"Səidə, səni ailəndən uzaqlaşdırırlar ki..." - Brilliant Dadaşova
Xalq artisti Brilliant Dadaşova müğənni bacısı qızı Səidə Dadaşovadan danışıb.
Axşam.az-ın məlumatına görə, "Qonaqcanlı" verilişində qonaq olan sənətçi bildirib ki, bütün çətinliklərdə Səidənin yanında olub və yenə də onu tək qoymayacaq:
"Səidə çox təmiz, saf qızdır. Onu yönləndirmək, idarə etmək çox asandır. Bunu telefonla danışanda da özünə demişəm. Səidə, yanındakı insan səni ailəndən uzaqlaşdırır ki, səni "yemək" asan olsun. Amma onu bil ki, başına gələn bütün bəlalarda necə səninlə olmuşamsa, yenə də yanındayam. Yenə də dara düşsən, bil ki, gecə saat 4-də də olsa, bir telefon qədər yaxınındayam.
Səidənin anası, mənim bacım Sədaqət, onun uşağına baxdı, ətə-cana gətirdi. Hətta Rafael deyirdi ki, "Sədaqət, sənin şəkərin var. Birdən şəkərin düşər, özündə olmazsan, uşağa ziyan olar". Bağda uşağa tək baxırdı. Düzdür, köməkçi tutmuşduq, amma hərdən onun şəkəri çox düşürdü. Səidənin bu gün fəxr etdiyi insanlar həmin vaxt onun yanında deyildilər".
Qeyd edək ki, Səidə mərhum Xalq artisti Rafael Dadaşovun qızıdır. R.Dadaşov Xalq artisti Brilliant Dadaşovanın bacısı, aktrisa Sədaqət Dadaşova ilə ailəli olub. Sədaqət və Səidə hazırda küsülüdür.
Xalası Lalə Dadaşova bu yaxınlarda Səidə ilə bağlı qalmaqallı açıqlama verib.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMənzurə Musayevanı 500 manata toya çağırmaq istədilər
Müğənni Mənzurə Musayeva yarım saatlıq toy çıxışının qiyməti ilə bağlı müzakirələrə səbəb olub. Qaynarinfo xəbər verir ki, müğənni bu günlərdə qatıldığı televiziya proqramlarından birində müzakirə mövzusuna çevrilib. Veriliş zamanı orta məktəbdə müəllim işləyən tamaşaçı canlı yayıma qoşularaq övladlarını
29.10.2026 700 Engin Altana ağır itki - Foto
Türkiyəli aktyor Engin Altan Düzyatana ağır itki üz verib. Axşam.az xəbər verir ki, aktyorun atası Mevlan Düzyatan 88 yaşında dünyasını dəyişib. Bu barədə aktyor özü sosial media hesabında yazıb. O, atasının sabah İzmirdə dəfn ediləcəyi bildirilib. Qeyd edək ki, Engin Altan Düzyatan sonuncu dəfə "Çö
25.10.2026 905 ABŞ-də kuryerlik edən Fərid Məmmədovdan CANLI İFA
Uzun illərdir ABŞ-də yaşayaraq kuryerlik edən müğənni Fərid Məmmədov yeni görüntüləri ilə diqqət çəkib. xəbər verir ki, o məşhur müğənni Meray Kerinin "My all" mahnısını ifa edib. Sənətçi sözügedən ifanı canlı səsləndirərək sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, Fərid Məmmədov 2013-cü ild
23.10.2026 883 Corcinanın qısqanclığı Ronaldoya 100 milyon dollara başa gəldi
Ulduz futbolçu Kriştiano Ronaldonun özəl təyyarəsində çalışan qadın pilotu işdən çıxardığı iddia olunur. Bu qərarın arxasında isə həyat yoldaşı Corcina Rodrigesin dayandığı bildirilir. xəbər verir ki, Ronaldonun təyyarəsində pilot kimi çalışan Sofiya Vens adlı qadınla futbolçu arasındakı yaxın münasibə
03.11.2026 718 Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi
Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində
02.11.2026 605 "Sənət öyrədib, reklam etdiklərimin xəyanəti..."
Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə xəyanətlə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, müğənni xalqın sevgisini hər an hiss etdiyini bildirib. Sənətçi illərlə reklam edərək sənətin elit təbəqəsinə çatdırdığı insanların xəyanətinə baxmayaraq, tamaşaçı sevgisinin onun üçün xüsusi olduğun
25.10.2026 579 "Mən əməliyyatda olanda bacımın ürəyi gedib"
"Oğlum da, qızım da, bacım da etiraz etdi. Hara gedirdimsə, deyirdilər ki, əməliyyat etdirmə. Amma mən qərar vermişdim, özümü buna hazırlamışdım". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli TMB-də qonaq olarkən deyib. Abdominoplastika əməliyyatı keçirən müğənni həmi
31.10.2026 460 Dilarə Əliyevaya VƏZİFƏ VERİLDİ
Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə verilib. BİG.AZ "Olay"a istinadla xəbər verir ki, tanınmış aktrisa və aparıcı ARB televiziyasında müşavir vəzifəsinə təyin olunub. Bir neçə gündür işinin icrasına başlayan Dilarə yaxın aylarda yenidən ekranlara qayıdacaq
24.10.2026 958 Şəhriyardan Oksana ilə bağlı suala reaksiya
Aparıcı Şəhriyar Əbilov oğlu Osman və keçmiş həyat yoldaşı, rəqqasə Oksana Rəsulova ilə bağlı sualları cavablandırıb. O, bu barədə "2+1" yutub layihəsində danışıb. Ş.Əbilov oğlu üçün yaxşı ata olmağa çalışdığını bildirib:. "Oğluma çalışıram yaxşı ata olum. Yanında olmağa çalışıram. Anas
24.10.2026 594