Azərbaycanda keçirilən növbəti tədbir ölkəmizə böyük etimadın nümayişidir

Azərbaycanda keçirilən növbəti tədbir ölkəmizə böyük etimadın nümayişidirHər il keçirilən və özündə üç mühüm tədbiri birləşdirən Bakı Enerji Həftəsi bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirir və bununla da diqqəti Azərbaycanın üzərinə cəmləşdirir. Dövlət başçısı İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı bu tədbirin yüksək statusunu təsdiqləyir.
İyunun 1-də Bakıda öz işinə başlayan Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil and Gas", 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi "Caspian Power" və 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində dövlət başçısı İlham Əliyev bildirib ki, Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu. "Zaman keçdikcə o, dəyişdi və daha da böyüdü, indi çoxsaylı tədbirlərin və çox gözəl mərasimlərin keçirildiyi "Bakı Enerji Həftəsi" adlanır", - deyə dövlətimizin başçısı əlavə edib.
Tədbirdə 44 ölkədən 274 şirkətin iştirakı Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun, etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin göstəricisidir.
Dövlət başçısı İlham Əliyev tədbirin sərgilərinin açılış mərasimində bildib ki, dünya qazıntı yanacağı olmadan yaşaya bilməz. Dövlətimizin başçısı, həmçinin vurğulayıb ki, hamımız planeti xilas etmək üçün daha yaxşı bir iqlimə sahib olmaq istəyirik. Hamımız daha yaxşı bir mühitdə yaşamaq istəyirik. "Amma bu gün biz çox praqmatik olmalı və realizmə əsaslanmalı, gələcəyimizi enerji təhlükəsizliyi ilə əlaqədar planlaşdırmalı, həmçinin bərpaolunan enerji mənbələrinə investisiya qoymalıyıq", - deyə Prezident əlavə edib.
Prezident İlham Əliyev tədbirin açılış mərasimindəki çıxışında qeyd edib ki, bu gün Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir. Aparıcı beynəlxalq reytinq agentlikləri tərəfindən reytinqlərimizin ildən-ilə artdığını vurğulayan dövlətimizin başçısı qeyd edib ki, indiyə qədər artıq investisiya səviyyəli reytinqimiz var.
Yoxsulluğun 5 faiz səviyyəsinə endirildiyini, işsizlik eyni rəqəmlər ətrafında olduğunu söyləyən Prezident, həmçinin deyib: "Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq".
Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq. Düzgün enerji siyasətinin bizə indi Azərbaycandan kənara investisiya qoymağa imkan verdiyini söyləyən dövlətimizin başçısı vurğulayıb: "30 il əvvəl investorları cəlb etdiyimiz bir dövr idi. İndi investisiyalarımızı xaricə yönəldirik. Bu gün dövlət neft şirkətimiz SOCAR Yaxın Şərqə, Afrikaya, Mərkəzi Asiyaya investisiya qoyur və coğrafiya isə böyüyəcək".
Bu gün tərəfdaşlarımızla enerji kabelləri ilə bağlı sıx əməkdaşlıq edirik. Qara dəniz enerji kabelinin Azərbaycandan Gürcüstana, Qara dənizdən Rumıniyaya, Macarıstana və bir çox başqa ölkələrədək uzanacağını qeyd edən dövlətimizin başçısı digər layihə olan Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan quru elektrik kabeli xəttinin də həyata keçirilmə mərhələsində olduğunu diqqətə çatdırıb.
Bu il sərgi iştirakçılarının 35 faizini yeni şirkətlər təşkil edir. Azərbaycanın neft, qaz və enerji sektoruna beynəlxalq maraq artmaqda davam edir: sərgi iştirakçılarının təxminən 60 faizini xarici şirkətlər, 40 faizini isə yerli müəssisələr təşkil edir. Bu, yüksək səviyyəli beynəlxalq əməkdaşlıqla yanaşı, yerli biznesin fəal iştirakını da bir daha nümayiş etdirir. Sərginin daimi iştirakçıları olan sənayenin aparıcı şirkətləri sərgi sahəsinin 40 faizini əhatə edir. Ənənəvi olaraq, onların bir çoxu enerji sektorunun inkişafına töhfələrini təsdiqləyərək sponsor kimi iştirak edirlər.
"Bakı Enerji Həftəsi" Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə bünövrəsi qoyulmuş "Caspian Oil & Gas" sərgisinin məntiqi davamı kimi formalaşaraq enerji sahəsində nüfuzlu beynəlxalq hadisəyə çevrilmişdir. Enerji diplomatiyasının inkişafına, strateji tərəfdaşlıqlar qurulmasına və qlobal enerji xəritəsində ölkəmizin mövqeyinin möhkəmlənməsinə töhfə verən bu tədbir ilk milli sərgi brendimiz kimi tarixə düşmüşdür. Dövlətimizin başçısı bildirib ki, ötən illər ərzində bu təşəbbüs enerji sahəsində qlobal meyillərə uyğun şəkildə genişlənmiş və "Bakı Enerji Həftəsi" formatını almışdır. Ənənəvi enerji mənbələrindən bərpaolunan enerjiyə qədər geniş məzmunda məsələlərin müzakirə edildiyi "Bakı Enerji Həftəsi" artıq yeni yanaşmaların və beynəlxalq enerji dialoqunun formalaşdığı nüfuzlu bir forum kimi tanınır.
Hazırda Azərbaycanın yaşıl enerji gündəliyi çox genişdir. Azərbaycan neft və qaz ölkəsi olmaqla yanaşı, investorlarla bərabər məhz yaşıl enerjiyə sərmayə qoyub. Bu da ölkəmizin məsuliyyətini nümayiş etdirir. Azərbaycan Prezidenti İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciətində bildirb ki, bu gün dünyada enerji sektoru dayanıqlı inkişafın əsas sütunlarından biridir. Müasir geosiyasi proseslər göstərir ki, enerji təhlükəsizliyinin etibarlı təminatı enerji mənbələrinin şaxələndirilməsi və innovativ texnologiyaların tətbiqi ilə birbaşa bağlıdır. Bu baxımdan, bərpa olunan enerji və aşağı karbon texnologiyalarına investisiyalar sürətlə artır. Enerji keçidi artıq yalnız ekoloji məsələ deyil, həm də iqtisadi təhlükəsizlik və rəqabətqabiliyyətlilik amilinə çevrilib.
Ölkəmiz də "yaşıl enerji" istiqamətində ardıcıl siyasət həyata keçirir və strateji mövqeyini daha da möhkəmləndirir. Avrasiyanın enerji və nəqliyyat marşrutlarının kəsişməsində yerləşən ölkəmiz regional enerji əməkdaşlığının inkişafına etibarlı tərəfdaş kimi mühüm töhfə verir. Bol enerji resursları, formalaşdırılmış infrastruktur və beynəlxalq səviyyədə qazanılmış yüksək etimad əsas üstünlüklərimizdir.
Dövlətimizin başçısı qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri çərçivəsində "yaşıl enerji zonası" modelinin uğurla tətbiqi ölkəmizin gələcək enerji strategiyasının əsas istiqamətlərindən birinə çevrilmişdir. Bu yanaşmanın uğurla həyata keçirilməsi onun daha da genişləndirilməsinə və Naxçıvanın da "yaşıl enerji zonası" elan edilməsinə zəmin yaratmışdır. "Əminəm ki, "Bakı Enerji Həftəsi" bundan sonra da qlobal enerji dialoqunun genişlənməsinə, yeni təşəbbüslərin formalaşmasına və dayanıqlı enerji gələcəyinin qurulmasına mühüm töhfə verəcəkdir" - deyə dövlətimizin başçısı bildirib.
Beləliklə qeyd etmək lazımdır ki, Azərbaycanda keçirilən növbəti mötəbər tədbir ölkəmizə və Prezident İlham Əliyevə böyük etimadın nümayişidir.

Həcər Verdiyeva - Tarix elmləri doktoru, professor


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 744   Tarix: 01 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan 9 ayda Türkiyəyə 8 milyard kubmetrdən çox qaz nəql edib

Bu ilin yanvar-sentyabr Azərbaycandan Türkiyəyə cəmi 8 milyard 113,03 milyon kubmetr həcmində təbii qaz göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Hesabata əsasən, bu göstəric

14.11.2026 174
.

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Türkiyə ərazisindən Suriyaya 1 milyard 197,1 milyon kubmetr həcmində Azərbaycan təbii qazı göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Bu göstəric

14.11.2026 193
.

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti

14.11.2026 315
.

Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü

Dağıstanda sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı, 31 yaşlı Məhəmməd Davudov güllələnərək qətlə yetirilib. xəbər verir ki, bu barədə "Mash na sporte" "Telegram" kanalı məlumat yayıb. Bildirilib ki, banket zallarından birində keçirilən tədbirdə iştirak edən idmançı binada

14.11.2026 174
.

Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə noyabrın 15-16-da Omanda Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək. Bu barədə "Report"a QMİ-dən məlumat verilib. Bildirilib ki, Maskat Forumu Oman Sultanlığı, BMT-nin Soyqırımının Qarşısının Alınması üzrə Xüsus

14.11.2026 193
.

Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var

Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb. Hərəkətdə olan "Changan" və "BYD" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirində

14.11.2026 214
.

Dondurucu soyuqlar gəlir - XƏBƏRDARLIQ

Dünya 2026-2027-ci illərin qışına qeyri-adi atmosfer hadisəsi ilə daxil olur. Şimal qütbü üzərindəki soyuq hava sistemində tarixdə ən erkən pozulma qeydə alınarkən, güclənən El Nino hava proqnozlarını dəyişdirib. Ekspertlər noyabrın sonu və dekabrın əvvəlində Avropa və Şimali Amerikada yeni soyuq hav

14.11.2026 316
.

Tramp özü ilə birlikdə milyarderi də Çinə aparacaq

İş adamı İlon Mask ABŞ Prezidenti Donald Trampı Çin səfərində müşayiət edəcək. -ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi Birləşmiş Ştatlar rəsmisinə istinadən məlumat yayıb. Səfər çərçivəsində ABŞ liderinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) və Cənub-Şərqi Asiy

14.11.2026 155
.

İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqlayıb

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Tehrana qarşı texniki və hüquqi cəhətdən əsassız qətnamələrə əsaslanır. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" İranın Vyanadakı (Avstriya) Daimi Nümayəndəliyinin bəyanatına istinadən məlumat yayıb

14.11.2026 154
.