Sabirabadda 14 yaşlı qızın nişanlanması sosial mediada ajiotaj yaratdı

Sabirabadda 14 yaşlı qızın nişanlanması sosial mediada ajiotaj yaratdıSabirabad rayonunda 14 yaşlı qızın nişanlanması ilə bağlı yayılan məlumatlar cəmiyyətdə ajiotaj yaradıb. Hadisə ilə bağlı qızın nişanlısı və atası saxlanılsa da, məsələ xüsusilə sosial mediada birmənalı qarşılanmayıb.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən sosioloq Üzeyir Şəfiyev bildirib ki, çox təəssüf ki, 21-ci əsrdə, rəqəmsal cəmiyyət şəraitində yaşamağımıza baxmayaraq hələ də köhnə fikirli və valideyn hüququnu başa düşməyən insanlar mövcuddur. Onlar unudurlar ki, valideynlik hüququ uşaq mənafeyinə zidd ola bilməz:

"18 yaşına çatmamış şəxs həm BMT-nin Uşaq Hüquqları haqqında konvensiyasına görə, həm də Uşaq Hüquqları haqqında qanuna və Ailə Məcəlləsinə görə uşaq sayılır. 14 yaşlı qızın nişanlanması erkən nigaha cəhd sayılır. Yeni qəbul edilmiş, 1 iyul 2025-ci ildə qüvvəyə minmiş 'Yaxın qohumlar arasında nikah müqaviləsini qadağan edən' qanun fonunda 17 yaş istisna yaşı aradan qaldırılıb. Bununla bağlı valideynlərlə iş aparılmalıdır və onlara izah edilməlidir ki, uşağın mənafeyinə zidd addım ata bilməzlər. 14 yaşlı qızın nişanlanması demək, uşağın təhsildən yayınması deməkdir və düşüncəsi ailəyə fokuslanır. Bu cür hallar gələcəkdə əmək bazarında çətinliklər yaradır. Belə qızlar təhsilsiz qalacaq və əmək bazarına inteqrasiya edə bilməyəcək.
Sabirabadda 14 yaşlı qızın nişanlanması sosial mediada ajiotaj yaratdıValideynlər bu məsələlərdə diqqətli olmalıdır. Ötəri dəmtəraq və parıltı naminə qızlarını erkən nikaha cəlb etməməlidirlər. Unutmamalıdırlar ki, bu hüquqi məsuliyyət yaradır. Bununla bağlı Cinayət Məcəlləsinin 176-cı və 152-ci maddələri üzrə məsuliyyət daşıyırlar.

Mütləq orta məktəblərdə maarifləndirmə işləri aparılmalıdır. Xüsusilə qız uşaqları ilə sosial-psixoloji iş aparılmalı, qızlar təhsilə həvəsləndirilməlidir. Böyük uğurları olan xanımların ictimai xadimlərlə məktəblərdə görüşləri təşkil edilməli və qızlar gələcək həyatlarını belə uğurlu hekayələrdən ilham alaraq planlamalıdırlar. Mən sosioloq olaraq hesab edirəm ki, bu hallarda həm hüquqi, həm də maarifləndirmə işləri aparılmalı, ictimai və sosial nəzarət gücləndirilməlidir."


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 824   Tarix: 11 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Minaya düşən ata və oğulun vəziyyəti açıqlandı

Ötən gün Cəbrayılda minaya düşən Əşrəf Qəhrəmanov və oğlu Orxanın vəziyyəti açıqlanıb. TƏBİB-dən "Qafqazinfo"ya verilən məlumata görə, 1966-cı il təvəllüdlü kişi oktyabrın 8-də saat 20:30 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. "Ona sağ ayağın aşıq-baldı

11:33 171
.

Paşinyandan Zeynəb Həsənovanın mahnısı ilə paylaşım

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan müğənnisi Zeynəb Həsənovanın mahnısının müşayiəti ilə video paylaşıb. xəbər verir ki, Paşinyan videonu özünün Telegram kanalında yayımlayıb. Kadrlarda MDB sammitində iştirak etmək üçün səfər etdiyi Türkmənistanda, musiqi sədaları altında hərəkət edə

11:07 226
.

Azərbaycan-Türkmənistan birliyi Orta Dəhlizin imkanlarını genişləndirir

"Azərbaycan-Türkmənistan münasibətləri son dövrdə yüksələn xətlə inkişaf edir. İki ölkə arasında əlaqələr mehriban qonşuluq, dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Türkmənistan Xəzər dənizinin şərqində, Azərbaycan isə qərbində yerləşməklə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında mühüm stratej

14:00 29
.

Azərbaycan və Mərkəzi Asiya: Strateji tərəfdaşlığın yeni perspektivləri

"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri yüksək səviyyədə inkişaf edir. Türkmənlər Azərbaycanın dil və soy baxımından yaxın xalqlarındandır. Tarixi və siyasi əlaqələrimizin kökləri olduqca möhkəmdir. Türkmənistan ortaq layihələrin həyata keçirilməsində hər zaman maraqlı olub və b

12:18 136
.

Türkmənbaşı görüşü ölkəmizin növbəti diplomatik uğurudur

Azərbaycanın regional və beynəlxalq siyasətdə mövqeyi daha da möhkəmlənir. Bunu Türkmənistanın Türkmənbaşı şəhərinin "Avaza" milli turizm zonasında keçirilən Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında görmək oldu. Qeyd edək ki, Müstəqil Dövlətlər Birliy

12:16 127
.

Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə

Günortadan sonra yaranan halsızlıq çoxlarına tanışdır. Belə məqamlarda insanın əli adətən peçenyeyə və ya növbəti fincan qəhvəyə uzanır. Lakin dietoloqlar adi meyvələrə diqqət yetirməyi məsləhət görür. Onlardan bəziləri dərhal enerji verir və bu təsiri daha bir neçə saat qoruyur. BİG.AZ xəbər verir ki

08.10.2026 349
.

Bakı-Aşqabad dialoqu: Enerji, logistika və regional inteqrasiya

"Türkmənbaşı şəhərində keçirilən Mərkəzi Asiya və Azərbaycan dövlət başçılarının Məşvərət görüşündə səsləndirilən fikirlər Bakı ilə Aşqabad arasında strateji dialoqun yeni mərhələyə qədəm qoyduğunu göstərir. Siyasi-hüquqi baxımdan bu görüş tərəflərin ikitərəfli müqavilə-hüquq bazasını möhkəmləndirmək

12:55 121
.

Cəbrayıldakı mina partlayışları ilə bağlı - XİN-dən açıqlama

"Bu gün Cəbrayıl rayonunda ata və oğul mina partlayışı nəticəsində ağır xəsarət alıb. Bu insidentlə 2020-ci il müharibəsi başa çatandan sonra Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatıb". "Qafqazinfo" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabınd

08.10.2026 327
.

İsraildə yüksək kirayə qiymətləri rusiyalı ailəni çətin vəziyyətə saldı

Rusiyalı səyahət bloqçusu İsrailə köçdükdən sonra vətəninə qayıdan həmyerlisi ilə söhbət edib. Həmsöhbəti İsraildə yaşadığı müddətdə yerli həyat tərzinə tam uyğunlaşa bilmədiyini və qarşılaşdığı çətinlikləri bölüşüb. xəbər verir ki, müəllif müşahidələrini Zen platformasında "Like Travel Travel"

11:15 168
.