"Füzulinin azad olunması Vətən müharibəsində qazanılan ümumi qələbənin əsas dönüş nöqtələrindən biri olub" - Politoloq
17 oktyabr tarixinin "Füzuli şəhəri günü" kimi qeyd olunması təkcə bir rayonun işğaldan azad edilməsinin ildönümü deyil, həm də Azərbaycanın dövlətçilik gücünün, milli iradəsinin və bərpa potensialının rəmzidir. Füzuli Azərbaycanın müstəqil dövlət quruculuğunda və postmüharibə mərhələsində strateji, siyasi və mənəvi baxımdan xüsusi əhəmiyyət kəsb edir.
Bu sözləri politoloq Nicat Qasımov BiG.AZ-a bildirib.
O qeyd edib ki, Füzulinin azad olunması Vətən müharibəsində qazanılan ümumi qələbənin əsas dönüş nöqtələrindən biri olub. Həmin döyüşlər zamanı Azərbaycan Ordusu həm taktiki, həm də texnoloji üstünlüyünü nümayiş etdirərək uzun illər "keçilməz" sayılan müdafiə xəttini qısa müddətdə yarmağa nail olub. Bu, Azərbaycanın hərbi-siyasi qüdrətinin, eləcə də xalq-ordu birliyinin real təcəssümüdür.
Füzulinin azad edilməsi Azərbaycanın beynəlxalq imicinə də ciddi təsir göstərdi. Bu əməliyyat həm regionda güc balansını dəyişdi, həm də Azərbaycanın suveren hüquqlarını tam şəkildə bərpa etməyə qadir bir dövlət olduğunu sübut etdi. Füzuli əməliyyatı Cənubi Qafqazda yeni reallıqların başlanğıc nöqtəsinə çevrildi.
Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri Füzulini azad edilmiş ərazilər arasında ən sürətlə inkişaf edən mərkəzlərdən birinə çevirir. İnfrastruktur layihələri – Zəfər, Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolları, Füzuli Beynəlxalq Hava Limanı, "Füzuli" yarımstansiyası, su anbarları kompleksi və sosial obyektlər – bu şəhəri regionun mühüm iqtisadi və logistik qovşağına çevirir.
Füzuli həm də beynəlxalq həmrəyliyin simvoluna çevrilib. Qardaş Özbəkistanın Mirzə Uluqbəy adına məktəbin, Qazaxıstanın isə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası Türk dünyasının həmrəyliyinin real göstəricisidir. Bu layihələr regionda əməkdaşlığın dərinləşməsinə, "Böyük Qayıdış" prosesinin mənəvi-siyasi dəstəyinə çevrilib.
Füzuli bu gün Azərbaycanın dövlət siyasətində "yenidən doğulan şəhərlər" konsepsiyasının nümunəvi modeli hesab olunur. 2040-cı ilə qədər olan Baş Plan çərçivəsində şəhər müasir, yaşıl və ağıllı şəhər prinsipləri əsasında qurulur. Artıq yüzlərlə ailə doğma torpaqlarına qayıdıb, yaxın illərdə isə minlərlə vətəndaşın Füzulidə daimi məskunlaşacağı gözlənilir.
Füzulinin inkişafı Azərbaycanın həm iqtisadi, həm də siyasi gücünün bariz göstəricisidir. Bu şəhər təkcə bir rayonun dirçəlişi deyil, həm də Azərbaycanın tarixi ədalətinin bərpası və regionda dayanıqlı sülhün təməlidir.
17 oktyabr – "Füzuli şəhəri günü" Azərbaycanın zəfər tarixində dönüş nöqtəsi olmaqla yanaşı, milli qürur, dirçəliş və yenidənqurma ruhunun simvoluna çevrilib".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1270 Tarix: 16 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMetro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...
"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə
18.09.2021 2589 Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur
Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla
17.09.2021 1447 Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18.09.2021 3544 İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın
18.09.2021 443 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda
18.09.2021 233 Sinemi o əvəz edəcək - FOTO
Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq
17.09.2021 3477 Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO
Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald
18.09.2021 1949 Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"
"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək
18.09.2021 1281 BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre
18.09.2021 672