Yeni avtomobillərə tələbat niyə zəifləyib?
"Azərbaycanda avtomobil idxalının azalması bir neçə amillə bağlıdır. İlk növbədə qeyd etmək lazımdır ki, ilin ilk aylarında yeni avtomobillərin idxalı ənənəvi olaraq aşağı olur. Bunun əsas səbəbi alıcıların avtomobil seçərkən istehsal ilinə xüsusi diqqət yetirməsidir. Bir çox vətəndaş yeni il başladıqdan sonra məhz həmin ilin buraxılışına aid avtomobilləri almağa üstünlük verir. Məsələn, 2026-cı ildə istehsal edilərək satışa çıxarılan avtomobillərə maraq daha yüksək olur. Bu da ilin əvvəlində idxal göstəricilərinin azalmasına təsir edən amillərdən biridir".
Bunu BiG.AZ-a açıqlamasında Avtomobil Dillerləri Assosasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyev bildirib.
O, qeyd edib ki, digər tərəfdən, avtomobillərə tətbiq olunan bəzi güzəştlərin başa çatması da bazarda müəyyən durğunluq yaradıb. Bundan əlavə, avtomobil idxalının yalnız dilerlər tərəfindən deyil, vətəndaşların fərdi sifarişləri hesabına da həyata keçirildiyini nəzərə alsaq, şəxsi sifarişlərin azalması da ümumi bazar aktivliyinə təsir göstərir:
"Hazırda avtomobil satışı ilə məşğul olan şirkətlərin anbar və stoklarında cari ilin satış həcmini qarşılaya biləcək qədər avtomobil mövcuddur. Bu səbəbdən yeni idxala əvvəlki dövrlərlə müqayisədə daha az ehtiyac yaranır.
Bununla yanaşı, taksi fəaliyyəti ilə bağlı müəyyən edilmiş yeni tələblər və limitlər də bazarda yeni avtomobillərə olan tələbatın azalmasına səbəb olub.
Lakin sadalanan amillər avtomobil satışlarının ümumilikdə azalacağı anlamına gəlmir. Hesab edirəm ki, bazarda canlanma üçüncü rübün əvvəlindən etibarən müşahidə olunacaq. Həmin dövrdə həm yeni model avtomobillərə marağın artması, həm də alıcı aktivliyinin yüksəlməsi nəticəsində satışların yenidən artım mərhələsinə keçəcəyi gözlənilir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 672 Tarix: 01 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur
Mərdəkanda dənizdə itkin düşən BDU tələbəsi 19 yaşlı Zeynəb Məmmədzadədən bir aydır xəbər yoxdur. "Qafqazinfo" xəbər verir ki, bu barədə itkin tələbənin yaxını Üzeyir Eldar Cəfərov sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, bu gün artıq 30 gün tamam olur ki, Zeynəblə bağl
16:00 180 Filmlərdə gördüklərinizi gerçəyə çevirin: Bu ideyaları sınamağa dəyər
Bəzən bir filmə baxandan sonra həmin hekayə bitmir. Onun yaratdığı hiss uzun müddət insanın içində qalır və "mən də bunu yaşamaq istəyirəm" fikri yaranır. Romantik qayıq gəzintisi, adrenalin dolu anlar və ya dostlarla çimərlik əyləncəsi. Sevdiyiniz filmlərdən ilham alaraq yay tətilindəki ad
05.08.2026 277 PUA insidentindən sonra Almaniya NATO-nun 4-cü maddəsinin tətbiqini istəyir
Almaniya Leypsiq hava limanında mühafizə olunan ərazidə pilotsuz uçuş aparatının (PUA) aşkarlanmasından sonra NATO Nizamnaməsinin 4-cü maddəsinə uyğun olaraq alyansa üzv dövlətlərlə məsləhətləşmələr aparmalıdır. xəbər verir ki, bu barədə Die Welt qəzetinə açıqlamasında Almaniyanın Xristian Demokrat İttifaqını
10:17 117 Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. BİG.AZ xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məluma
15:35 174 Onu görmək üçün avtomobilin qarşısını kəsdilər - Video
Artıq bir neçə gündür film çəklişlərinə görə Bakıda olan Hollivudun məşhur aktyoru Ceki Çan ötən gün şəhəri gəzib. "Qafqazinfo" xəbər verir ki, xüsusi mühafizənin müşayiətində avtomobillə İçərişəhərdə gəzən aktyor pərəstişkarlarını salamlayıb. Ceki Çanı yaxından görmək istəyən, əsasən gənclə
10:41 255 Mal əti bahalaşıb - VİDEO
İsmayıllı rayonunda son iki gündə mal ətinin pərakəndə satış qiyməti bir manat artaraq 17 manatdan 18 manata yüksəlib. "Xəzər" TV-yə istinadən xəbər verir ki, qəssabların sözlərinə görə, bahalaşma satışa da ciddi təsir göstərib. Alıcılar da qiymət artımını təsdiqləyirlər. Onların sözlərin
05.08.2026 332 Trampın müdaxiləsi: ABŞ sursat çatışmazlığını müzakirə edəcək
ABŞ Prezidenti Donald Trampın Müdafiə Nazirliyinin müavini Stiven Feynberqə şəxsən zəng etməsindən sonra Pentaqonda sursat çatışmazlığının aradan qaldırılması ilə bağlı təcili iclas keçiriləcək. xəbər verir ki, bu barədə NBC News məlumat yayıb. Telekanalın məlumatına görə, Müdafiə Nazirliyinin ikinc
11:54 156 Azərbaycana gələn turistlər ən çox nəyə pul xərcləyir?
Türkiyədə xarici turistlərin xərcləri ilə bağlı açıqlanan son statistikaya görə, ziyarətçilər ən çox qida və içkiyə pul xərcləyirlər. Bu statistika turistlərin səfər zamanı hansı sahələrə daha çox vəsait ayırdığına marağı artırıb. Bəs Azərbaycanda vəziyyət necədir? Ölkəmizə gələn turistlər daha çox hans
14:55 150 Dənizə getməzdən əvvəl oxuyun - 10 vacib qayda
Son günlər ölkənin müxtəlif çimərliklərində, xüsusilə nəzarətsiz ərazilərdə baş verən boğulma hadisələri narahatlıq doğurur. "Qafqazinfo" xəbər verir ki, bu cür hadisələrin əksəriyyəti təhlükəsizlik qaydalarına əməl olunmaması ilə bağlıdır. Boğulma riskini minimuma endirmək üçün aşağıdakı təhlükəsizli
05.08.2026 374