Şimal Qütbündə qorxulu ərimə: "Cəsəd Burnu" yüzillər sonra üzə çıxdı
Qlobal istiləşmə Svalbard arxipelaqında yerləşən tarixi məzarlıqları üzə çıxarır. "Cəsəd Burnu" (Likneset) adlanan bölgədə əsrlər boyu donmuş halda qalan torpaqların əriməsi nəticəsində 17-18-ci əsrlərdə burada dəfn edilən dənizçilərə aid skeletlər yenidən üzə çıxır.
Qaynarinfo xəbər verir ki, Şimal Buzlu Okeanının kənarında yerləşən Svalbard adalarında donmuş torpaqların sürətlə əriməsi keçmişin qaranlıq səhifələrini ortaya çıxarır. Likneset - yəni "Cəsəd Burnu" adlanan ərazidə aparılan müşahidələr göstərir ki, iqlim dəyişikliyi səbəbindən bir zamanlar tamamilə donmuş hesab edilən məzarlıqlar tədricən açılır.
Balina ovunun izləri və sənaye başlanğıcı
Balina yağına olan ehtiyac 16-17-ci əsrlərdə Avropada sənaye inkişafını sürətləndirən əsas amillərdən biri idi. Holland səyyahı Villem Barents 1596-cı ildə Spitsbergen adasını kəşf etdikdən sonra bölgənin balinalarla zəngin olduğu müəyyən edilmişdi. 1612-ci ildən etibarən burada sistemli balina ovu başlayıb və qısa müddətdə Svalbard Avropanın əsas ov mərkəzlərindən birinə çevrilib.
17-ci əsrin sonlarına doğru isə intensiv ov səbəbindən balinalar sahil sularından uzaqlaşıb açıq dənizlərə çəkilmişdi. Ovçular da bu dəyişiklikdən sonra açıq dənizlərdə işləməyə və balina yağını gəmilərdə emal etməyə başlayıblar.
İnsan itkilərinin izi
Svalbard Muzeyinin məlumatına görə, o dövrdə hər yay yüzlərlə gəmi buzlaqlar arasında balina ovuna çıxırdı. Likneset bölgəsi həmin dövrdə ölən gənc dənizçilərin dəfn olunduğu yerlərdən biri idi.
"Cəsəd Burnu" adı da məhz bu tarixi praktikanın nəticəsi olaraq formalaşıb.
İqlim dəyişikliyi ilə üzə çıxan skeletlər
Norveç Mədəni İrs Tədqiqat İnstitutu və Oslo Universitet Xəstəxanasının araşdırmaları göstərir ki, ərimə prosesi nəticəsində məzarlıqlar açılır və insan qalıqları üzə çıxır. Tədqiqatçılar bu materialları həmin dövrün həyat şəraitini öyrənmək üçün nadir imkan kimi qiymətləndirirlər.
Aparılan analizlər göstərib ki, skeletlərin böyük əksəriyyəti 20-25 yaş arası kişilərə aiddir. Araşdırılan 19 nəfərdən 18-də sinqa (C vitamini çatışmazlığı) əlamətləri aşkarlanıb. Bundan əlavə, uşaqlıq dövründə qidalanma çatışmazlığı və raxit izləri də müəyyən edilib.
Ağır iş və erkən ölüm
Kəllə və sümüklərdə aşkar edilən deformasiyalar, sınıqlar və oynaq problemləri bu insanların çox ağır fiziki şəraitdə çalışdığını göstərir. Tədqiqatçılara görə, bu tapıntılar Avropanın erkən sənaye dövründə balina ovçuluğunun insan həyatı üzərində yaratdığı ağır təsiri ortaya qoyur.
Eyni zamanda, iqlim dəyişiklikləri səbəbindən bu tarixi arxivlər yox olmaq təhlükəsi ilə üz-üzədir. Əbədi donmuş torpaqların əriməsi və sahil eroziyası bu məzarlıqların tamamilə itirilməsinə səbəb ola bilər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 682 Tarix: 01 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan 9 ayda Türkiyəyə 8 milyard kubmetrdən çox qaz nəql edib
Bu ilin yanvar-sentyabr Azərbaycandan Türkiyəyə cəmi 8 milyard 113,03 milyon kubmetr həcmində təbii qaz göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Hesabata əsasən, bu göstəric
14.11.2026 174 Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56 % artıb
Bu ilin yanvar-sentyabr aylarında Türkiyə ərazisindən Suriyaya 1 milyard 197,1 milyon kubmetr həcmində Azərbaycan təbii qazı göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Bu göstəric
14.11.2026 193 Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti
14.11.2026 315 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü
Dağıstanda sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı, 31 yaşlı Məhəmməd Davudov güllələnərək qətlə yetirilib. xəbər verir ki, bu barədə "Mash na sporte" "Telegram" kanalı məlumat yayıb. Bildirilib ki, banket zallarından birində keçirilən tədbirdə iştirak edən idmançı binada
14.11.2026 174 Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə noyabrın 15-16-da Omanda Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək. Bu barədə "Report"a QMİ-dən məlumat verilib. Bildirilib ki, Maskat Forumu Oman Sultanlığı, BMT-nin Soyqırımının Qarşısının Alınması üzrə Xüsus
14.11.2026 193 Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb. Hərəkətdə olan "Changan" və "BYD" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirində
14.11.2026 214 Dondurucu soyuqlar gəlir - XƏBƏRDARLIQ
Dünya 2026-2027-ci illərin qışına qeyri-adi atmosfer hadisəsi ilə daxil olur. Şimal qütbü üzərindəki soyuq hava sistemində tarixdə ən erkən pozulma qeydə alınarkən, güclənən El Nino hava proqnozlarını dəyişdirib. Ekspertlər noyabrın sonu və dekabrın əvvəlində Avropa və Şimali Amerikada yeni soyuq hav
14.11.2026 316 Tramp özü ilə birlikdə milyarderi də Çinə aparacaq
İş adamı İlon Mask ABŞ Prezidenti Donald Trampı Çin səfərində müşayiət edəcək. -ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi Birləşmiş Ştatlar rəsmisinə istinadən məlumat yayıb. Səfər çərçivəsində ABŞ liderinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) və Cənub-Şərqi Asiy
14.11.2026 155 İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqlayıb
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Tehrana qarşı texniki və hüquqi cəhətdən əsassız qətnamələrə əsaslanır. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" İranın Vyanadakı (Avstriya) Daimi Nümayəndəliyinin bəyanatına istinadən məlumat yayıb
14.11.2026 154