Formula 1 Azərbaycan Qran Prisinin açılışı muğamla yadda qaldı
Bakı Şəhər Halqasında keçirilən Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-in rəsmi açılış mərasimi Azərbaycan
Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə baş tutdu.
Bu il himnimiz dünya şöhrətli xanəndə, Azərbaycanın Xalq artisti Alim Qasımov və Fərqanə Qasımovanın təqdimatında səsləndirildi. Onların bənzərsiz ifası xüsusi səhnə kompozisiyası və üçrəngli bayrağımızı simvolizə edən vizual həllər ilə müşayiət olundu. Açılışda həmçinin milli simvolumuz – səkkizguşəli ulduz da nümayişin bir hissəsi kimi təqdim edildi.
Qeyd edək ki, Azərbaycan muğamı 2003-cü ildə UNESCO tərəfindən "Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin Şah Əsəri" elan olunub, 2008-ci ildə isə Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahıya daxil edilib. Bu fakt muğamın Azərbaycan mədəniyyətinin ən dəyərli irs nümunələrindən biri kimi dünyada tanındığını bir daha təsdiqləyir.
Milli musiqi irsimizi və mədəniyyətimizi əks etdirən bu unudulmaz an Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-in final yarışına rəsmi start verdi.
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 811 Tarix: 21 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Qarabağ" "Sabah"ı belə təbrik etdi
"Qarabağ" futbol klubu "Sabah"ı UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib. "Qafqazinfo" xəbər verir ki, klub bu haqda sosial media hesablarında paylaşım edib. "Qarabağ" FK "Sabah" FK-nı UEFA Çempionlar Liqasını
26.08.2026 408 İnyaki Uilyams Qana millisindəki karyerasını başa vurub
İspaniyanın "Atletik" klubunun forvardı İnyaki Uilyams Qana millisindəki karyerasını başa vurub. "Report" xəbər verir ki, 32 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib. İdmançı millini təmsil etməkdən böyük qürur duyduğunu bildirib və bu müddətdə ona dəstək ola
12.09.2026 123 Kriştianu Ronaldu və Corcina Rodriqesin nikah müqaviləsinin detalları açıqlanıb
Futbol üzrə Portuqaliya millisinin və "Ən-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu Corcina Rodriqeslə rəsmi nikaha daxil olub. xəbər verir ki, cütlük toy mərasimindən bir gün əvvəl nikah müqaviləsi imzalayıb. Müqaviləyə əsasən, tərəflər nikahdan əvvəl sahib olduğu əmlakı özündə saxlayır
16.08.2026 502 Messinin varisi o oldu
Argentina millisinin baş məşqçisi Lionel Skaloni ulduz futbolçu Lionel Messinin beynəlxalq karyerasını başa vurmasından sonra əfsanəvi 10 nömrəli formanı 21 yaşlı Niko Paza verməyi planlaşdırır. "Qafqazinfo" xəbər verir ki, bu qərarın Messi və Nikolas Otamendinin 2026-cı il Dünya Çempionatında
03.09.2026 387 Messi şilləyə görə CƏRİMƏLƏNDİ
Argentinalı hücumçu Lionel Messi və "İnter Mayami"nin qapıçısı Yan Frey MLS müntəzəm çempionatının "Filadelfiya Yunion"la matçda baş verənlərə görə (2:2) cərimələniblər. -ın xəbərinə görə, bu barədə ESPN nəşri məlumat verib. Qeyd edilib ki, matç zamanı Messinin rəqib oyunçu Kava
22.08.2026 339 İspaniya millisinin sabiq futbolçusu Susa 32 yaşında karyerasını başa vurub
İspaniya millisinin sabiq futbolçusu Susa 32 yaşında karyerasını başa vurub. "Report" xəbər verir ki, bu barədə oyunçunun yaydan bəri formasını geyindiyi "Kadis" klubu məlumat yayıb. Vinger sözügedən komandanın institusional nümayəndəsi olacaq. Xatırladaq ki, Susa karyerasında İtaliyanı
29.08.2026 242 Neymar ciddi zədə aldı, klubu açıqlama yaydı
Braziliya milli komandası tarixində ən yaxşı bombardir, "Santos"un hücumçusu Neymar "Palmeyras"la oyunda sağ budundan zədə alıb. -ın xəbərinə görə, bu barədə Braziliya klubunun mətbuat xidməti "X" hesabında məlumat verib. Braziliya Kubokunun dörddəbir finalının cavab oyun
06.09.2026 188 Mbappedən Messi və Ronaldu barədə möhtəşəm sözlər
Fransalı futbolçu Kilian Mbappe Lionel Messi və Kriştianu Ronaldu barədə fikirlərini bölüşüb. "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, Mbappe argentinalı və portuqaliyalı ulduzların futbolda xüsusi yerə sahib olduqlarını bildirib. "Onlar fərqli dövrə aiddirlər. Öz kateqoriyalarınd
12.09.2026 40 "Fənərbaxça" 18 ildən sonra ÇL-ə vəsiqə qazandı
Türkiyənin "Fənərbaxça" klubu 18 illik həsrətə son qoyaraq UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb. "Qafqazinfo" xəbər verir ki, İstanbul təmsilçisi pley-off mərhələsinin cavab oyununda Fransanın "Olimpik Lion" klubunu məğlub edərək bu uğura imza atıb
27.08.2026 275