Avropanın müsəlman qorxusu: Ayrı-seçkilik, nifrət nitqi, fiziki zorakılıq

Avropanın müsəlman qorxusu: Ayrı-seçkilik, nifrət nitqi, fiziki zorakılıqSon illərdə Avropada milyonlarla müsəlmanın həyatına təsir edən narahatedici islamofob meyillərin artımı müşahidə olunur. Ayrı-seçkilik, nifrət nitqi, fiziki zorakılıq artdıqca, bir çoxları bu cür hallarla mübarizə üçün nə edilə biləcəyini soruşur.

Avropada islamofobiya halları artır. Ard-arda ölkələr başqa dindən olanlara, onların dini inanclarına qarşı məhdudiyyətlər tətbiq edirlər. Fransada islamofobiya ilə yanaşı, antisemitizm, Almaniyada sərt dini qanunlar, Belçikada, Avstriyada etirazlar artmaqdadır. Bu siyahıya İspaniya da daxil olub. Qəbul edilən qadağa isə hər kəsi təəccübləndirib. Ölkənin cənub-şərqindəki Mursiya əyalətində yerli şəhərlərdən birinin hakimiyyəti iki əsas müsəlman bayramının (Qurban və Ramazan bayramları) ictimai şəkildə qeyd edilməsini qadağan edib. Bunu belə tədbirlərin "ispan kimliyinə yad olması" ilə əsaslandırıb. İspan müsəlmanları qadağanı təşəbbüs edən Xalq Partiyasının (XP) yerli şöbəsini çirkin metodlarla hakimiyyət uğrunda mübarizə aparmaqda və ksenofob hisslərə müraciət etməkdə ittiham edirlər. Böyük ehtimalla məhdudiyyətlər ləğv ediləcək. Lakin Avropa İttifaqı (Aİ) üçün artıq presedent yaradıldığı iddia edilməyə başlayıb. Digər ölkələrin də analoji qərarlar qəbul edəcəyi vurğulanır.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

Qadağa nəyi nəzərdə tutur?

Məlumata görə, Xumilya şəhərinin Bələdiyyə Şurası (yerli özünüidarəetmə orqanı) ictimai yerlərdə müsəlman bayramlarının keçirilməsinin qadağan edilməsinə səs verib. Şəhərdə təxminən 27 min insan yaşayır. Onlardan 1,5 mini İslam dininə etiqad edir və 7,5%-i (üç mindən çox insan) müsəlman ölkələrindən gəlmələrdir. Məhdudiyyətlər Ramazan və Qurban bayramına şamil edilir. Müsəlmanlara bayramları keçirmək üçün inzibati binalardan və idman zallarından istifadə etmək qadağan olunub. Məhz belə yerlərdə möminlər hər il ibadət edirdilər. "İdman qurğuları yerli hakimiyyət orqanları tərəfindən təşkil edilmədiyi təqdirdə, bizim kimliyimizə yad olan dini, mədəni və ya sosial tədbirlər üçün istifadə edilə bilməz" - Bələdiyyə Şurası tərəfindən təsdiqlənmiş bəyanatda belə deyilir.

Təklifin təşəbbüskarı mühafizəkar Xalq Partiyası olub. 2023-cü il regional seçkilər nəticəsində bu partiya bir neçə regionda, o cümlədən Xumilyanın yerləşdiyi Mursiyada öz liderliyini təsdiqləyib. Yerli özünüidarəetmə orqanlarındakı 21 yerdən onunu - yəni əksəriyyəti onlar qazanıblar. Doqquz yeri müsəlmanlara qarşı məhdudiyyətlərin tətbiqini bloklamağa çalışan sosialistlər tutur. Bələdiyyə Şurasına həmçinin "Birləşmiş Sollar"dan və ultrasağçı "Səs" (Vox) partiyasından bir nümayəndə daxildir. İspan qəzeti "El Pais"in məlumatına görə, təklifin bilavasitə müəllifi məhz "Vox"un nümayəndəsi Xuan Aqustin Navarro olub. Onun partiyası radikal antimiqrant bəyanatları və təşəbbüsləri ilə məşhurdur.

Təklifin uğurla qəbul edilməsi münasibətilə "Vox"un sosial şəbəkələrində yeni bir bəyanat yayımlanıb: "Vox" sayəsində İspaniyada ilk dəfə olaraq ictimai yerlərdə islam bayramlarının qadağan edilməsi haqqında qərar qəbul edilib. İspaniya xristian xalqının torpağıdır və həmişə belə qalacaq".

Bütün Avropanı əhatələyəcək təhlükə

Belə qadağalar təkcə İspaniya üçün deyil, bütövlükdə Avropa üçün də ilkdir. Bəzi ölkələrin, məsələn Fransanın hakimiyyəti bu və ya digər dinə mənsubluq simvollarının (o cümlədən xaçların, hicabların və bürqənin) geyilməsinə məhdudiyyətlər qoyub. Lakin ilk dəfə olaraq bir çoxlarının islamofob hesab etdiyi dəlillərlə əsaslandırılan qadağa açıq şəkildə tətbiq edilir.

İspaniyanın mərkəzi hökuməti artıq müsəlmanlar üçün məhdudiyyətlərin tətbiqini pisləyib. Bu təəccüblü deyil, çünki həm Baş nazir Pedro Sançes, həm də onun nazirlər kabinetinin demək olar ki, bütün üzvləri İspan Sosialist Fəhlə Partiyasının nümayəndələridir. Onlar miqrantlara dəstək siyasəti yürüdürlər və solçularla birlikdə sağçı "Vox" partiyasına və mühafizəkar XP-yə qarşı duran əsas qüvvəni təşkil edirlər.

"El Pais"in istinad etdiyi Nazirlər Kabinetinin KİV-lər üçün bəyanatında göstərilir ki, Xumilya hakimiyyətinin qərarı din azadlığını təmin edən Konstitusiyanın 16-cı maddəsinə ziddir. Buna görə də yaxın zamanda qadağanın ləğv ediləcəyini gözləmək olar.

Bəs səbəblər hansılardır?

Yeri gəlmişkən, son illərdə Avropada milyonlarla müsəlmanın həyatına təsir edən narahatedici islamofob meyillərin artımı müşahidə olunur. Ayrı-seçkilik, nifrət nitqi, fiziki zorakılıq artdıqca, bir çoxları bu cür hallarla mübarizə üçün nə edilə biləcəyini soruşur. Avropada islamofobiya yeni hadisə deyil, lakin son illərdə daha aktual olub. Burada onun artmasına səbəb olan bəzi əsas tendensiyalar var. Birincisi, ultra-sağçıların təsirinin güclənməsi. Bütün Avropada ultra-sağçı siyasi partiyalar immiqrasiya və mədəni dəyişikliklər qorxusundan istifadə edərək nüfuz qazanırlar. Onlar çox vaxt dəstək qazanmaq üçün müsəlmanları Avropa kimliyi və dəyərlərinə təhdid kimi təqdim edirlər. Fransa, Almaniya, Avstriya və Niderland kimi ölkələrdə ultra-sağçı partiyalar daha görünən olub və onların təsiri anti-müsəlman əhval-ruhiyyəsinin kök salmasına kömək edib. İkincisi, müsəlmanların mediada təsviri. Avropa mətbuatında müsəlmanların mənfi təsviri islamofobiyanın artması ilə əlaqələndirilir. Xəbər nəşrləri terrorizm, radikallaşma və immiqrasiya kimi məsələlərə diqqət yetirir, çox vaxt birbaşa əlaqə olmasa belə, bu mövzuları İslamla əlaqələndirir.

Üçüncüsü, terror hücumları və təhlükəsizlik problemləri. İslam adından hərəkət etdiklərini iddia edən fərdlər və ya qruplar tərəfindən törədilən terror hücumları islamofob əhval-ruhiyyəni gücləndirir. Növbəti məsələ, qaçqın böhranıdır. Müsəlman əhalisi çox olan ölkələrdən qaçqınların axını immiqrasiya və mədəni inteqrasiya ilə bağlı narahatlıqları artırıb.

Ekspertlər qeyd edirlər ki, Avropada islamofobiyanın artması mürəkkəb problemdir, lakin həll oluna bilər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 874   Tarix: 17 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.