Ronaldo hansı avtomobillərdə gəzir? (SİYAHI)
Futbol ulduzu Kriştiano Ronaldo 40 yaşında olmasına baxmayaraq, hələ də futbolun ən yüksək səviyyəsində çıxış edir və qazandığı gəlirlərlə lüks avtomobil kolleksiyası yaradır. O, həmçinin futbol tarixində milyarder statusu qazanan ilk ulduz kimi tanınır.
Qaynarifno xəbər verir ki, bu barədə "Supercarblondie" portalı məlumat yayıb.
Portuqaliyalı hücumçu karyerası ərzində "Mançester Yunayted", "Real Madrid", "Yuventus" və hazırda çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klublarında oynayıb. "Əl-Nəsr"lə imzaladığı 230 milyon dollarlıq illik müqavilə ona 73 milyon dollara başa gələn şəxsi təyyarə də daxil olmaqla bir sıra yeni lüks imkanlar qazandırıb. O, bu təyyarədən məşqlərə və oyunlara Dubaydakı iqamətgahından, həmçinin Portuqaliyanın Madeyra adasındakı evindən uçmaq üçün istifadə edir.
2025-ci ildə müqaviləsinin müddəti başa çatdıqdan sonra Ronaldo "Əl-Nəsr"lə yeni razılaşma imzalayıb və 2027-ci ilə qədər komandada qalacaq. Yeni müqavilənin illik dəyəri təxminən 460 milyon dollar təşkil edir. Bununla o, Lebron Ceyms, Maykl Cordan, Rodcer Federer və Tayger Vuds kimi idman milyarderləri sırasına qoşulub.
Ronaldo xüsusilə "Bugatti" markasının sadiq pərəstişkarı kimi tanınır. Onun kolleksiyasında "Bugatti Veyron Grand Sport Vitesse", həmçinin son dərəcə nadir "Centodieci" modeli var - bu avtomobildən dünyada cəmi on ədəd istehsal edilib. Məlumata görə, Ronaldo ilk "Veyron"unu mühafizəçisinin qəzaya salmasından sonra eyni modelin yenisini alıb və ya əvvəlkini bərpa etdirib.
Bundan başqa, onun qarajında "Bugatti Chiron", "Ferrari Monza SP1", "Ferrari F12 TDF", "McLaren Senna", "Chevrolet Camaro", "Lamborghini Aventador" və "Ferrari Daytona SP3" kimi nadir hiperkarlar da yer alır.
Futbolçu həmçinin dəbdəbəli yolsuz avtomobilləri sevir. "Mansory" şirkəti ona "G-Wagen" hədiyyə edib, bu avtomobil bir neçə dəfə Dubay küçələrində görüntülənib. Ronaldo gündəlik istifadə üçün bu modeli seçir. Onun SUV kolleksiyasına "Rolls-Royce Cullinan", "Phantom Drophead", "Bentley Continental GT" və "BMW XM Red Label" də daxildir.
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 1603 Tarix: 10 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRonaldonun "Mançester Yunayted"dəki MAAŞI
Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun "Mançester Yunayted"dəki maaşı bəlli olub. 36 yaşlı hücumçu iki illik müqaviləsinə əsasən 58,3 milyon avro qazanacaq. Onun İngiltərədəki illik maaşı 29,15 milyon avroya bərabərdir. Bu, Ronaldonun "Yuventus"dakı qazancından 2 milyo
28.08.2021 1373 "Sabah"ın baş məşqçisi: "Vaxta ehtiyacımız var"
"Rəqibi təbrik edirəm. Oturuşmuş komandaya qarşı oynadıq. Bizim heyət yeni yığılıb. Üstəlik 5 futbolçumuz da müxtəlif səbəblərdən bu gün oynamırdı. Ancaq bütün bunlar məğlubiyyətə səbəb deyil. Sadəcə, vaxta ehtiyacımız var". "Report"un məlumatına görə, bu fikirləri "Sabah"ı
22.08.2021 688 Azərbaycanlı idmançı Paralimpiya rekordu qırıb, qızıl medal qazandı
Atletikanın nüvə itəlmə növü üzrə idmançımız Elvin Astanov (F53 kateqoriyası) Tokio Paralimpiya Oyunlarında Azərbaycana səkkizinci qızıl medalı qazandırıb. O, 8.77 metr nəticə göstərərək Paralimpiya rekordunu yeniləyib və yarışların qızıl medalını qazanıb. Qeyd edək ki, bu nəticə ilə Azərbaycan meda
29.08.2021 1349 Ronaldonun transferi barədə post rekord bəyənmə topladı – FOTO
"Mançester Yunayted"in hücumçu Kriştianu Ronaldunun transferini açıqladığı "Twitter" paylaşımı böyük rəğbət qazanıb. Dərc olunduğu ilk saatdaca postu bir milyon nəfər bəyənib, 400 nəfərsə retvit edib. Qeyd edək ki, portuqaliyalı məhz bu komandadakı çıxışı sayəsində ulduza çevrilib
27.08.2021 1093 "Barselona"nın futbolçusu "Beşiktaş"da oynayacaq
Türkiyənin "Beşiktaş" klubu İspaniya "Barselona"sının futbolçusunu heyətinə qatıb. "Qara qartallar" katalon klubunun bosiyalı üzvü Miralem Pyaniçi icarəyə götürüb. "Barsa"da illik 8 milyon avro məvacib alan Pyaniçə İstanbul təmsilçisinin heyətində 3 milyon avr
02.09.2021 898 "Fənərbağça" Kresponu transfer etdi
İstanbul nəhəngi "Fənərbağça" daha bir futbolçunun transferini rəsmiləşdirib. "Fənər" Portuqaliyanın "Eştoril" klubunda çıxış edən Migel Kresponu heyətinə cəlb edib. 1996-cı il təvəllüdlü futbolçu bu gün İstanbulda tibbi müayinədən keçəcək.( )
05.09.2021 709 İbrahimoviçin qayıdacağı vaxt bilindi
"Milan"ın zədəli futbolçusu Zlatan İbrahimoviçin yaşıl meydanlara qayıdacağı vaxt məlum olub. İsveçli hücumçu milli komandalara görə yaranan fasilədən sonra əsas komanda ilə məşqlərə qoşulacaq. Bu barədə "Milan"ın baş məşqçisi Stefano Pioli klubun mətbuat xidmətinə açıqlamasında deyib
23.08.2021 954 Həbib Nurməhəmmədov yeznəsinin niyə azərbaycanlı rəqib seçdiyini açıqladı - FOTO/VİDEO
"Çoxlarına maraqlıdır ki, niyə Əbdülmanafın xatirəsinə həsr olunan belə turniri biz AMC FNG (Fight Nights Global) ilə birgə keçiririk?. "Divardan divara" turnirini keçirmək atamın ideyası olub. Bütün turniri belə keçirmək alınmaz, amma bir neçə döyüş olacaq. Atamın düşüncələrin
23.08.2021 2064 Ronaldunun sevgilisi haqqında sənədli film çəkiləcək
İngiltərənin "Mançester Yunayted" futbol klubunun hücumçusu Kriştianu Ronaldunun sevgilisi Corcina Rodriges "Netflix"in istehsalı olacaq yeni sənədli filmdə öz həyat hekayəsini danışacaq. Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir. "Mən Corcinayam"
05.09.2021 1542