Məhkəmədə həmin şəxslərin ifadələri elan olundu - Fotolar

Məhkəmədə həmin şəxslərin ifadələri elan olundu - FotolarErmənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası oktyabrın 23-də davam etdirilib.

"Qafqazinfo" xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Sədrlik edən Zeynal Ağayev bildirib ki, 82 nəfər zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə prosesində iştirak edə bilməyəcəklərini, ibtidai istintaqa ifadələrinin məhkəmə prosesində tədqiq olunmasını xahiş edib.

Zərərçəkmişlərin iclasda iştirak edə bilməməsinə və ibtidai istintaqa ifadələrinin tədqiq edilməsinə etiraz edən olmayıb.

Ardınca məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyən və bununla bağlı məhkəməyə müraciət etmiş zərərçəkmiş şəxslərin ifadələri elan edilib.

Zərərçəkmiş Azad Kamal oğlu Tahirovun elan olunan ifadəsinə əsasən, o, Ermənistanın əsirliyində olarkən Maksim adlı polis əməkdaşının avtomat silahın uc hissəsi ilə onun ağzından möhkəm zərbə vurması nəticəsində dişi qırılıb. Eyni zamanda, həmin Maksim barabanlı tapançaya bir güllə qoyub fırlatmaqla onunla əsir yoldaşları arasında "ruletka" oyunu oynayıb. Yəni, tapançanı növbə ilə əvvəl onun, sonra Şahlar Qurbanovun başına dirəyərək tətiyi çəkib. İki halda atəş açılmayıb. Lakin Tağı Bayramovun başına tutub tətiyi çəkdikdə isə açılmış atəş nəticəsində sonuncu yerindəcə ölüb. Qətlə yetirilmiş Tağı Bayramovun meyitini Ermənistan hərbçilərinin tələbi ilə çayın kənarına aparıb orada basdırıblar.

Tağıyev Talıb Əzim oğlu ifadəsində göstərib ki, 1991-ci il aprelin 10-da Cəbrayıl rayonunun Havıslı kəndi yaxınlığında Ermənistan hərbçiləri onun, eləcə də Əsədullayev Qubad Cavad oğlunun və Məmmədov Qara Salman oğlunun olduğu "Jiquli" markalı avtomobili saxlayaraq Hadrut polis şöbəsinə aparıb və orada onlara işgəncə veriblər. Eləcə də hadisədən sonra bu fakt üzrə aparılmış araşdırmanın gedişində həmin dövrdə keçirilmiş tanınma istintaq hərəkəti zamanı ona işgəncə vermiş V.E.Martirosyan, M.Q.Konstandov və P.M.Ayriyanı tanıyıb.

Ağayev İlham Cabir oğlu elan olunan ifadəsində bildirib ki, o, 1994-cü il mayın 5-də Tərtər rayonundakı 3-cü Sovxoz adlanan ərazidə Ermənistan silahlı qüvvələri tərəfindən açılan atəş nəticəsində yaralanıb və əsir götürülüb. Təxminən bir ay Qaradağlı kəndində saxlanıldıqdan sonra onu Şuşa həbsxanasına aparıblar. Qaradağlıda saxlanıldığı müddətdə yaralarına baxılmadığından səhhəti ağırlaşıb. Bu səbəbdən onu Xankəndi Şəhər Uşaq Xəstəxanasına göndəriblər. Uşaq xəstəxanasında Ermənistan hərbçiləri tərəfindən əsir və girov götürülmüş digər azərbaycanlılar da saxlanılıb. 1994-cü il iyunun axırında onu Şuşa həbsxanasına aparıblar. Zərərçəkmiş bildirib ki, uşaq xəstəxanasında Kamo adlı nəzarətçi orada əsirləri və girovları döyürdü. Daha sonra onu Şuşaya, oradan da Xocavənd rayonunun Ağbulaq kəndinə aparıblar. Orada əsir və girovların sayı təxminən 50 nəfər olub. Ağbulaqda saxlanılan zaman da ağır işgəncələrə məruz qalıb.

Zərərçəkmiş Rəhimov Vahid Qaroğlan oğlu ifadəsində göstərib ki, 1993-cü il avqustun 28-də Qubadlı rayonunun Xanlıq kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərkən həyat yoldaşı Fadina Qalina Gennadiyevna ilə birlikdə girov götürülüb, avtomat silahın qundağı, yumruq-təpiklə döyülərək 1 gün su anbarında, daha sonra Hadrut qəsəbəsində saxlanılıb. Onlar girovluqda saxlandığı müddət ərzində də dəfələrlə ağır işgəncələrə məruz qalıblar.

Digər zərərçəkmiş Rasim Məmmədov ifadəsində qeyd edib ki, 1993-cü ilin payızında Ermənistan silahlı qüvvələri tərəfindən atılan mərminin onun yanına düşməsi nəticəsində xəsarət alıb, huşunu itirərək yerə yıxılıb, ayıldıqda "Niva" markalı avtomobildə olduğunu və girov götürüldüyünü bilib. İki-üç həftə bilmədiyi yerdə saxlanılıb, daha sonra Ermənistanın Gorus rayon ərazisində yerləşən fermaya gətiriblər. Orada döyülüb, pis rəftara və ağır işgəncələrə məruz qalıb. Daha sonra Gümrüyə aparılıb. Orada ondan başqa adlarını unutduğu təxminən 15-20 nəfər azərbaycanlı əsir və girov da olub.

Zərərçəkmiş Abdullayev Nazim Şakir oğlu ifadəsində göstərib ki, o, 1988-1992-ci illərdə Azərbaycanın cənub su layihələşdirmə institutunda topoqraf-mühəndis işləyib. 1991-ci il noyabrın 15-də Xankəndi şəhəri ilə Şuşa şəhərinin arasında əsir götürülüb. Üç gün ərzində onu mütəmadi olaraq vəhşicəsinə döyüb, ac-susuz saxlamaqla işgəncəyə məruz qoyublar.

Zərərçəkmiş Rəhimov İlham Allahverən oğlunun ifadəsinə əsasən Xocavənd rayonunun Qaradağlı kəndinin işğalı zamanı o, Əvəz Mirzəyev, Rafiq Mustafayev, Xankişi Həsənov, Fəxrəddin Bəhramov yaralanıb, Asif Həsənov, Şahmar İbrahimov, Müseyib Nəsibov, Nəsib Rüstəmov, Yasin Rəhmənov və Hətəm Bəhramov həlak olublar.

Əhmədov Niyyət Binnət oğlu ifadəsində göstərib ki, o, 1993-cü il aprelin 18-də atası Binnət, anası Busat, bacıları Zövqiyyə, Şərqiyə, Arzu, qonşuları Zübeydə, Şamama və digərləri canlarını qurtarmaq üçün yaşadıqları Kəlbəcər rayonunun Başlıbel kəndində olan daş mağarada gizləniblər. Həmin gün Ermənistan hərbçiləri onların gizləndikləri mağaranı atəşə tutublar. Qohumlarından olan Busat, bacısı Zövqiyyə, Gülgəs, Əhliman, Çiçək, Yaqut, Hüseyn, Məhəmməd, Aygün, Surxay və Çingiz güllə yarasından ölüblər. O, sağ qalmış və yaralanan digər qohumları girov götürülüblər. Sonra Ermənistan hərbçisi atası Binnəti güllə ilə vuraraq, qol və sinə nahiyələrindən yaralayıb. Onu və digər sağ qalan qohumlarını Xankəndi şəhərinə aparıblar. Ermənistan hərbçiləri onu və digər yaralı qohumlarını Xankəndi Şəhər Uşaq Xəstəxanasında, digərlərini isə Xankəndi şəhər uşaq bağçasında yerləşdiriblər. Orada erməni həkimləri ona heç bir ağrıkəsici dərman verməyib, əksinə, işgəncə verərək gözünün və ayağının yarasına zərbələr yetirib, çirkli bintlə sarıyıblar. Təxminən 8 ay müddətində xəstəxanada saxlanılıb. Zərərçəkmiş bildirib ki, orada nəzarətçilərin yaralı azərbaycanlı əsirlərə ağır işgəncələr verməsinə şahid olub.

Zərərçəkmiş Əliyeva Solmaz Dəmir qızı ifadəsində bildirib ki, Ermənistan hərbçiləri 1992-ci il mayın 8-də Şuşaya hücum edib. Həmin vaxt o, ailə üzvləri və qohumları ilə evlərinin zirzəmisində gizləniblər. Bir gün sonra Ermənistan hərbçiləri onu və qohumlarını girov götürüblər. Girov götürdükdən sonra avtomat silahın qundağı və təpiklə vuraraq, onları yük avtomobilinə mindirib Xankəndi şəhərində yerləşən təcridxanaya aparıblar. Orada kişiləri döydükdən sonra ayırıblar və qadınlarla uşaqları bir kameraya salıblar. Dörd gün ərzində onlara yeməyə heç nə verməyiblər. Hər gün onları ölümlə hədələyərək təhqir ediblər.

Zərərçəkmiş Məmmədov Qadir İmamqulu oğlu ifadəsində göstərib ki, o, 1993-cü il avqustun 20-də Füzuli rayonunda Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülüb. İlyarım Şuşa həbsxanasında saxlanıldıqdan sonra onu Xocavənd rayonunun Ağbulaq kəndinə aparıblar. İyirmi gündən sonra girovluqdan qaçıb və Ağcabədi rayonuna gəlib. Əsirlikdə olan zaman işgəncələrə məruz qalıb.

Xocalı sakini Əliyeva Ətrabə Əhməd qızı ifadəsində qeyd edib ki, 1992-ci il fevralın 25-də saat 23 radələrində Ermənistan hərbçiləri şəhəri atəşə tutub. O, yaxınları ilə birlikdə meşəyə gedərək Ağdam rayonu istiqamətində hərəkət edib. Yolda Ermənistan hərbçilərinin onları atəşə tutması nəticəsində bacısı Məlahətin əri Tapdıq və 8 yaşlı qızı həlak olub. Onlar ikinci dəfə atəşə tutulanda sol ayağından yaralanıb, böyük çətinliklə Ağdam rayonunun Şelli kəndinə gəliblər.

Xocalı şəhər sakini Əzizov Arif Qüdrət oğlu ifadəsində göstərib ki, 1992-ci il fevralın 26-sı saat 20 radələrinə kimi digər azərbaycanlı sakinlərlə birlikdə Xocalı şəhərində zirzəmidə gizlənib, daha sonra Naxçıvanlı kəndi istiqamətində meşəyə gediblər. Fevralın 27-də saat təxminən 8 radələrində Ermənistan hərbçiləri onları Naxçıvanlı kəndində mühasirəyə alıb girov götürüblər.

1965-ci il təvəllüdlü Xocalı şəhər sakini Vəliyev Fikrət Cavad oğlu ifadəsində qeyd edib ki, 1992-ci il fevralın 25-də gecə saatlarında şəhər dörd bir tərəfdən tank və zirehli texnikadan atəşə tutulub, evlər yandırılıb. Soyqırımı zamanı qardaşı Füzuli itkin düşüb, bacısı Sürəyya Vəliyeva, habelə Eldar və Rəfil Əhmədovlar, Ülfət Əliyev meşədə qalıb və onlardan da heç bir xəbər yoxdur.

Məhkəmə iclasında digər zərərçəkmiş şəxslərin də ifadələri elan olunub.

Məhkəmə prosesi oktyabrın 24-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Məhkəmədə həmin şəxslərin ifadələri elan olundu - FotolarMəhkəmədə həmin şəxslərin ifadələri elan olundu - FotolarMəhkəmədə həmin şəxslərin ifadələri elan olundu - FotolarMəhkəmədə həmin şəxslərin ifadələri elan olundu - FotolarMəhkəmədə həmin şəxslərin ifadələri elan olundu - FotolarMəhkəmədə həmin şəxslərin ifadələri elan olundu - FotolarMəhkəmədə həmin şəxslərin ifadələri elan olundu - FotolarMəhkəmədə həmin şəxslərin ifadələri elan olundu - FotolarMəhkəmədə həmin şəxslərin ifadələri elan olundu - FotolarMəhkəmədə həmin şəxslərin ifadələri elan olundu - FotolarMəhkəmədə həmin şəxslərin ifadələri elan olundu - FotolarMəhkəmədə həmin şəxslərin ifadələri elan olundu - FotolarMəhkəmədə həmin şəxslərin ifadələri elan olundu - FotolarMəhkəmədə həmin şəxslərin ifadələri elan olundu - FotolarMəhkəmədə həmin şəxslərin ifadələri elan olundu - Fotolar


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 827   Tarix: 23 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Trampın qızı 1.4 milyardlıq ada aldı

ABŞ Prezidenti Donald Trampın qızı İvanka Tramp əri Cared Kuşnerlə birlikdə Adriatik dənizində nəhəng ada layihəsi həyata keçirirlər. xəbər verir ki, bu barədə İvanka Tramp özü danışıb. Məlumata görə, ada 1400 hektar ərazini əhatə edir və elektrik enerjisi yoxdur. Onlar bu layihəni həyata keçirmək üçü

02.06.2026 139
.

ABŞ Şərqi Avropada nüvə silahının yerləşdirilməsi ilə bağlı danışıqlar aparır

ABŞ Avropanın daha bir neçə ölkəsində öz nüvə silahını yerləşdirmək məqsədilə danışıqlar aparır. Trend xəbər verir ki, bu barədə "Financial Times" danışıqların gedişi ilə tanış olan mənbələrinə istinadən məlumat yayıb. Hazırda belə silahlı təyyarələr altı ölkədə yerləşdirilib. Rusiya sərhədlərin

02.06.2026 136
.

Keçmiş hakim və idman şərhçisi həbs oluna bilər

İdman şərhçisi və keçmiş hakim Erman Toroğlu "Qalatasaray" haqqında televiziya kanalında verdiyi açıqlamalara görə "açıq şəkildə yanlış məlumat yaymaqda" ittiham olunur və üç ilə qədər həbs cəzası ilə üzləşə bilər. -ın Türkiyə mediasına istinadən məlumatına görə, İstanbul Baş Prokurorluğ

02.06.2026 176
.

Altı ölkə su altında qala bilər - Daily Express

"Daily Express" qəzetinin məlumatına görə, dünyanın ən böyük buzlağı olan Thwaites buzlağı (sözdə "Qiyamət buzlağı") Antarktida sahillərindən qoparılarsa, altı ölkə ən çox zərər çəkə bilər . Vətəninfo.az xəbər verir ki, qeyd olunur ki, buzlağın daha da əriməsi ən ciddi şəkildə Böyü

02.06.2026 163
.

Narkoloji arayışı "ASAN xidmət" verəcək

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") səlahiyyətləri artırılır. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, şəxsin dövlət narkoloji tibb müəssisələrində qeydiyyatda olmasına dair arayış

02.06.2026 217
.

Filippində bina çöküb

Anxeles şəhərində inşası davam edən doqquzmərtəbəli binanın çökməsi nəticəsində həyatını itirənlərin sayı 20-yə yüksəlib. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, yerli media orqanlarının yaydığı məlumata görə, bu gün dağıntılar altından daha 3 nəfərin meyiti çıxarılıb. Hadisə zamanı ümumilikd

02.06.2026 191
.

Baş həkim öz istəyi ilə vəzifəsindən getdi - Nazirdən əmr

Səhiyyə Nazirliyinin K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun baş həkimi vəzifəsindən azad olunub. Qaynarinfo-nun məlumatına görə, səhiyyə naziri Teymur Musayevin müvafiq əmri ilə Tibb üzrə fəlsəfə doktoru, Əməkdar həkim, Rusiya Uşaq Cərrahları assosiasiyasının üzvi Op.Dr. Gündüz Ağaye

02.06.2026 240
.

Xoşqədəm Hidayətqızı Seda Sayanın verilişində ağladı

Xəbər verdiyimiz kimi, Xoşqədəm Hidayətqızı Seda Sayanın proqramında qonaq olub. Axşam.az-ın məlumatına görə, aparıcı uşaqlıq illərindən danışarkən göz yaşlarına hakim ola bilməyib. "İmtahana vermək üçün atam məni universitetə apardı. Müharibənin ən pis vaxtları idi. Atam bulağın başını göstəri

02.06.2026 385
.

56 aptekdə yoxlama - 18-də nöqsan tapıldı

May ayında ümumilikdə 56 aptekdə yoxlama aparılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi məlumat yayıb. Yoxlamalardan biri Bakı şəhərində, 55-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib. Keçirilən yoxlamaları

02.06.2026 168
.

TOP MP3