Ad, soyad və ata adınızı istəyə uyğun dəyişə bilməzsiniz

Ad, soyad və ata adınızı istəyə uyğun dəyişə bilməzsinizAli Məhkəmənin İnzibati kollegiyası ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı mübahisəyə dair vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Bu barədə BiG.AZ-a Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, iddiaçı adının daha yaxşı səsləndiyini düşündüyü başqa adla, soyad və ata adının isə onun həyatında, təhsilində, tərbiyəsində, böyüməsində və inkişafında daha çox rolu olmuş nənəsinin və anasının adlarına uyğun dəyişdirilməsini istəyib, cavabdeh inzibati orqanın imtinasından sonra isə məhkəməyə müraciət edib.

Birinci və apellyasiya instansiyası məhkəmələri iddianı təmin etməyiblər.

Bundan sonra iddiaçı kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Ali Məhkəmə qəbul etdiyi qərarında göstərib ki, şəxsi ad, soyad və ata adı fərdin özünü müəyyən etməsinin fundamental amillərindən biridir, onun başqalarından fərqləndirilməsi məqsədlərinə xidmət edir və şəxsiyyətin fərdiləşdirilməsinin əsas təzahürlərindən biri olaraq şəxsi həyat sahəsinə daxildir. Ad hüququ həm də ona görə əhəmiyyətlidir ki, insan öz adı ilə ictimai münasibətlərdə iştirak edir və onun olmaması şəxsiyyəti hüquq və vəzifələri əldə etmək və həyata keçirmək imkanından məhrum edə bilər.

Digər tərəfdən, ad hüququnun təzahürü kimi ad, ata adı və soyadın verilməsi və dəyişdirilməsi hüququ mütləq deyil və məhdudlaşdırıla bilər. Bu hüququn məhdudlaşdırılması qanunvericiliyin tələbinə cavab verməli, ictimai maraqlara xidmət etməklə başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu, konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir.

Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi hüququnun məhdudlaşdırılması ilə bağlı aşağıdakı meyarlar müəyyən edilir:

- Uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir;

- İctimai (ümumi) maraqların qorunması məqsədilə adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsinə məhdudiyyətlər tətbiq edilə bilər.

İctimai maraqlar dedikdə, əhalinin qeydiyyatının dəqiq şəkildə aparılması, şəxsin kimliyinin müəyyən olunması üsullarının və hər hansı bir adın (soyadın) daşıyıcısının müəyyən bir ailə və nəsil ilə əlaqələndirilməsi vasitələrinin qorunması, dövlət dilinin işlənməsinə və qorunmasına dair ümumi maraqların, eləcə də milli adqoyma ənənələrinin qorunmasının təmin olunması və bu kimi digər məqsədlər başa düşülür. Məhkəmələr və inzibati orqanlar ictimai maraqlar naminə məhdudiyyətlər tətbiq edərkən ictimai maraqlar ilə fərdin maraqları arasında ədalətli tarazlığın qorunmasına diqqət yetirməlidir. İctimai maraqlar naminə məhdudiyyətlər o zaman tətbiq oluna bilər ki, konkret mübahisənin halları baxımından ictimai maraqları fərdin maraqlarından üstün tutmaq mümkün olsun.

Fərdi maraqlar dedikdə, uşağın və şəxsin mənafeyinin təmin edilməsi, şəxsin öz kimliyini formalaşdırmaq və ifadə etmək hüququ, özünü emosional və mənəvi cəhətdən tanıdığı və qəbul etdiyi şəkildə adlandırmaq hüququ, keçmişi və ailə üzvləri ilə bağlılığın simvolik olaraq ifadəsi və bu kimi digər məqsədlər başa düşülür. Məhkəmələr və inzibati orqanlar fərdin maraqlarının (mənafeyinin) aydınlaşdırılması və qiymətləndirilməsi zamanı şəxsin istinad etdiyi konkret əsaslandırmaları nəzərə almalı, xüsusən də onun məhrumiyyətlərinin nədən ibarət olmasına və iddia edilən məhrumiyyətlərin təsdiq olunub-olunmadığına diqqət yetirməlidirlər.

Ad və soyadla bağlı dəyişiklik tələbi zamanı şəxsin qarşılaşdığı real, ciddi və əsaslandırılmış məhrumiyyətlərin olması vacibdir. Yalnız şəxsi zövq, sadə emosional bağlılıq və ya adi sosial-mədəni səbəblərə istinad etmək fərdi hüquqların üstünlüyü təmin etmək üçün kifayət deyil. Şəxsin adını (soyadını) dəyişdirməyə sövq edən gerçək səbəblər mövcud olmalı, həmin səbəblərin mövcudluğunun davam etməsi onun həyatında real məhrumiyyətlər yaratmalıdır.

Həmçinin adın, ata adının və soyadın verilməsi ilə müqayisədə dəyişdirilməsi zamanı dövlətin dəyişiklikləri həyata keçirmək və izləmək üçün müəyyən resursları sərf etdiyi, buna görə də daha real, ciddi və əsaslandırılmış səbəblər tələb oluna biləcəyi nəzərə alınmalıdır.

Ali Məhkəmə qərarında qeyd edib ki, iddiaçının fərdi marağı onun şəxsi kimliyinin, emosional və psixoloji rahatlığının təmin olunmasına yönəlib və cavabdeh imtinası ilə onun şəxsi həyatına müdaxilə edib. Lakin hazırkı işin halları baxımından cavabdehin imtinası zəruri və legitim ictimai maraqlara mütənasib olub. İddiaçının, sadəcə, simvolik və emosional motivasiyalara əsaslanan ad-soyadını dəyişməkdən ibarət olan fərdi marağı ictimai maraqlardan üstün tutulması üçün yetərli deyil.

Yuxarıda şərh edilənlərə əsasən, Ali Məhkəmə iddiaçının şikayətini təmin etməyib, apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə saxlanılıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 907   Tarix: 03 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrində Xəzər bağlantısı daha da güclənir

"Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri həm Azərbaycan-Türkmənistan münasibətləri, həm də Azərbaycan ilə Mərkəzi Asiya arasında formalaşan yeni regional əməkdaşlıq baxımından əhəmiyyətlidir. Dövlət başçısının Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin 8-ci Məşvərət görüşündə iştirak

14:44 216
.

Azərbaycandakı qadın futbol hakimlərinin sayı açıqlandı

Azərbaycanda fəaliyyət göstərən qadın futbol hakimlərinin sayı açıqlanıb. Bu barədə -ın sorğusuna AFFA-nın mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, hazırda ölkəmizdə ümumilikdə 11 qadın futbol hakimi fəaliyyət göstərir. Onlardan 3-ü FIFA dərəcəli hakimdir. Bildirilib ki, 2026-2027-c

18:30 91
.

Qol saatı üstündə qohumunu bıçaqlamışdı, bu cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində qohumuna bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən Azad Əliyevin cinayət işi üzrə hökm oxunub. xəbər verir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən məhkəmə tərkibi təqsirləndirilən Azad Əliyevin 2 il sınaq müddəti olmaqla 3 il şərti cəzaya məhkum olunmasın

19:15 1
.

Vahid forma məktəblərdə bərabərliyi və intizamı gücləndirəcək

"Müasir təhsil sistemində məktəbin funksiyası yalnız şagirdlərə bilik verməklə məhdudlaşmır. Məktəb eyni zamanda sosial münasibətlərin formalaşdığı, uşaqların dünyagörüşünün inkişaf etdiyi, davranış mədəniyyətinin və vətəndaş məsuliyyətinin təməlinin qoyulduğu mühüm ictimai institutdur. Bu baxımda

17:28 149
.

Bakı və Aşqabad arasında əməkdaşlıq Xəzər üzərindən yeni imkanlar yaradır

"Oktyabrın 8-də Türkmənistanda keçirilən Mərkəzi Asiya dövlətləri və Azərbaycan dövlət başçılarının 8-ci Məşvərət Görüşü iştirakçı ölkələr arasında münasibətlərin daha geniş regional proseslərin tərkibində inkişaf etdiyini göstərir. Xüsusilə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət Görüş

14:12 177
.

Əməkdaşlıq və qarşılıqlı hörmətin yeni mərhələsi

Azərbaycanın MDB ilə əməkdaşlığı artıq üç onillikdən çox tarixə malikdir. Bu dövr ərzində ölkəmiz təşkilat çərçivəsində siyasi dialoqun davam etdirilməsində, iqtisadi əlaqələrin genişləndirilməsində və humanitar münasibətlərin inkişafında fəal iştirak edib. Azərbaycanın regional və beynəlxalq siyasətd

12:20 211
.

Azərbaycan və Mərkəzi Asiya: Strateji tərəfdaşlığın yeni perspektivləri

"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri yüksək səviyyədə inkişaf edir. Türkmənlər Azərbaycanın dil və soy baxımından yaxın xalqlarındandır. Tarixi və siyasi əlaqələrimizin kökləri olduqca möhkəmdir. Türkmənistan ortaq layihələrin həyata keçirilməsində hər zaman maraqlı olub və b

12:18 167
.

Azərbaycan MDB məkanında aparıcı dövlətə çevrilib

Azərbaycanın apardığı çoxvektorlu və balanslı xarici siyasət bu gün ölkəmizin beynəlxalq aləmdə qazandığı nüfuzun, etimadın və etibarlılığın əsas dayağına çevrilib. Son günlərdə Prezident İlham Əliyevin iştirak etdiyi beynəlxalq və regional təşkilatların tədbirləri bu siyasətin növbəti təzahürü kim

12:22 228
.

Orta Dəhlizdən yaşıl enerjiyə: Azərbaycan üçün yeni imkanlar

"Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu üzv kimi iştirakı ölkəmiz üçün mühüm siyasi və strateji əhəmiyyət daşıyır. Bu formatda təmsil olunmağımız təkcə nəqliyyat-kommunikasiya əməkdaşlığı ilə bağlı deyil, həm də Azərbaycanın regional gündəliyin formalaşmasınd

16:23 186
.