"Futbol həyatımı məhv etdi"
Luçano Spalletti səmimi müsahibə verərək futbolun həyatını məhv etdiyini deyib.
"Futbol həyatımı alt-üst etdi. Futbolu özümdən çox sevdim, ən yaxın insanları qurban verdim..."
İtaliyalı mütəxəssis deyib ki,Norveçə məğlubiyyət heç vaxt unudulmayacaq: "Gecələr məni oyaq saxlayır. Bu, bütün həyatıma təsir etdi.
Bəzən özümü xoşbəxt hiss edirəm, amma tez keçir. Futbolçuları onları sevdiyimə inandıra bilmədim".
Spaletti hələ də milli komandadan qovulmasından narahatdır.
Mütəxəssis 2023-cü ilin sentyabrında milli komandanın başına keçib. O, komandanı 2024-cü il Avropa çempionatıa ə aparıb və 2025-ci ilin iyununda 2026-cı il dünya çempionatının seçmə mərhələsində Norveçə 3:0 hesablı məğlubiyyətlə başladıqdan sonra qovulub.
66 yaşlı Spallettidən növbəti işinə hazır olub-olmadığını soruşublar.
"Hazırda İtaliya millisindəki iş təcrübəm hələ də beynimdə həkk olunub.
Mən onu unutmağa çalışmamışam; təcrübəni və onun bizə verdiyi hər şeyi qəbul etməliyik. İşlər istədiyim kimi getmədi, amma mən buna hər şeyimi verdim. İndi bu ağrı ilə barışmaq üçün bir az vaxt lazımdır, sonra hər şeyi yenidən başlayacağam.
Davam etmək istəməsəydim, gedərdim, amma məni işdən çıxardılar", - Spalletti deyib.
Luçanonun karyerasını Səudiyyə Ərəbistanında davam etdirə biləcəyi bildirilir. "Əl-İttihad" italiyalını qovulmuş Loran Blanın əvəzedicisi kimi nəzərdən keçirir. /Lent.az
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 670 Tarix: 04 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"UFC Fight Night Baku": Rafael Fiziyev əsas döyüşdə nokautla qələbə qazandı
Bakıda keçirilən "UFC Fight Night Baku" turnirində gecənin əsas döyüşü baş tutub. xəbər verir ki, yüngül çəki dərəcəsində təmsilçimiz Rafael Fiziyev (70.76 kq) meksikalı Manuel Torreslə (70.76 kq) qarşılaşıb. O, meksikalı rəqibini ikinci raundda nokaut edərək qalib gəlib. Qeyd edək ki, dah
27.06.2026 264 Lukaku dünya çempionatlarında Belçika millisinin ən məhsuldar oyunçusu olub
Romelu Lukaku Belçika millisinin heyətində dünya çempionatlarında ən çox qol vuran futbolçu adına sahib çıxıb. "Report"un məlumatına görə, 33 yaşlı hücumçu buna Yeni Zelandiyanı 5:1 hesabı ilə məğlub etdikləri G qrupunun II turunun oyununda fərqlənməklə nail olub. O, mundiallardakı qollarını
27.06.2026 237 Azərbaycan komandası "European Gym for Life Challenge" festivalında birinci olub
Azərbaycanın "Flame" komandası İtaliyanın Pistoya şəhərində "Gimnastika hamı üçün" növü üzrə 5-ci "European Gym for Life Challenge" festivalında birinci olub. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb. "Flame"
11.07.2026 146 Azərbaycan basketbol millisinin üzvü Amil Həmzəyev "Neftçi" klubundan ayrılıb
Basketbol üzrə Azərbaycan millisinin üzvü Amil Həmzəyev "Neftçi" klubundan ayrılıb. "Report" xəbər verir ki, 36 yaşlı basketbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib. "Hər gözəl hekayənin sonu olduğu kimi, mənim də "Neftçi" ilə yolum başa çatdı. Şərəfl
11.07.2026 149 Erve Renar Tunis millisi ilə vidalaşdı
Fransalı mütəxəssis Erve Renar futbol üzrə Tunis millisinin baş məşqçisi vəzifəsindən ayrıldığını açıqlayıb. xəbər verir ki, bu barədə o, "Instagram" hesabında paylaşım edib. Erve Renar Tunis millisinə dünya çempionatının qrup mərhələsinin ilk turundan sonra - iyunun 16-da baş məşqçi təyi
05.07.2026 221 "İstəyirəm ki, Elvin "Qarabağ"da qalsın"
"Qarabağ" tarixindəki ən güclü büdcəni vermişik. Klub bu il tarixinin ən güclü dövründədir". "Qafqazinfo" xəbər verir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl jurnalistlərə açıqlamasında deyib:. O bildirib ki, 1-2 transfer daha gözlənilir. Bu, klubun çalışdırıcıs
09.07.2026 370 Tibo Kurtua mundiallarda matç sayına görə qapıçılar arasında ikinci pilləyə yüksəlib
DÇ-2026-nın 1/4 finalının İspaniya - Belçika matçı (2:1) Tibo Kurtua üçün əlamətdar olub. "Report" xəbər verir ki, 34 yaşlı belçikalı qapıçı mundiallarda 21-ci oyununu keçirib. Beləliklə, Kurtua qapıçılar arasında dünya çempionatlarında matçların sayına görə fransalı Uqo Lyorisi (20 oyun
11.07.2026 185 Elvin Cəfərquliyev təşəkkür etdi - "Sizi çox sevirəm"
"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev komandanın heyətində yenidən meydana çıxması ilə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, müdafiəçi onu dəstəkləyən azarkeşlərə təşəkkürünü bildirib:. "Mənə göstərdiyiniz dəyər və dəstəyə görə sizə ürəkdən minnətdaram. Bu etimad
10.07.2026 246 Rəsmi: "Qarabağ" dünya çempionatının iştirakçısını transfer etdi
2026/27 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Qarabağ" növbəti futbolçu keçidini rəsmiləşdirib. xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb. Bildirilib ki, Xorvatiyanın "Riyeka" klubu ilə aparılan danışıqlar uğurla yekunlaşıb və qapıçı Martin Zlomisliç "Qarabağ"
21.06.2026 331