Azərbaycanda tikinti materialları istehsalında əsas problemlər açıqlanıb

Azərbaycanda tikinti materialları istehsalında əsas problemlər açıqlanıbAzərbaycanda tikinti sektorunun inkişafı ilə paralel olaraq bu sahəyə xidmət edən yerli tikinti materialları istehsalı sənayesinin üzləşdiyi çağırışlar da daha qabarıq şəkildə ortaya çıxır, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və yenidənqurma layihələri fonunda tikinti materiallarına olan tələbatın artması yerli istehsalın potensialının və davamlılığının artırılmasını daha aktual məsələyə çevirir.

Bunu "Report"a açıqlamasında "Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin (ATİA) sədri Ramiz İsayev bildirib.

Onun sözlərinə görə, sektorun inkişafına maneə olan əsas problemlər arasında xammal asılılığı, texnoloji avadanlıqların köhnəlməsi, maliyyə resurslarına çıxışda məhdudiyyətlər vı kadr çatışmazlığı dayanır.

R. İsayev hesab edir ki, yerli tikinti materialları istehsalçılarının əsas çətinliklərindən biri xammal idxalından asılılıqdır: "Xammal təminatında yerli alternativlərin azlığı, xüsusilə yüksək keyfiyyətli inşaat komponentlərinin xarici mənbələrdən asılılığı istehsal xərclərini artırır və bazarda rəqabətə davamlılığı zəiflədir".

O, eyni zamanda sektorun texnoloji cəhətdən yenilənməyə ciddi ehtiyac duyduğunu vurğulayıb: "Bir çox müəssisələr hələ də köhnə texnoloji avadanlıqlardan istifadə edir. Bu isə həm məhsuldarlığı, həm də keyfiyyət göstəricilərini məhdudlaşdırır. Texnoparkların genişləndirilməsi və müasir texnoloji avadanlıqla təchiz olunmuş sənaye mərkəzlərinin yaradılması vacibdir".

Maliyyə resurslarına çıxışın çətinliyi isə, xüsusilə kiçik və orta biznes (KOB) subyektləri üçün inkişaf imkanlarını məhdudlaşdırır:

"KOB-lar üçün kreditlər üzrə faiz dərəcələrinin yüksək olması investisiya mühitinə mənfi təsir edir. Eyni zamanda, dövlətin dəstəklədiyi sənaye zonalarının texnoloji modernləşdirilməsi və istehsalın logistika zəncirinə inteqrasiyası yerli məhsulların bazara çıxışını asanlaşdıra bilər".

Əlavə olaraq, istehsal müəssisələrinin fasiləsiz enerji təchizatı və nəqliyyat infrastrukturuna əlçatanlığı məsələsində də müəyyən çətinliklər qalmaqdadır. R. İsayev bildirir ki, bu baxımdan intermodal daşımalar və dəmir yolu bağlantıları ilə inteqrasiya edilmiş sənaye mərkəzlərinin yaradılması zəruridir.

Assosiasiya rəhbəri qeyd edib ki, Azərbaycanda ekoloji baxımdan təmiz və enerjiyə qənaətli tikinti materiallarına maraq artmaqdadır:

"Son illərdə xüsusilə izolyasiya materialları, günəş enerjisinə uyğun fasad elementləri və ekoloji təmiz boyalara tələbat artıb. Bu sahədə artıq bir neçə pilot layihə həyata keçirilib. Qarabağ və Şərqi Zəngəzurda günəş enerjisinə əsaslanan fərdi yaşayış evləri və sosial obyektlər bu tendensiyanın uğurlu nümunələridir".

Bu transformasiya, həm də sektorun "yaşıl enerji"yə keçid istiqamətində mövcud olan qlobal çağırışlara cavab olaraq qiymətləndirilir. Eyni zamanda, bu proses enerji sərfiyyatını azaldaraq istehsalın maya dəyərinin də optimallaşdırılmasına töhfə verəcək.

R. İsayev qeyd edir ki, sektorun qarşısında duran daha bir vacib problem kadr çatışmazlığıdır:

"Texniki peşələr üzrə ixtisaslaşmış kadrların azlığı istehsal müəssisələrinin genişlənməsini ləngidir. Bu problemi həll etmək üçün Assosiasiya universitet və peşə məktəbləri ilə əməkdaşlıq edir. Bu assosiasiya daxilində tələbə üzvlük paketləri mövcuddur. Artıq tələbələr bu paketlərdən yararlanaraq bilik və bacarıqlarını inkişaf etdirmək, həmçinin sektorun aparıcı şirkətləri ilə birbaşa əlaqə qurmaq imkanı əldə edəcəklər. Yeni tədris ilindən başlayaraq "ATİA Academy" proqramı üzrə Azərbaycan Texniki Universiteti və Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq çərçivəsində istehsal, tikinti sektorunda fəaliyyət göstərən iri müəsissələrdə real təcrübə və təlim proqramları həyata keçirməyi planlaşdırırıq".

Bu təşəbbüslər çərçivəsində tələbələr Assosiasiyaya üzv olan aparıcı şirkətlərlə birbaşa əlaqə quraraq təcrübə keçmək və biliklərini təkmilləşdirmək imkanı əldə edəcəklər. Eyni zamanda,R. İsayev hesab edir ki, yüksək nəticə göstərən tələbələr üçün təqaüd proqramları da nəzərdə tutulub: "Bu da gənc mütəxəssislərin sektora cəlbini təşviq edən mühüm təşəbbüsdür".

Onun sözlərinə görə, Azərbaycanda "yaşıl" və enerjiyə qənaət edən materialların tətbiqi sahəsində artım müşahidə olunur: "Xüsusilə ekoloji təmiz izolyasiya materialları, ekoloji təmiz boya və günəş enerjisinə uyğun fasad elementlərinə maraq artıb. Ölkədə bir neçə pilot layihə həyata keçirilib. Məsələn, binaların enerjiyə qənaətli izolyasiyası və bərpa olunan enerji ilə təchizatı istiqamətində nümunəvi sosial obyektlər var. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda uğurla davam etdirilən tikinti layihələrində günəş enerjisindən istifadə həm də fərdi yaşayış evləri üçün nəzərdə tutulub".

O qeyd edib ki, hazırda Azərbaycanda tikinti materialları istehsalı sahəsində problemlərdən biri maliyyə alətlərinə çıxışın çətinliyidir: "Xüsusilə KOB-lar üçün kredit faizlərinin yüksək olması inkişaf tempini ləngidir. Həmçinin yerli istehsalçıların rəqabət qabiliyyətini artırmaq məqsədilə sənaye zonalarının modernləşdirilməsi, texnoparkların genişləndirilməsi və məhsulların logistika zəncirinə inteqrasiyası xüsusi əhəmiyyət daşıyır. İstehsal müəssisələrinin enerji ilə fasiləsiz və optimal tariflərlə təmin olunması, eləcə də nəqliyyat infrastrukturu ilə əlaqələndirilməsi sahəsində müəyyən çətinliklər mövcuddur. Müvafiq olaraq, bu istiqamətdə dəmir yolu bağlantıları, intermodal daşınma qovşaqları və texnoloji avadanlıqla təchiz olunmuş sənaye mərkəzlərinin yaradılması sektorun dayanıqlı inkişafı üçün zəruridir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 552   Tarix: 19 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qiymətlər 30 faiz artır - Geciksəniz, DAHA ÇOX ÖDƏYƏCƏKSİNİZ

"2026-cı ildə də Yeni il ərəfəsində bölgələrdəki istirahət mərkəzlərinə tələbatın yüksək olacağı gözlənilir. Çünki rezervasiyalar əvvəlcədən həyata keçirilir. Ən azı üç ay öncədən yer sifariş edənlər daha sərfəli qiymətlər əldə edə bilirlər. Belə olduqda rezervasiyanı 10-15 faiz daha ucuz qiymət

10.10.2026 323
.

ABŞ-də atışma: Evdə beş nəfərin meyiti tapıldı

ABŞ-nin Corciya ştatının Duqlas şəhərində yerləşən yaşayış evlərinin birində baş verən atışma nəticəsində beş nəfər həyatını itirib. "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli polisdən məlumat verilib. Məlumata görə, gecə saatlarında polisə atəş səsləri barədə məlumat daxi

10.10.2026 166
.

İranlı səyyah Qarabağın təbiətini və bərpanın miqyasını yüksək qiymətləndirib

Qarabağın təbii müxtəlifliyi, onun dağ mənzərələri və genişmiqyaslı bərpa işləri iranlı səyyah Nima Benidə böyük təəssürat yaradıb. "Report"un Qarabağa ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə o, beynəlxalq səyyahlar qrupunun tərkibində regiona səfəri zamanı bildirib. Səyyahın sözlərin

10.10.2026 158
.

Cozef Aun Trampın Livanla birbaşa uçuşlara qoyulan məhdudiyyəti ləğv etmək qərarını alqışlayır

Livan Prezidenti Cozef Aun amerikalı həmkarı Donald Trampın iki ölkə arasında təxminən 40 il qüvvədə olan birbaşa aviareyslərə qoyulmuş məhdudiyyəti ləğv etmək qərarını alqışlayıb. "Report" xəbər verir ki, bu barədə Livan prezidentinin mətbuat xidməti "X" sosial şəbəkəsində məluma

10.10.2026 164
.

NATO-dan Kalininqrad açıqlaması: Blokada ssenarisi mövcud deyil

NATO-nun Hərbi Komitəsinin sədri Cüzeppe Kavo Draqone Şimali Atlantika Alyansının Kalininqradı blokadaya almaq niyyətində olmadığını bəyan edib. xəbər verir ki, bu barədə "La Repubblica" nəşri məlumat yayıb. "Kalininqradla bağlı məsələ tam aydın olmalıdır: NATO hər hansı bir blokada hazırlamır

10.10.2026 182
.

Ötən gün axtarışda olan 84 nəfər tutulub

Ötən gün axtarışda olduğuna görə ümumilikdə 84 nəfər tutulub. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, ötən gün borclu şəxs qismində axtarışda olan 61 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Polis əməkdaşlarının oktyabrın 9-da keçirdikləri əməliyya

10.10.2026 154
.

4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA

Avropanın mərkəzində, Türkiyədəki telefon qiymətinə mənzil sahibi olmaq artıq reallığa çevrilib. "Yeni Sabah" "Sözçü" nəşrinə istinadən xəbər verir ki, Macarıstanın şimalında, Slovakiya sərhədinə yaxın yerləşən tarixi Salqotaryan şəhərində əhalinin azalması ilə daşınmaz əmlak bazar

10.10.2026 330
.

Gəncəyə dördüncü raket hücumundan altı il ötür

10 oktyabr 2020-ci ildə imzalanan atəşkəsdən sonra, yerli vaxtla 2:00-da Ermənistan silahlı qüvvələri Gəncəyə dördüncü dəfə raket atıb. Hücumla bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda şəhərin Ermənistanın Berd rayonunda yerləşən silahlı qüvvələri tərəfindən "Skad" tipli ballisti

00:19 0
.

Sumqayıtda yanacaqdoldurma məntəqəsinin qarşısında avtomobil yanıb

Sumqayıtda avtomobil yanıb. "Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Sülh prospektində yanacaqdoldurma məntəqəsinin qarşısında qeydə alınıb. Belə ki, yanan həmin ərazidə hərəkətdə olan "VAZ-2105" markalı minik avtomobili olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyini

10.10.2026 194
.