"Ailəsində xərçəng halları olan şəxslər mütəmadi olaraq tibbi müayinədən keçməlidirlər" - Onkoloq
"Xərçəng xəstəliyinin yaranmasında həm genetik, həm də ətraf mühit amilləri rol oynayır. Bəzi hallarda xərçəng genetik ötürülə bilər, lakin bu, bütün xəstələrə aid deyil".
Bu sözləri onkoloq Rüstəm Məmmədov BiG.AZ-a bildirib.
O qeyd edib ki, insan orqanizmində xərçəngin yaranmasına səbəb olan mutasiyalar bəzən valideynlərdən miras alınır, bəzən isə sonradan həyat tərzi, qidalanma, siqaret çəkmə, radiasiya və digər təsirlər nəticəsində formalaşır:
"Ümumilikdə xərçəng hallarının təxminən 5–10 faizi irsi gen mutasiyaları ilə bağlı olur. Yəni, əgər ailədə müəyyən növ xərçəng halları çox müşahidə olunursa, bu zaman genetik risk daha yüksək sayılır. Ancaq insanların böyük əksəriyyətində xəstəlik sonradan qazanılmış mutasiyalar nəticəsində inkişaf edir."
Ailəsində xərçəng halları olan şəxslər mütəmadi olaraq tibbi müayinədən keçməli və genetik testlər etdirməlidirlər. Eyni zamanda sağlam qidalanma, fiziki aktivlik və zərərli vərdişlərdən uzaq qalmaq xərçəng riskini xeyli azaldır.
Genetik meyllilik insanın taleyini tam müəyyən etmir. Sağlam həyat tərzi və profilaktik yoxlamalarla risklər minimuma endirilə bilər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 815 Tarix: 16 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ayaqlarımızın altında 640 kilometr dərinlikdə nəhəng bir okean gizlənirmiş
Yer üzündə suyun hekayəsindən danışarkən adətən mavi okeanlar, gur axan çaylar və ya torpağın səthinə yaxın şirin su mənbələri yada düşür. Lakin yeni bir kəşf bu ənənəvi təsəvvürləri kökündən dəyişə bilər. Qaynarinfo-nun məlumatına görə, Nortvestern və Nyu Meksika universitetlərinin tədqiqatçıları tərəfində
31.03.2026 154 Təmiz hava, çox su, az konservant - allergiyadan qorunmanın sirri
"Qışdan yaza keçid dövründə allergik xəstəliklərin artması müşahidə olunur. Bu, əsasən süni qidaların və müxtəlif qida əlavələrinin həddindən artıq qəbul edilməsindən qaynaqlanır". Bunu BİG.AZ-a açıqlamasında tibbi ekspert Adil Qeybulla bildirib. O, qeyd edib ki, bədəndə yığılmış toksik maddələrdə
31.03.2026 261 İsrail ordusunun sözçüsü: "İsrail qarşıdakı həftələrdə İrana zərbələr endirməyə hazırdır"
İsrail İranda "həftələr" davam edəcək döyüşlərə hazırdır. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu barədə baş nazir Benyamin Netanyahunun müsahibəsində müharibənin "yarıdan çox" keçdiyini söyləməsindən sonra hərbi sözçü bildirib. Polkovnik-leytenant Nadav Şoşani jurnalistlər
31.03.2026 277 Trampın reytinqi xeyli aşağı düşüb - Yeni nəticə açıqlandı
ABŞ Prezidenti Donald Trampın reytinqi son dövrlərdə ciddi şəkildə aşağı düşüb. Xüsusilə onun İrana yönəlik siyasətinə ictimai dəstəyin zəiflədiyi müşahidə olunur. "The Hill" qəzetinin Massaçusets Universiteti tərəfindən keçirilən sorğuya istinadən yaydığı məlumata görə, respondentlərin cəm
31.03.2026 180 Hollan çox nadir "Mercedes" aldı - dünyada cəmi 150-si var
Erlinq Halan lüks avtomobillərin qiymətini bilir. -ın xarici mediaya istinadən xəbərinə görə, "Mançester Siti"nin hücumçusunun kolleksiyasına 350.00 funt sterlinq dəyərində Aston Martin DBX 707, 300.00 funt sterlinq dəyərində Rolls-Royce Cullinan və Porsche 911 GT3 daxildir. Məlumata görə
31.03.2026 247 İşəgötürən işçiyə əlavə vəzifə yükləyə bilərmi?
"İşçiyə onun əmək funksiyalarından əlavə başqa şəxsin əmək funksiyalarının yüklənməsi yalnız işçinin öz razılığı ilə mümkündür". Bunu BİG.AZ-a açıqlamasında vəkil Ramil Süleymanov bildirib. O, qeyd edib ki, işçi ilə işəgötürən arasında razılaşma qurulduqda, əlavə işlər üçün əməkhaqqı artırılara
31.03.2026 320 Niyə vətəndaşlar kredit kartından uzaqlaşır?
"Kredit kartlarına dair yeni qaydalar əsasən risklərin azaldılması, vətəndaşların borclanma yükünün nəzarətdə saxlanılması və bank sektorunun maliyyə dayanıqlığının gücləndirilməsi məqsədi daşıyır". Bunu BİG.AZ-a açıqlamasında bank üzrə ekspert Asif İbrahimov bildirib. O, qeyd edib ki, yen
31.03.2026 350 Bazarlarda Təhlükə: Texniki Kartof Qida Kimi Satılır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Son dövrlərdə bazarlarda satılan kartofun keyfiyyəti ilə bağlı narahatlıqlar artmaqdadır. Xüsusilə "texniki kartof" adı ilə tanınan, əsasən sənaye məqsədləri üçün nəzərdə tutulan məhsulların qida üçün yararlı kartof kimi satışa çıxarılması istehlakçıların sağlamlığı baxımından ciddi sualla
31.03.2026 344 Aprelin ilk günündə 25 dərəcə isti olacaq
Aprelin 1-də Bakıda 21, rayonlarda 25 dərəcə isti gözlənilir. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərd
31.03.2026 283