Xanlar Ağalarov "Green Flag Award"ı necə əldə edib? - Milli Parka verilən mükafatın izi ilə

Xanlar Ağalarov "Green Flag Award"ı necə əldə edib? - Milli Parka verilən mükafatın izi iləDənizkənarı Milli Park "Green Flag Award" beynəlxalq mükafatına layiq görülüb.

Qaynarinfo xəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsinin rəsmi saytında məlumat yerləşirilib.

Həmin məlumatda qeyd edilir ki, Dənizkənarı Milli Parkın "Green Flag Award"a namizədliyi bir neçə mərhələdən ibarət beynəlxalq qiymətləndirmə prosesi çərçivəsində həyata keçirilib. Parkın saxlanma və idarəetmə sistemi, ətraf mühit siyasəti, xidmət strukturu, yaşıllaşdırma və təmizlik standartları ilə bağlı əhatəli müraciət və sənədlər toplusu qiymətləndirilib.

"Green Flag Award" mükafatı Böyük Brtitaniyada təsis edilib. Mükafatın saytında bildirilir ki, məqsəd Birləşmiş Krallıq və dünya üzrə açıq havada istirahət məkanlarının idarə olunması üçün nümunəvi standart müəyyən etməkdir.

Xanlar Ağalarov "Green Flag Award"ı necə əldə edib? - Milli Parka verilən mükafatın izi iləStandartlara əsasən bunlar daxildir: yaşıllıq sahəsinin idarə olunmasında uğurlu təcrübə, yaxşı idarəetmə standartları...

Qiymətləndirmə isə 8 bölmə üzrə aparılır: qarşılanma, təhlükəsizlik, təmizlik, ekoloji idarəetmə, biomüxtəliflik/landşaft/irs, icma iştirakı, marketinq-kommunikasiya, idarəetmə. Ümumi bal 100-dür. Keçid üçün minimum 66 bal tələb olunur.

Bu mükafata onlayn şəkildə müraciət edilir. Bəzi sənədlər təqdim olunur və heç də az olmayan məbləğdə rüsumlar ödənilir. 20 hektara qədər ərazisi olan parklar üçün rüsüm 6000 paund (təxminən 13 600 AZN), 20 hektardan böyük olan parklar üçün isə daha 6000 paund rüsüm nəzərdə tutulur. Bu hardasa ilkin ödəmədir. Onlayn dəyərləndirmədən sonra bir neçə nümayəndə-qonağın gəlişi, qalma və yola salınma xərcləri də var. Bu xərclərin də "ev sahibi" tərəfindən qarşılandığını təxmin etmək olar. Üstəlik, mükafatı hər il saxlamaq-qorumaq üçün də əlavə rüsum-ödənişlər tələb olunur.

Qısası, "Green Flag Award" mükafatını almaq üçün əlin cibində olmalıdır. Lakin bununla işimiz yoxdur və məqsədimiz bu mükafatın nüfuzunu sual altına almaq deyil. Amma mükafatın hansı kriteriyalar üzrə (parkın saxlanma və idarəetmə sistemi, ətraf mühit siyasəti, xidmət strukturu və s.) verildiyini görəndə bəzi sualların yaranması da təbiidir.

Ən azı ona görə ki, Dənizkənarı Bulvar İdarəsinin keçmiş rəhbəri İlqar Mustafayevin məhkəməsi hələ bitməyib və ona qarşı irəli sürülən rəsmi ittihamlarda bu kriteriyaların az qala hamısının kobud şəkildə pozulmasından bəhs olunur.

Xatırladaq ki, İlqar Mustafayev 2024-cü ilin yanvarında vəzifəsindən azad edilib. Bundan sonra Hesablama Palatası Dənizkənarı Bulvar İdarəsində audit yoxlamasına başlayıb. 2024-cü ilin sentyabr ayında isə İqar Mustafayev həbs edilib.

Rəsmi ittihamda qeyd edilir ki, İlqar Mustafayevin 2021-2023-cü illər ərzində İdarənin fəaliyyəti istiqamətləri üzrə ayrılmış xüsusilə külli miqdarda pul vəsaitini mənimsəmə və israf etmə yolu ilə talamasına, vəzifə səlahiyyətlərindən sui-sitifadə etmə və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış ilkin sübutlar əsasında İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cari ilin iyul ayında İlqar Mustafayevin məhkəməsi başlayıb.

Beləliklə, İlqar Mustafayevin həbsi fonunda Dənizkənara Milli Parkın "Green Flag Award" mükafatına "layiq" görülməsi və bunun təntənə ilə ictimaiyyətə təqdim edilməsi anlaşılan deyil.

Xanlar Ağalarov "Green Flag Award"ı necə əldə edib? - Milli Parka verilən mükafatın izi iləDənizkənarı Bulvar İdarəsinin yeni rəhbəri Xanlar Ağalarov ötən ilin yanvarında bu vəzifəyə təyin edilib. Yəni, o bir ildən artıqdır ki, idarəyə rəhbərlik edir. Bu dövrdə hansı əhəmiyyətli dəyişikliyə nail olunub? Milli Parkda hansı yeniliklər baş verib? Hələ biz onu demirik ki, "Green Flag Award" mükafatına namizədlik üçün sənədlərin təqdim edilməsi, qiymətləndirmə prosesinin özü də müəyyən vaxt tələb edir. Onda belə çıxır ki, Bulvar İdarəsi son vaxtlar əsas səylərini bu mükafatı əldə etməyə yönəldib. Əlbəttə, yəqin buna da ehtiyac var. Amma yeni rəhbərlik köhnədən qalma problemlərin hansı səviyyədə və nə qədər aradan qaldırıldığı barədə ictimaiyyətə də ətraflı hesabat verməyə diqqət ayırsa, yaxşı olardı.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 766   Tarix: 13 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyədə tekstildə daralmanın mərkəzində sifariş var: PMI 44,1-ə gerilədi

Tekstildə PMI avqustda 44,1-ə geriləyərkən, yeni sifarişlər 40,5-ə düşdü. Enes Dikmen əsas riskin sifarişlərin gələcək görünürlüğündəki zəifləmə olduğunu bildirib. İstanbul Sənaye Palatasının (İSO) 2026-cı ilin avqust ayı üzrə Türkiyə Sektoral PMI məlumatları tekstil sektorunda daralmanın yenidən sürətləndiyin

16.09.2026 235
.

Bakıdakı ŞOK qiymətlər - 1,5 milyona mənzil, 7 min manatlıq kirayə ev

Bakıda evlərin və kirayə mənzillərin qiyməti ildən-ilə artır. Bəs görəsən, paytaxtın ən bahalı evlərinin yerləşdiyi ərazilər harada yerləşir? Orada qiymətlər neçəyədir?. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc -a açıqlamasında bildirib ki, paytaxtın ən bahalı mənzilləri 1 milyo

16.09.2026 249
.

Rusiya-Ukrayna müharibəsində son vəziyyət: 5 nəfər öldü, sərnişin qatarına da zərbə endirildi

Rusiya-Ukrayna müharibəsində qarşılıqlı hava hücumları davam edir. Sentyabrın 16-da Rusiyanın Ukraynanın Dnepropetrovsk vilayətinin Nikopol şəhəri yaxınlığına endirdiyi dron zərbəsi nəticəsində sərnişin mikroavtobusuna zərbə dəyib. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, Ukrayna tərəfinin məlumatına görə

16.09.2026 209
.

Azərbaycanda zəlzələ oldu

Saatlı stansiyasından 25 km cənubda İmişli rayonunda zəlzələ qeydə alınıb. BİG.AZ xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.1, dərinliyi isə 43 km olub. Zəlzələ hiss edilməyi

16.09.2026 256
.

Hər gün yediyimiz bu ət xərçəng riskini artıra bilər - XƏBƏRDARLIQ

Alimlərin diqqətini yalnız kolbasa və bekon çəkməyib. 450 mindən çox insanın iştirak etdiyi araşdırma adətən daha sağlam seçim hesab edilən ətlə bağlı da gözlənilməz nəticələr ortaya qoyub. xarici mediaya istinadən xəbər verir ki, kolbasa, bekon və digər emal olunmuş ət məhsullarını tez-tez yemək məd

16.09.2026 251
.

Azadlıq heykəlinin məşəli 110 ildir bağlıdır: 1916-cı ildə nə baş verib?

Hər il milyonlarla turist Nyu-Yorkdakı Azadlıq heykəlini ziyarət edir, lakin onun məşəlinə qalxmağa icazə verilmir. Abidənin ən yüksək müşahidə meydançasına giriş hələ 1916-cı ildə bağlanıb. Bu gün turistlər Azadlıq heykəlinin tacına qədər 162 pillə qalxa bilirlər, lakin məşələ aparan yolu artıq 11

16.09.2026 238
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

10:23 80
.

"Bank of Baku"dan ŞİKAYƏT VAR

Sosial şəbəkələrdə "Bank of Baku"nun tətbiq etdiyi yüksək nəqdləşdirmə komissiyası ilə bağlı vətəndaş narazılığı yayılıb. "Yeni Sabah" xəbər verir ki, Baba Ələkbər adlı sosial şəbəkə istifadəçisi "AzBank klubu" qrupunda bankın ATM-indən 50 manat məbləğində nağd pul çıxararkə

16.09.2026 244
.

Türk dünyası və İslam həmrəyliyi güclənməkdədir

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının üzvləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının nümayəndələrindən ibarət heyəti qəbul etdi, görüşdə mühüm mesajlar verdi. Ölkə rəhbərinin səsləndirdiyi fikirlə

16.09.2026 225
.