Dişlərinizi düzgün təmizləmədiyinizin 5 ƏLAMƏTİ

Dişlərinizi düzgün təmizləmədiyinizin 5 ƏLAMƏTİDiş və ağız gigiyenasına düzgün əməl edilməməsi karies, diş əti iltihabı və ağız qoxusunun əsas səbəbidir. Stomatoloqlar bildirirlər ki, səhv diş təmizləmə üsulları yanlış texnika, köhnə fırça və ya çox qısa müddətli təmizləmə ciddi diş problemlərinə gətirib çıxara bilər.

Lent.az bu 5 əlaməti təqdim edir:

1. Diş ətinin qanaması

Əgər dişlərinizi fırçaladıqdan sonra və ya diş ipindən istifadə zamanı fırçada qan izləri görürsünüzsə, bu, narahatlıq üçün ciddi səbəbdir.

Bu hal çox zaman gingivit diş əti iltihabının başlanğıc mərhələsini göstərir. Diş səthində qalan lövhə (nalot) diş ətində qıcıqlanma və iltihaba səbəb olur. Əgər bu problem vaxtında aradan qaldırılmasa, parodontit adlanan xroniki xəstəliyə çevrilə bilər bu xəstəlik dişləri saxlamaqda rol oynayan toxumaları zədələyir.

2. Ağızdan gələn xoşagəlməz qoxu

Halitoz (pis ağız qoxusu) çox vaxt ağız boşluğunda bakteriyaların toplanması ilə bağlıdır. Əgər dişlərinizi fırçaladıqdan sonra belə qoxu qalırsa, deməli lövhə tam təmizlənmir xüsusilə diş araları və dil səthində.

3. Dişlərdə lövhə (nalot)

Gün ərzində diş səthində yemək qalıqları, bakteriyalar və tüpürcək qarışığından ibarət yumşaq nalot yaranır. Əgər dişlərinizi təmizlədikdən sonra dilinizlə diş səthini yoxlayanda nahamarlıq hiss edirsinizsə, bu, lövhənin tam getmədiyini göstərir. Zamanla bu nalot sərtləşərək diş daşına çevrilir onu yalnız stomatoloq peşəkar üsulla təmizləyə bilər.

4. Emalda ləkələr və qaralma

Diş ətinin kənarında və ya diş aralarında yaranan tünd nöqtələr çox vaxt kariesin ilkin əlamətidir. Lövhədəki bakteriyalar turşu ifraz edərək diş emalını zədələyir, nəticədə ləkələr və çuxurlar əmələ gəlir. Hətta azacıq qaralma belə fırçalama texnikanızı dəyişmək üçün siqnal sayılmalıdır.

5. Təzəlik hissinin olmaması

Dişləri düzgün təmizlədikdən sonra onlar düzgün və hamar hiss edilməli, ağızda təmizlik və təravət hissi qalmalıdır. Əgər bu hiss dərhal yox olursa və ya ümumiyyətlə yaranmırsa, bu, çox qısa və ya qeyri-effektiv təmizləmədən xəbər verir. Əksər hallarda problem ondadır ki, dişlər iki dəqiqədən az müddətdə və yanlış hərəkətlərlə fırçalanır.

Dişlərə düzgün qulluq üçün tövsiyələr

Texnikanı dəyişin

Yalnız üfüqi hərəkətlər etməyin dişləri diş ətindən dişin ucuna doğru yuxarı-aşağı və yumşaq dairəvi hərəkətlərlə təmizləyin.

Diş ipindən istifadə edin

Fırça diş aralarına tam çatmır flossing (diş ipi ilə təmizləmə) lövhəni tam aradan qaldırmaq üçün vacibdir.

Düzgün fırça seçin

Orta və ya yumşaq sərtlikdə fırçalardan istifadə edin və onu 3 aydan bir dəyişin.

Stomatoloqa müraciət edin

Peşəkar təmizlik (skaling) diş daşlarını aradan qaldırır, həkim isə sizin üçün uyğun texnika və vasitələri tövsiyə edə bilər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 961   Tarix: 15 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.