Direktor əməkdaşdan işdən çıxmağı tələb edir?
"Hicran Əyyubova kollecimizə müvəqqəti direktor təyin olunduqdan bir neçə gün sonra heç bir səbəb olmadan məndən ərizəmi yazıb işdən çıxmağımı tələb edib. Dəfələrlə işdən çıxmayacağımı bildirmişəm. O isə məni işdən çıxara bilmədiyi üçün təzyiqlərə başlayıb".
Bu iddialarla "Qafqazinfo"ya Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar kollecdə dəftərxana müdiri vəzifəsində çalışan Nigar Haşımlı müraciət edib.
Təxminən 1 ildir bu vəzifədə çalışdığını deyən N.Haşımlı bildirir ki, işlədiyi dövr ərzində kollecin əvvəlki direktoru ilə heç bir problemi olmayıb: "İşimdə hər zaman məsuliyyətli və diqqətli olmuşam. Himayəmdə iki azyaşlı körpəm var. Övladlarımın birinin 2, digərinin isə 6 yaşı var. Bu il iyulun 9-da kollecə Hicran Əyyubova 3 aylıq (müvəqqəti) direktor təyin olunduqdan sonra ilk öncə mənim maaşa olan əlavəm kəsildi. Bunun səbəbini soruşduqda, büdcədə pulun qalmadığını bildirdi. Kollecin bütün işçilərinə maaşa olan əlavə verilib. Necə ola bilər ki, əvvəlki rəhbərin dövründə büdcədə pul var idi, Hicran Əyyubova gəldikdən sonra bitdi?! Dəfələrlə əmək məzuniyyəti və ödənişsiz məzuniyyət üçün ərizə ilə müraciət etmişəm, lakin rədd cavabı almışam. Pozulan əmək hüquqlarımın bərpası üçün aidiyyəti üzrə müraciətlər etmişəm".
Şikayətçi deyir ki, H.Əyyubova daha əvvəl Tovuz Dövlət Sosial-İqtisadi kollecində çalışıb: "Orada həyata keçirdiyi qanunsuzluqları Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar kollecdə də həyata keçirir. Onun şəxsi istək və arzusundan irəli gələn idarəçiliyindəki fəsadlı əməlləri, qanun pozmaları və sənəd saxtakarlıqları Tovuz Dövlət Sosial-İqtisadi kollecdəki rəhbərlik dövründə çıxan xəbərlərdən hamıya məlumdur. Tovuz kollecində rəhbərliyi dövründə etdiyi qanunsuz ixtisarlar, təhdidlər, çıxarılan müəllimlərin və işçilərin məhkəmə müraciətləri buna sübutdur. Hicran Əyyubova Tovuz kollecində fəaliyyətinin ilk aylarında yol verdiyi nöqsanlara görə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən şiddətli töhmətlə cəzalandırılıb. Lakin bu belə onun qanunsuz əməllərinə mane olmayıb. Qanunsuz əməlləri, sənəd saxtakarlıqları haqqında saysız-hesabsız məqalələr, şikayətlər olmasına baxmayaraq, yenə də vəzifə səlahiyyətlərindən sui-istifadə edir".
İddialarla bağlı hazırda kollecin direktoru olan Hicran Əyyubova ilə əlaqə saxladıq. O bildirdi ki, hər hansı şəxsin işdən azad olunması barədə qərar qəbul edilməyib: "BDU nəzdində İqtisadiyyat və Humanitar Kolleci PHŞ-yə direktor təyin olunduqdan sonra Kollecdə audit yoxlaması aparılıb. Bir sıra nöqsanlar aşkarlanıb, onlardan biri də kadr siyasətinin düzgün aparılmaması olub. Bütün proses Elm və Təhsil Nazirliyinin nəzarətindədir. Tərəfimizdən hər hansı şəxsin işdən azad olunması barədə qərar qəbul edilməyib".
Məsələ ilə bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanladıq. Agentlikdən müraciətimizə cavab olaraq bildirildi ki, daxil olan bütün müraciətlər qanunvericiliyin tələblərinə uyğun araşdırılır və nəticəsinə uyğun tədbirlər görülür: "Qeyd edilən iddialarla bağlı rəsmi müraciət daxil olduğu halda Agentlik araşdırma aparır. Oxşar hallarla üzləşən şəxslərin də məsələnin obyektiv həlli üçün rəsmi qaydada müraciət etməsi vacibdir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 913 Tarix: 15 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşXəzərdə yeni ada yarandı - Dəniz sürətlə geri çəkilir
Xəzər dənizinin şimal hissəsinin bəzi əraziləri Aral dənizində baş verənlərə bənzər vəziyyətlə üzləşə bilər. Alimlər xəbərdarlıq edirlər ki, iqlim dəyişikliyi və insanların su ehtiyatlarından istifadəsi regiona təzyiqi artırır. Qaynarinfo xəbər verir ki, bu barədə "Euronews" yazıb. Xəzər dəniz
10:04 113 İnsanı həqiqətən xoşbəxt edən nədir: pul və ya dəyərli əşyalar deyil - psixoloq DANIŞIR
Daha çox qazanmaq, rahat evdə yaşamaq və bahalı əşyalar almaq insanların həyatını asanlaşdıra bilər. Ancaq maddi rifah insanın özünü xoşbəxt hiss etməsi üçün hər zaman kifayət etmir. xarici mediaya istinadla xəbər verir ki, psixoloqlar həyatdan məmnunluğu yaxın münasibətlər, məqsəd hissi və insanın sevdiy
08.10.2026 246 Süni intellekt xəstələrə dərman təyin etməyə başladı
ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər
08.10.2026 242 İdmançı 75 yaşlı hakimi yerə çırpıb öldürdü
Meksikada restlinq yarışı (güləş şousu) zamanı faciə yaşanıb. xarici KİV-ə istinadla bildirir ki, hadisə İdalqo ştatının Mineral-de-la-Reforma şəhərində baş verib. İdmançı Xose Anxel Naxera Lopes 75 yaşlı hakim Xerardo Xerman Pinedanı götürərək rinqə çırpıb. Tamaşaçılar əvvəlcə bunu şounun bir hissəs
08.10.2026 291 Fransada məktəbli etirazları böyüyür: Makron hökuməti təzyiq altında
Fransanın mərkəzi İl-de-Frans regionunda ötən həftə başlayan yuxarı sinif şagirdlərinin etiraz aksiyaları hazırda ölkənin müxtəlif bölgələrinə yayılıb. Etirazçılar dərs cədvəllərinin həddindən artıq yüklənməsinə, müəllim çatışmazlığına və təhsil sistemindəki digər problemlərə etiraz edirlər. Hadisələr
08.10.2026 229 Türkmənistanda mühüm sammit: İlham Əliyevin çıxışı Azərbaycanın Mərkəzi Asiyada artan rolunu bir daha ortaya qoydu
İlham Əliyev Türkmənistanda Mərkəzi Asiya Dövlət Başçıları ilə görüşdə çıxış edib. Xəbər verdiyimiz kimi, oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış edərə
08.10.2026 228 Moldova Silahlı Qüvvələrin sayını artırır
Moldova parlamenti qapalı iclasda Silahlı Qüvvələrin sayının artırılmasını nəzərdən keçirəcək. Teleqraf xəbər verir ki, bu barədə Moldova müdafiə naziri Anatoli Nosatyi məlumat verib. Nazirin sözlərinə görə, əvvəllər qüvvələrin sayı 900-dən çox olsa da, sonda 6500 hərbi qulluqçuya və 200 mülki işçiy
08.10.2026 210 Hadrutun işğaldan azad olunmasından 6 il ötür
Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür. 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da düşmən tapdağından azad edilib. Döyüşlər zamanı Azərbaycan Ordusu oktyabrın əvvəllərind
10:14 96 Kassada qiymət fərqi ilə insanları aldadırlar - "Bu il 11 sahibkar cərimələndi"
Tez-tez sosial şəbəkələrdə marketlərlə bağlı şikayətlər səslənir. İstehlakçıların qarşılaşdığı problem vitrində başqa, kassada başqa qiymətlə qarşılaşmaqdır. Kassada məhsulun qiyməti 50 qəpik, bir, hətta iki-üç manat artıq hesablanır. Kassirdən soruşduqda isə "vitrindəki qiymət köhnədir", "endiri
08.10.2026 256