NATO dəstəyi və hibrid müharibə dünyanı dəyişdirir
"Ukraynadakı münaqişənin genişlənməsi və Qərb ölkələrinin artan hərbi dəstəyi beynəlxalq təhlükəsizlik sistemini ciddi sınaq qarşısında qoyub. Almaniya və Polşanın koordinasiyalı yardımı NATO-nun şərq arealında yeni geopolitik reallıqların formalaşdığını göstərir. Bu dəstəyin həcmi və xarakteri artıq regional münaqişənin qlobal xarakter aldığını düşündürür".
Bunu BiG.AZ-a açıqlamasında politoloq Tural İsmayılov bildirib.
O, qeyd edib ki, Rusiya Federasiyasının NATO genişlənməsinə qarşı uzunmüddətli etirazları indi açıq hərbi qarşıdurmaya çevrilməkdədir. Qərb ölkələrinin artan silah tədarükü və hərbi məsləhətçilərin iştirakı münaqişəni yeni mərhələyə daşıyır. Almaniyanın tarixi ehtiyatkarlığından uzaqlaşaraq ağır silah göndərməsi qərarı Avropada hərbi-siyasi paradiqmanın köklü dəyişdiyini göstərir:
"Polşanın coğrafi mövqeyi və tarixi təcrübəsi onu NATO-nun ən fəal dəstəkçilərindən birinə çevirib. Ölkə Ukraynaya logistik dəhliz rolunu oynayır və Rusiya rəsmilərinin NATO infrastrukturu barədə təhdidləri artıq yalnız ritorikadan çıxaraq praktik təzyiq vasitələrinə çevrilib.
Çin Xalq Respublikasının mövqeyi bu kontekstdə həlledici əhəmiyyət kəsb edir. Pekin Moskvaya göstərdiyi balanslı dəstək və Qərblə ticarət münasibətlərini qoruma cəhdləri qlobal gərginliyi daha da mürəkkəbləşdirir. Hazırkı vəziyyəti sadəcə iki qütbün qarşıdurması kimi deyil, çoxqütblü dünya nizamının dəyişməsi prosesinin bir hissəsi kimi qiymətləndirmək lazımdır.
Nüvə silahlarının mövcudluğu vəziyyəti daha da mürəkkəbləşdirir və klassik müharibə anlayışlarını köhnəldir. Cari münaqişə hibrid müharibə formatında inkişaf edir: ənənəvi hərbi əməliyyatlar, kibertəhlükəsizlik, iqtisadi sanksiyalar və informasiya müharibəsi birləşir. Beləliklə, üçüncü dünya müharibəsi artıq başlaya bilər, lakin onun forması XX əsr müharibələrindən kəskin fərqlənir.
Qlobal iqtisadiyyatın parçalanması, enerji təhlükəsizliyinin pozulması və miqrasiya böhranlarının genişlənməsi bu müharibənin sivil təzahürləridir. Regional münaqişənin qlobal təsirlərə çevrilməsi prosesi artıq geri dönülməz mərhələyə çatıb".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 759 Tarix: 22 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏt qədər faydalı, yoxsa sağlamlıq üçün riskli? - İçalatla bağlı bilinənlər
"Heyvanların daxili orqanlarının istehlakı əslində qədim mətbəx mədəniyyətimizin bir hissəsidir. Məsələn, bir tikə qaraciyər qida dəyəri baxımından zəngin məhsullardan hesab olunur. Qaraciyər yalnız dəmir mənbəyi deyil, həm də orqanizm üçün vacib olan B12 vitamini, fol turşusu və A vitamini il
07.10.2026 514 Əliyev Putinə zəng etdi
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə zəng edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısı İlham Əliyev Prezident Vladimir Putini ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömü
07.10.2026 245 Tokayev Böyük Britaniyanın baş nazirini Qazaxıstana səfərə dəvət edib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Böyük Britaniyanın Baş naziri Endi Börnhemi ölkəyə səfərə dəvət edib. "Report" 24 KZ-yə istinadən xəbər verir ki, bu barədə Tokayev Astanada Böyük Britaniyanın ticarət üzrə dövlət naziri Anas Sarvarla görüşü zamanı bildirib. Tokayev və Sarvar iki ölk
07.10.2026 235 Amerikalı xokkeyçi: "Bütün gün bundan başqa heç nə yeyə bilməzdim"
Rusiyanın Nijni Novqorod şəhərinin "Torpedo" komandasında çıxış edən amerikalı xokkeyçi Mayk Vekkione Rusiya və ABŞ mətbəxlərini müqayisə edib. xəbər verir ki, onun sözlərini "Çempionat" qəzeti sitat gətirib. Hücumçu agentinin bir dəfə onu rus mətbəxinin kulinariya turuna apardığın
10:45 96 Aqşin Fatehin atasının dəfn mərasimi sabah baş tutacaq
Meyxanaçı Aqşin Fethin atası Səyyad Hacıyev sabah saat 12-də dəfn olunacaq. "Yeni Sabah" xəbər verir ki, dəfn mərasimi Xətai rayonu Cavanşir küçəsi bina 23-də keçiriləcək. Bu barədə meyxanaçı özü məlumat yayıb
07.10.2026 431 İran: ABŞ etimadı bərpa etməlidir
İran ABŞ-la danışıqlarda artıq "kifayət qədər güzəştə getdiyini" bildirib. İranın keçmiş diplomatı Hadi Əfqahi deyib ki, bundan sonra etimadı bərpa etmək ABŞ-ın üzərinə düşür. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Əfqahi bildirib ki, İran ABŞ-la apardığı danışıqların dəfələrlə müharib
07.10.2026 209 Fatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib
Dünən saat 21 radələrində Xəzər rayonu Binə qəsəbəsində 24 yaşlı Fatimə Rəhmanzadənin küçədə qətlə yetirilməsinin görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə anını vətəndaşlardan biri avtobusun pəncərəsindən lentə alıb. Görüntülərdən məlum olur ki, Binənin Ə.İsazadə küçəsindək
07.10.2026 566 Sevgiləri kimi serialları da bitdi
"Mercan köşk" serialının aqibəti bəlli olub. Axşam.az xəbər verir ki, ekran işi 7-ci bölümdə final edərək izləyiciləri ilə vidalaşacaq. Xatırladaq ki, layihənin baş rollarını Kubilay Aka, Hafsanur Sancaktutan və Bertan Asllaninin canlandırır. Bundan əvvəl "A.B.İ." və "Aşk v
07.10.2026 368 "Minlərlə ailə illərdir gözü yolda qalıb" - Zahid Orucdan Ermənistana TƏLƏB
Ermənistan itkin düşmüş azərbaycanlıların taleyi, kütləvi və fərdi dəfn yerləri barədə bütün məlumatları təqdim etməli, müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır. Bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin "İtkin düşmüş şəxslər probleminin həllind
07.10.2026 493