İmtahan yoxsa psixoloji sınaq? – Abituriyentlərin gərginliyi və valideynlərin rolu
Blok imtahanları dövrü abituriyentlərin həyatında yalnız akademik yoxlama mərhələsi deyil, həm də psixoloji baxımdan ən həssas və yüklü dövrdür. Bu mərhələdə zəif nəticə göstərən şagirdlər təkcə qiymətə görə deyil, ailə, qohum, müəllim və sosial çevrənin təzyiqlərinə görə də ciddi emosional sarsıntı keçirirlər. Təəssüf ki, bu gərginlik bəzən özünəgüvənsizlik, aqressiya, depressiya, sosial təcrid və hətta intihara meyillə nəticələnə bilir.
Belə vəziyyətdə valideynlərin mövqeyi həlledici rol oynayır. Onların yanaşması uşağın gələcək şəxsiyyətinin formalaşmasında mühüm iz buraxır – ya müsbət, ya da mənfi.
Uşağın dəyəri imtahan nəticəsi ilə ölçülməməlidir
İlk növbədə valideynlər anlamalıdır ki, bir imtahan nəticəsi övladlarının insani dəyərini müəyyən etmir. "Səndən bir şey olmaz", "filankəsin oğlu kimi ola bilmədin" kimi ifadələr şagirdin özünə olan inamını zəiflədir və ailədən uzaqlaşdırır. Unutmayaq ki, imtahan yalnız müəyyən bir vaxtda verilən akademik biliklərin göstəricisidir, lakin şəxsiyyətin bütövlüyü, insani keyfiyyətlər və həyat bacarıqları bundan qat-qat önəmlidir.
Motivasiya nəticədən yox, prosesdən doğmalıdır
Valideynlər motivasiyanı yalnız nəticəyə bağlamamalıdırlar. Əksinə, prosesi dəyərləndirməklə övladlarını ruhlandıra bilərlər. "Əsas odur ki, əlinə gələnin hamısını etdin", "Bu dəfə alınmadısa, başqa yollar var" kimi ifadələr uşağa həm dəstək, həm də məsuliyyət hissini aşılayır. Belə yanaşma uşağın sabit psixoloji durumuna töhfə verir və gələcək uğurlarının bünövrəsini qoyur.
Tənqid yox, anlayış və dialoq
Gündəlik "neçə bal yığdın?", "nə qədər hazırlaşdın?" tipli sorğular uşağı stressə salmaqdan başqa bir nəticə vermir. Əvəzində "nə hiss edirsən?", "sənin üçün nə edə bilərəm?" kimi suallar həm psixoloji dayaq yaradır, həm də ailənin nəzarətçi deyil, dəstəkçi rolunda olduğunu göstərir.
Ekspert rəyi: "Valideyn maarifləndirilməlidir"
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, Azərbaycanda təhsil sistemi nəticəyönümlü olduğu üçün valideynlər də övladlarına balla yanaşmağa vərdiş ediblər. Halbuki bu yanaşma dəyişməlidir:
"Finlandiyada valideynlər uşağın neçə bal topladığını deyil, nəyə marağı olduğunu və nəyi daha yaxşı anladığını önə çəkirlər. Cənubi Koreya və Yaponiyada rəqabət çox yüksək olsa da, ailə psixologiyasına dövlət dəstəyi güclənir, valideyn maarifləndirilməsi genişlənir. Azərbaycanda isə bu sahədə hələ də ciddi boşluqlar var. Valideynlər çox vaxt cəmiyyətin təzyiqini övladlarının üzərinə yönəldirlər".
Ekspertin sözlərinə görə, valideyn davranışı uşağın yalnız cari nəticəsinə deyil, gələcək peşəsinə, özünüqiymətləndirməsinə və ailə münasibətlərinə də təsir edir:
"Əgər valideyn anlayış, mərhəmət və inam göstərsə, uşaq uduzduğu imtahanı belə uğura çevirə bilər. Lakin təhqir, müqayisə və laqeydlik onu dərin psixoloji uçuruma sürükləyə bilər. Hər bir uşaq qazanmaq istəyir. Ona arxa olan bir valideyn varsa, o, yalnız imtahanı deyil, həyatın özünü də uğurla keçəcək".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 720 Tarix: 16 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda intiharın qarşısı alındı
Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl
17.09.2021 1997 Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN
Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın
18.09.2021 930 Sinemi o əvəz edəcək - FOTO
Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq
17.09.2021 3477 FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18.09.2021 523 Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO
ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1
18.09.2021 3133 Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?
Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar
18.09.2021 1826 Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18.09.2021 814 İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın
18.09.2021 443 Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində
18.09.2021 254