Napoleon tortu niyə belə adlanır? - Tarix və versiyalar

Napoleon tortu niyə belə adlanır? - Tarix və versiyalar"Napoleon" tortu dünyanın bir çox ölkəsində sevilən desertlərdən biridir. Lakin bu kulinariya klassikasının arxasında müxtəlif əfsanələr və maraqlı versiyalar dayanır. Bəziləri onu İtaliya ilə, bəziləri Fransa imperatorları və tarixi qələbələrlə əlaqələndirir.

Tortun adı haradan gəlir?
Lent.az bu barədə xarici mediaya istinadla xəbər verir.

1. Mənşə versiyası
Bəzi mənbələrə görə "Napoleon" tortu II Fransız imperiyası dövründə (1852–1870) Napaleon III Bonapartın dövründə yaranıb. O zaman desertin Fransada məşhur olan "mille-feuille" (min qat) versiyası hazırlanırdı, yəni laylı xəmirdən ibarət, qaymaqlı qatlarla bəzədilmiş tort.

Digər versiyaya görə, tortun kökü İtaliyanın Neapol şəhərinə gedib çıxır. Həmin dövrdə "napolitano" və ya "napolitain" adlanan desertlər var idi və bu ad zamanla "Napoleon" kimi təhrif olunmuş ola bilər. Maraqlıdır ki, ilkin "napolitan" deserti şirin deyil, ispanaq, kəsmik və pesto sousundan ibarət idi. Sonradan isə bu ad fransız desertinə keçərək fərqli məna kəsb edib.

Fransada bu desert bu gün də "Napoleon" yox, "mille-feuille" kimi tanınır, yəni "min təbəqə". Əslində isə rus və ukrayna versiyalarında qatlar daha çox olur, lakin ideya eynidir: laylı xəmir və kremli qatlar.

2. Romantik versiya
Əfsanəyə görə, Napaleon Bonapartın özü bu tortun yaranmasına ilham verib. Bir gün arvadı Jozefina, imperatorun saray xanımlarından biri ilə pıçıltı ilə danışdığını görüb və qısqanclıqdan səbəb soruşub. Napaleon isə vəziyyətdən çıxmaq üçün guya yeni desert resepti haqqında danışdığını deyib. O, həmin axşam aşpazına göstəriş verərək Jozefinanı heyran edəcək tort hazırlamağı tapşırıb. Növbəti gün yaradılan desert o qədər uğurlu alınıb ki, sarayda hamı onu sevməyə başlayıb və tort imperatorun şərəfinə "Napoleon" adlandırılıb.

3. "Rus versiyası" — 1812-ci ilin şərəfinə
Ən çox qəbul edilən versiyaya görə, tort Rusiyada 1912-ci ildə, Napaleonun 1812-ci il müharibəsində məğlubiyyətinin 100 illiyi münasibətilə yaradılıb.
Yubiley mərasimləri üçün yeni yeməklər icad edən rus aşpazlar bu tortu da təqdim ediblər. O, əvvəlcə üçbucaq formada hazırlanırdı. Bu, Napaleonun məşhur üçbucaq papağını (bikornu) simvolizə edirdi. Üzərinə səpilən xırda qırıntılar isə fransız ordusunun "karda məğlubiyyətini" təcəssüm etdirirdi.

Zamanla tortun forması dəyişərək bugünkü klassik dairəvi və ya kvadrat formaya düşüb. Əslində isə bu desertin əsasında fransız "mille-feuille" resepti dayanır.

Başqa bir ehtimala görə, "Napoleon" resepti Rusiyaya Fransadan qaçan aristokratlarla birgə gəlib. Fransız "napolitain" adının rus tələffüzündə dəyişməsi nəticəsində isə "Napoleon" forması yaranıb.

4. Müasir növlər: "yaş" və "quru" Napoleon
Bu gün "Napoleon" tortunun iki əsas növü mövcuddur:

"Yaş" Napoleon - qaymaqlı və ya bişmiş krem ilə hazırlanır. Tort yaxşı islanır, yumşaq və kremli olur.

"Quru" Napoleon - əsasən yağlı kremdən hazırlanır və bu səbəbdən daha xırtıldayan və sərt teksturaya malikdir.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 670   Tarix: 09 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.