Nilüfər Konqres Mərkəzində sevgi və səmimiyyət dolu konsert proqramı ilə çıxış etdi - FOTOLAR
Məşhur təşkilatçı Eyyub Hüseynzadə və onun təsis etdiyi "Anadolu Events" şirkətinin təşkilatçılığı ilə Nilufər paytaxtda möhtəşəm konsert proqramı ilə çıxış edib.
BiG.AZ xəbər verir ki, Bakı Konqres Mərkəzində baş tutan gecədə əfsanəvi sənətkar pərəstişkarlarına unudulmaz musiqi axşamı yaşadıb. Canlı orkestr, yüksək səviyyəli səhnə tərtibatı və sənətçinin enerjili performansı konserti ilin ən yaddaqalan musiqi tədbirlərindən birinə çevirib.
Gecənin emosional məqamlarından biri Nilüfərin dərin hisslərlə ifa etdiyi "Yandırdın qəlbimi" mahnısı olub.
Konsertin bir digər unudulmayan məqamı Nilüfərin səhnəyə gənc bir pərəstişkarını dəvət etməsi olub. Sözügedən tamaşaçının da adı Nilüfər idi. Onlar birlikdə "Son arzum" mahnısını ifa edərək, zalda səmimi və duyğulu anlar yaradıblar. Lakin gecənin ən səmimi və əyləncəli anı tamaşaçılar arasından gəlib. Zalda əyləşən bir xanım səhnəyə yaxınlaşaraq həyat yoldaşı Rəşidi doğum günü münasibətilə təbrik edib. O, 35 illik ailə həyatları boyunca yalnız Nilüfərin mahnılarını dinlədiklərini bildirərək, sənətçiyə təşəkkür edib. Daha sonra xanım gülümsəyərək səhnəyə qalxıb və "Rəşid, bizi çək!" deyib. Bu məqam zalda həm gülüş, həm də alqış sədaları ilə qarşılanıb. Bu sözlərdən sonra Rəşid bəy də zaldan səhnəyə yaxınlaşaraq həyat yoldaşı və Nilüfərlə birgə xatirə şəkli çəkdirib. O da öz növbəsində sənətçiyə illərlə ailələrinə sevinc bəxş etdiyinə görə təşəkkürünü bildirib.
Gecedə iki geyim dəyişən sənətçi gözəlliyi ilə də göz oxşayıb. İki saat davam edən konsert boyunca köhnə və yeni mahnılarını canlı səsləndirən Nilüfər tamaşaçılara həm nostalji, həm də sevgi dolu bir musiqi səyahəti yaşadıb.





BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO
Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas
16.09.2021 7167 Damla plastik əməliyyatdan sonra - FOTOLAR
Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:
16.09.2021 9193 Beyonsun 500 milyonluq özəl günü - Fotolar
Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar
16.09.2021 2230 "Kalp yarası"nda yeni aktyor - Foto
Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək
17.09.2021 3104 "Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"
Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz
17.09.2021 5564 Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"
"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy
16.09.2021 2063 "Bu missiyam da tamamlandı" - Afaq Gəncəli
"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd
16.09.2021 1999 İlin ən gözəl qadını seçildi
"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb
17.09.2021 8355 Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb
Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır
16.09.2021 2690