsuliyyətli istifadəsini təmin edərək, bu sahədə aparıcı mövqelərə nail olmaq niyyətindədir. "Report"un Avropa bürosunun məlumatın

17:30 180
.

Paşinyan: Ermənistan yaxın 20 ildə Aİ-nin üzvü ola bilər

Ermənistan yaxın 20 il ərzində Avropa İttifaqının (Aİ) üzvü ola bilər. "Report" xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin Baş naziri Nikol Paşinyanın Dublindəki Beynəlxalq və Avropa İşləri İnstitutunda (IIEA) müzakirələr zamanı verdiyi bəyanata istinadən məlumat yayıb. "Mə

15:20 174
.

ABŞ Ukrayna hərbçilərinin hazırlığını artırıb

ABŞ 2026-cı ilin II rübündə Ukrayna Silahlı Qüvvələrinin (USQ) hazırlıq miqyasını 25%-dən çox genişləndirib. "Report" xəbər verir ki, bu məlumatlar Pentaqonun və ABŞ Dövlət Departamentinin baş müfəttişləri tərəfindən hazırlanmış yeni məruzədə yer alıb. ABŞ-nin qanunverici hakimiyyət qolunu

16:30 211
.