19 milyon ayrılıb, amma... - Nərimanov Tibb Mərkəzində yenidənqurma niyə bitmir?

19 milyon ayrılıb, amma... - Nərimanov Tibb Mərkəzində yenidənqurma niyə bitmir?Nərimanov Tibb Mərkəzində yenidənqurma işlərinin 2024-cü ilin sonlarında tamamlanması planlaşdırılsa da, bu baş tutmayıb.

Qaynarinfo xəbər verir ki, artıq 2025-ci il sona çatır. Nərimanov Tibb Mərkəzində isə işlər hələ də davam edir. Müşahidələr göstərir ki, yenidənqurma işləri cari ildə də tamalanmaya bilər.

Nərimanov Tibb Mərkəzinin yenidən qurulması işlərini "Var Construction" MMC həyata keçirir. Şirkət İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 2023-cü ildə bununla bağlı keçirdiyi tenderin qalibi seçilib. Tərəflər arasında 19 128 385,74 manat dəyərində satınalma müqaviləsi imzalanıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Var Construction" MMC 6 yanvar 2005-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, ev 125, mənzil 90-da yerləşən şirkətin qanuni təmsilçisi Orucov Rafət Güləli oğludur. Açıq mənbələrdə şirkət haqqında heç bir məlumat yoxdur. Şirkətin veb-səhifəsi olsa da, işlək deyil. MMC-nin əlaqə telefonlarına da rast gəlinmir. Bu baxımdan "Var Construction" MMC-nin maddi-texniki bazasının hansı səviyyədə olduğu məlum deyil.

"Var Construction" MMC-nin qanuni təmsilçisi Rafət Orucov haqqında da heç bir məlumat yoxdur. Ondan əvvəl şirkətin qanuni təmsilçisi Kərimov Alim Möhsün oğlu olub. Onun haqqında da açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.

19 milyon ayrılıb, amma... - Nərimanov Tibb Mərkəzində yenidənqurma niyə bitmir?"Var Construction" MMC haqqında başqa bir fakt isə ondan ibarətdir ki, şirkət 2020-ci ilədək "Turqay" MMC adı altında fəaliyyət göstərib. MMC bu ad altında 2019-cu ildə 3 saylı şəhər Klinik Xəsətəxanasının kotyirovka sorğusunun, 2018-ci ildə isə Səhiyyə Nazirliyinin Abşeron Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı tenderinin qalibi seçilib. İki satınalma müsabiqəsi üzrə bağlanan müqavilələrin ümumi maliyyə dəyəri 11 943 163,53 manat olub.

"Var Construction" MMC kimi haqqında heç bir məlumat olmayan, ad dəyişən şirkətlərdən tender əməliyyatlarında istifadə edilir və bu tip şirkətlərin həyata keçirdiyi layihələrdə problemlər yaranıb. Nərimanov Tibb Mərkəzi ilə bağlı da oxşar hal yarana bilər.

Bəzi iddialara görə isə xəsətəxananın yenidən qurulması işlərinin yubanması vəsait çatışmazlığı ilə əlaqədardır. Lakin bu iddia inandırıcı görünmür. 19 milyon manat bir xəstəxananın yenidən qurulması üçün o qədər də az vəsait deyil.

Yeri gəlmişkən, Nərimanov Tibb Mərkəzinin yenidən qurulması işlərinin yubanması faktı havadan götürülməyib. Yenidənqurma işlərinin 2024-cü ilin sonlarında tamamlanacağı barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) bununla bağlı rəsmi açıqlaması var.

Bəs, o zaman Nərmanov Tibb Mərkəzinin yenidən qurulması işlərin yubanmasının səbəbi nədir?

Qaynarinfo bu sualla İcbari Tibbi üzrə Dövlət Agentliyinə müraciət edib. Qurumdan verilən cavabı olduğu təqdim edirik:

19 milyon ayrılıb, amma... - Nərimanov Tibb Mərkəzində yenidənqurma niyə bitmir?"Bildiririk ki, Nərimanov Tibb Mərkəzi publik hüquqi şəxsin tabeliyində olan 5 nömrəli Şəhər Kliniki Xəstəxananın xəstəxana binası, korpusları və köməkçi binalarının yenidənqurulması (avadanlıq daxil) işlərinin satın alınması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən açıq tender proseduru keçirilib. Tenderin qalibi "VAR Construction" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Agentlik arasında 21 avqust 2023-cü il tarixində 19 128 385,72 manat məbləğində müvafiq satınalma müqaviləsi imzalanıb. Yenidənqurma işlərinə başlamazdan əvvəl, mövcud binanın layihə-smeta sənədləri şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə, həmçinin ekoloji, sanitariya-gigiyena, yanğın təhlükəsizliyi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olaraq müvafiq lisenziyası olan podratçı şirkət tərəfindən işlənib hazırlanıb. Həmçinin layihə-smeta sənədləri ayrılmış vəsaitdən səmərəli istifadənin qiymətləndirilməsi məqsədilə "Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları"na uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən Ekspertiza Rəyi əldə edib.

Hazırda mövcud texniki şərtlərin tələbinə uyğun olaraq tikinti-quraşdırma işlərinin görülməsi istiqamətində müvafiq işlər aparılır. Sahənin geniş olduğunu nəzərə alaraq tikinti-quraşdırma işlərinin 2025-ci ilin sonuna başa çatması planlaşdırılıb. İşlər başa çatdıqdan sonra xəstəxana ən müasir tibbi avadanlıqlarla təchiz olunaraq istifadəyə veriləcək".

Göründüyü kimi açıqlamada yenidənqurma işlərinin deyilən vaxtda başa çatdırılmasının səbəbləri barədə heç bir qeyd yoxdur.

Nərimanov Tibb Mərkəzi 5 nömrəli Şəhər Klinik Xəsətəxanasının hüquqi varisi kimi yaradılıb. Mərkəz TƏBİB-in tabeliyində fəaliyyət göstərir.

Bu arada onu da qeyd edək ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti İcbari Tibbi Sığorta Agentliyində və TƏBİB-də yoxlamalara başlayıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 569   Tarix: 15 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Xəzərdə yeni ada yarandı - Dəniz sürətlə geri çəkilir

Xəzər dənizinin şimal hissəsinin bəzi əraziləri Aral dənizində baş verənlərə bənzər vəziyyətlə üzləşə bilər. Alimlər xəbərdarlıq edirlər ki, iqlim dəyişikliyi və insanların su ehtiyatlarından istifadəsi regiona təzyiqi artırır. Qaynarinfo xəbər verir ki, bu barədə "Euronews" yazıb. Xəzər dəniz

10:04 113
.

İnsanı həqiqətən xoşbəxt edən nədir: pul və ya dəyərli əşyalar deyil - psixoloq DANIŞIR

Daha çox qazanmaq, rahat evdə yaşamaq və bahalı əşyalar almaq insanların həyatını asanlaşdıra bilər. Ancaq maddi rifah insanın özünü xoşbəxt hiss etməsi üçün hər zaman kifayət etmir. xarici mediaya istinadla xəbər verir ki, psixoloqlar həyatdan məmnunluğu yaxın münasibətlər, məqsəd hissi və insanın sevdiy

08.10.2026 246
.

Süni intellekt xəstələrə dərman təyin etməyə başladı

ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər

08.10.2026 242
.

İdmançı 75 yaşlı hakimi yerə çırpıb öldürdü

Meksikada restlinq yarışı (güləş şousu) zamanı faciə yaşanıb. xarici KİV-ə istinadla bildirir ki, hadisə İdalqo ştatının Mineral-de-la-Reforma şəhərində baş verib. İdmançı Xose Anxel Naxera Lopes 75 yaşlı hakim Xerardo Xerman Pinedanı götürərək rinqə çırpıb. Tamaşaçılar əvvəlcə bunu şounun bir hissəs

08.10.2026 291
.

Fransada məktəbli etirazları böyüyür: Makron hökuməti təzyiq altında

Fransanın mərkəzi İl-de-Frans regionunda ötən həftə başlayan yuxarı sinif şagirdlərinin etiraz aksiyaları hazırda ölkənin müxtəlif bölgələrinə yayılıb. Etirazçılar dərs cədvəllərinin həddindən artıq yüklənməsinə, müəllim çatışmazlığına və təhsil sistemindəki digər problemlərə etiraz edirlər. Hadisələr

08.10.2026 229
.

Türkmənistanda mühüm sammit: İlham Əliyevin çıxışı Azərbaycanın Mərkəzi Asiyada artan rolunu bir daha ortaya qoydu

İlham Əliyev Türkmənistanda Mərkəzi Asiya Dövlət Başçıları ilə görüşdə çıxış edib. Xəbər verdiyimiz kimi, oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış edərə

08.10.2026 228
.

Moldova Silahlı Qüvvələrin sayını artırır

Moldova parlamenti qapalı iclasda Silahlı Qüvvələrin sayının artırılmasını nəzərdən keçirəcək. Teleqraf xəbər verir ki, bu barədə Moldova müdafiə naziri Anatoli Nosatyi məlumat verib. Nazirin sözlərinə görə, əvvəllər qüvvələrin sayı 900-dən çox olsa da, sonda 6500 hərbi qulluqçuya və 200 mülki işçiy

08.10.2026 210
.

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür. 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da düşmən tapdağından azad edilib. Döyüşlər zamanı Azərbaycan Ordusu oktyabrın əvvəllərind

10:14 96
.

Kassada qiymət fərqi ilə insanları aldadırlar - "Bu il 11 sahibkar cərimələndi"

Tez-tez sosial şəbəkələrdə marketlərlə bağlı şikayətlər səslənir. İstehlakçıların qarşılaşdığı problem vitrində başqa, kassada başqa qiymətlə qarşılaşmaqdır. Kassada məhsulun qiyməti 50 qəpik, bir, hətta iki-üç manat artıq hesablanır. Kassirdən soruşduqda isə "vitrindəki qiymət köhnədir", "endiri

08.10.2026 256
.