Aslanlar belə ondan uzaq durur - Planetin ən pis qoxulu heyvanı

Aslanlar belə ondan uzaq durur - Planetin ən pis qoxulu heyvanıAfrika savannalarında elə bir canlı yaşayır ki, o, hətta şirlərdən belə çəkinmir. Onun əsas silahı nə dişlər, nə də sürətdir. Bu heyvan kimyəvi silaha bənzədilən kəskin iy ilə özünü qoruyur.

Lent.az xəbər verir ki, söhbət zolaqlı skunsdan gedir. Kiçik ölçüsünə baxmayaraq, o, tədqiqatçılar arasında bir əfsanəyə çevrilib.

Onun sirri ancaq bir şeydir: anal vəzilərindən ifraz olunan və yüzlərlə metr uzaqdan hiss edilən yandırıcı qoxu. Bu qoxunun kimyəvi tərkibi o qədər aqressivdir ki, göz yaşarması və ürəkbulanma yaradır. Ona görə də hətta yırtıcılar belə ona yaxınlaşmamağa üstünlük verirlər. Cəmi bir neçə kiloqram çəkisi olan bu kiçik heyvana qarşı şirlər və leopardlar belə ehtiyatla davranır.

Alimlər qeyd edir ki, skunsın qoxusu həm paltarda, həm də tüklərdə həftələrlə qalır. Bu xüsusiyyət heyvanı demək olar ki, toxunulmaz edir.

Maraqlıdır ki, o, birinci hücuma keçmir. Bu "silahı" yalnız təhlükə olduqda istifadə edir. Qoxunu buraxmazdan əvvəl isə xəbərdarlıq edir. Ön pəncələrinin üzərinə qalxır və quyruğunu nümayişkaranə tərzdə yelləyir.

Etnoloqlar bu davranışı xüsusi araşdırırlar. Bu nümunə göstərir ki, ən kiçik canlılar belə özlərini qorumaq üçün effektiv strategiya yarada bilirlər.

Yerli sakinlər skunsın iyini "yanan rezin qoxusu" ilə müqayisə edirlər. İnsan üçün də bu heyvanla təsadüfi qarşılaşma xoş təcrübə sayılmır.

Bioloqlar vurğulayırlar ki, bu heyvan ekosistemdə mühüm rol oynayır. O, həşəratları və kiçik gəmiriciləri məhv etməklə onların sayını tənzimləyir. Buna baxmayaraq, skuns təcavüzkar deyil, insanlardan və digər heyvanlardan qaçmağa üstünlük verir. Gecələr daha çox aktiv olur.

Onu əsasən Şərqi və Cənubi Afrikanın savanna və kollarında görmək mümkündür, lakin gündüzlər demək olar ki, görünmür.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1067   Tarix: 26 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.