Trampla demokratlar arasında qarşıdurma dərinləşir
ABŞ prezidenti Donald Tramp, onun administrasiyası, tərəfdaşları və respublikaçı donorları ilə bağlı Konqres araşdırmaları aparmaq planlarını açıqladıqdan sonra Ədliyyə Nazirliyinə Demokrat Partiyasının üzvlərini araşdırmağı əmr edib.
"Report" xəbər verir ki, bu barədə ABŞ lideri "Truth Social" sosial şəbəkəsində yazıb.
Tramp demokratları respublikaçıları təqib etməkdə, eləcə də ABŞ-nin baş prokurorunu və digər vəzifəli şəxsləri əsassız olaraq impiçmentlə hədələməkdə ittiham edib. O, bu cür təhdidləri "ən yüksək səviyyədə reketçilik" adlandıraraq demokratların dövlət institutlarından siyasi məqsədlər üçün istifadə etdiyini bildirib.
"Onlar həmçinin dünyanın ən hörmətli insanlarından olan donorlarımızı yalnız respublikaçı və ya respublikaçıların tərəfdarı olduqlarına görə həbs və bir çox digər cəza tədbirləri ilə hədələyirlər. Bu, dövlət institutlarından silah kimi istifadə və tamamilə yeni səviyyədə hüquqi müharibədir", - Vaşinqton administrasiyasının rəhbəri yazıb.
ABŞ Prezidenti ayrıca Miçiqan ştatından olan senator Elissa Slotkini də tənqid edərək onu respublikaçı dəyərlərini bölüşən gəncləri təqib etmək niyyətində olmaqda ittiham edib.
"Demokrat Partiyasının siyasi liderləri tərəfindən çoxsaylı insanlara təhdid məktubları göndərilib. Onların hamısı günahsızdır. Bununla mən Ədliyyə Nazirliyinə bu cinayət əməlinin dərhal araşdırılmasını tapşırıram!" - Tramp fikirlərini yekunlaşdırıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 81 Tarix: 08 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMisir 12 illik fasilədən sonra Liviyanın paytaxtında səfirliyini yenidən açıb
Misir 2014-cü ildən fəaliyyət göstərməyən səfirliyini Liviyanın paytaxtı Tripolidə yenidən açıb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Misirin Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, bu addım Qahirənin Əbdülhəmid Dbeibənin rəhbərlik etdiyi, beynəlxal
12:50 121 Mehriban Əliyeva 8 Noyabr - Zəfər Günü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Zəfər Günü ilə bağlı paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir:. "Bu gün biz böyük qürurla Zəfər Gününü qeyd edirik! Biz Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımız
10:41 155 PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı
"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk
00:31 354 İlham Əliyev: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"
Bu gün Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik, xoş ovqat, quruculuq meyilləri və cəmiyyətimizin vahid amal uğrunda birləşməsi, hesab edirəm ki, bugünkü dünyada az-az rast gəlinən mənzərədir. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəfər Günü münasibətil
12:39 121 Prezident: "Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!"
Əminəm, hər birimiz özümüzə deyirik: Biz elə güclü olmalıyıq ki, bundan sonra heç kimin ağlına belə Azərbaycana zərər vermək gəlməsin! Əminəm ki, belə də olacaq. BİG.AZ AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində deyib. Dövlətimizi
12:41 140 "Əsir düşməyi mənəvi olaraq qəbul edə bilmirdim" - Vətən müharibəsi veteranı
"Müharibədə qorxmamaq mümkün deyil. Hər bir əsgərin döyüş meydanında öz qorxuları, narahatlıqları və üzləşmək istəmədiyi vəziyyətlər olur. Mənim ən böyük qorxum isə əsir düşmək idi. Bu, əsirlikdə çəkə biləcəyim əzab və işgəncələrlə bağlı deyildi. Sadəcə, Azərbaycan əsgərinin erməni tərəfinin əlind
12:41 132 Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
Azərbaycanda uşağın doğulmasına görə birdəfəlik müavinətin gələn ildən 600 manatdan 1500 manata qaldırılması təklif edilir. Bu barədə məlumat 2027-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb. Müavinətin 900 manat qaldırılması demoqrafik vəziyyətə və ailələrin sosial rifahına nə dərəcədə təsir ed
00:27 312 Xətai rayonunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil olunub - Foto/Video
Noyabrın 7-də Xətai rayonunda Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində rayon İcra Hakimiyyəti və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə 8 noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil olunub. Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafi
11:40 145 Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib - Foto
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Türkiyə XİN-in "X" sosial şəbəkə hesabında paylaşım edilib. "Qarabağın azadlığının altıncı ildönümündə qardaş Azərbaycan xalqını və dövlətini Zəfər Günü münasibətil
11:04 145