Çin avtomobillərinin bazardakı "liderlik"dövrü bitir
Çin avtomobillərinə tələbat kəskin azalacaq. Belə ki, hibrid avtomobillər üçün güzəşt müddətinin uzadılmaması fonunda bu maşınlara ümumiyyətlə yaxın gedən olmayacaq. Əvvəllər sırf ucuz olduğu üçün alınan bu maşınların qiymətindəki kəskin artım onlara olan tələbata ciddi şəkildə mənfi təsir edəcək.
Ümumiyyətlə son illərdə Çin avtomobilləri bazara böyük iddialarla daxil olub. Hər yerdə yeni modellər, texnologiya ilə dolu reklamlar, "elektrikli gələcək" şüarları... Amma reallıqda bu parıltının arxasında çox ciddi çatlar görünür.
Birincisi, keyfiyyət və etibarlılıq məsələsi hələ də Çin markalarının ən böyük zəif nöqtəsidir. Avtomobilin ilk bir-iki ilində hər şey normal görünsə də, uzunmüddətli istismar zamanı plastiklərin cızılması, asqı sisteminin tez sıradan çıxması, elektronik problemlər və bəzən təhlükəsizlik avadanlıqlarının işləməməsi kimi hallar tez-tez baş verir. Yəni bu maşınlar "yeni görünmək" üçün dizayn edilir, amma "davamlı olmaq" üçün yox.
İkincisi, brend etibarı və dizayn orijinallığı məsələsidir. Çin avtomobillərinin bir çoxu Avropa və Yapon modellərinin açıq-açıq surətidir - ön panjur BMW-dən, arxa fənərlər Audi-dən, interyer Mercedes-dən. Texnologiya sahəsində də bu təqlidçilik çox hiss olunur. Nəticədə, avtomobil xaricdən cazibədar görünsə də, içində "öz kimliyi" yoxdur.
Üçüncüsü, təhlükəsizlik və sertifikatlaşdırma. Avropa NCAP və ya IIHS testlərində real nəticə göstərən Çin modelləri çox azdır. Çoxu ya zəif bal toplayır, ya da ümumiyyətlə testlərə qatılmır. Çin bazarı daxilində satılan modellər üçün təhlükəsizlik standartları da çox zaman "göstəriş xatirinə" yazılır.
Və nəhayət, qiymət və dəyər balansı. Bəli, Çin avtomobilləri adətən ucuz olur. Amma "ucuz" bəzən "dəyərli" demək deyil. Çox vaxt bu qiymət fərqi keyfiyyətin, materialın və etibarlılığın hesabına əldə edilir. Yəni illərlə sınanmış Toyota, Honda, BMW və ya Volkswagen ilə müqayisə aparmaq hələ çox tezdir.
Qısası, Çin avtomobilləri bu gün üçün parlaq və cəlbedici görünə bilər. Amma avtomobil sadəcə dizayn və ekran demək deyil, ruh, etibarlılıq və uzunömürlülük məsələsidir. Bu sahədə Çin hələ yolun başlanğcındadır.(milli.az)
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 941 Tarix: 02 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKörpüyə görün hansı ad verildi - FOTOLAR
ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb
15.09.2021 1164 Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO
Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ
14.09.2021 1051 Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...
Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi
12.09.2021 1875 Peyvənd olunana pulsuz dönər təklifi
Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin
16.09.2021 1185 Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı
Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi
12.09.2021 3724 Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir
Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri
12.09.2021 489 Gecə paltarı ilə yatmayın - SƏBƏB
Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların
16.09.2021 3554 Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO
ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd
15.09.2021 660 3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar
Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin
17.09.2021 877