"Azər-Türk Bank" dörd ildir ki, büdcəyə dividend ödəməkdən yayınır
Dövlətə məxsus ikinci böyük bank – "Azər-Türk Bank" ASC artıq dörd ildir ki, ili mənfəətlə başa vurmasına baxmayaraq büdcəyə dividend ödəməkdən yayınır.
BiG.AZ Valyuta.az-a istinadən xəbər verir ki, Hesablama Palatası dəfələrlə bu məsələ ilə bağlı öz iradını bildirib.
Belə ki, "Azər Türk Bank"ın xalis mənfəətinin 2021-ci ildə 0,5 mln. manat, 2022-ci ildə 12.1 mln. manat təşkil etməsinə baxmayaraq, 2021-2022-ci illərdə və 2023-cü ilin 8 ayı ərzində dövlət büdcəsinə dividend ödənişi həyata keçirilməyib.
Hətta Palata qeyd edib ki, 2023-cü il 01 yanvar tarixinə bankın 14.7 mln. manat bölüşdürülməmiş mənfəəti mövcud olub.
Bundan sonra 2023-cü ildə Bankın dövlət büdcəsi qarşısında 1 milyon manat öhdəlik proqnozlaşdırılıb. Amma bank bu tələbi də yerinə yetirməyib. Belə ki, "Azər-Türk Bank" 2023-cü ildə 15,7 milyon manat xalis mənfəət əldə etməsinə baxmayaraq, 2024-cü il üçün dövlət büdcəsinə heç bir dividend ödənişi etməyib.
Başqa sözlə, dövlət bankının bu cür davranışı və büdcə qarşısında öhdəliklərini icra etməməsi suallar və şübhələr doğurur. Bu məsələ ilə bağlı ali audit qurumu olan Hesablama Palatası da təəccübünü gizlətmir. Bildirilir ki, bəzi dövlətə məxsus müəssisələrin gəlirlilik potensialı nəzərə alınmır və büdcə imkanları tam istifadə olunmur.
Qeyd edək ki, ATB-dən fərqli olaraq əsas dövlət bankı ABB büdcə qarşısında öhdəliklərini icra edir. Bank 2024-cü il üzrə büdcəyə proqnozdan 13% çox, yəni 169,4 milyon manat dividend ödəyib.
Xatırladaq ki, 1995-ci ildən fəaliyyət göstərən "Azər-Türk Bank" ASC-nin səhmlərinin 75%-i Azərbaycan dövlətinə məxsusdur. Səhmlərin 12,4%-i "Ziraat Bank"a, 11%-i "Ziraat Bank International"a, 11,5%-I isə keçmiş maliyyə naziri Samir Şərifova məxsus olduğu deyilən "AzRe Reinsurance" və "Qala Həyat" sığorta şirkətlərinə məxsusdur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 741 Tarix: 27 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPark Bulvar"da yanğın təhlükəsi yaradan görüntülər: "Çağ Baku" restoranında nə baş verir?
Səbail rayonu, Neftçilər prospekti 42 ünvanında, Dənizkənarı Milli Park ərazisinə yaxın yerləşən "Park Bulvar"da fəaliyyət göstərən "Çağ Baku"Çağ Baku" restoranı ilə bağlı "Real Azərbaycan"a narahatedici məlumat daxil olub. Mənbənin iddiasına görə, restoranda gəncləri
11.09.2026 151 "İsrail ilə Türkiyə arasında Suriya məsələsində çox ciddi toqquşan maraqlar var" - RASİM QULİYEV
"İsrail Xarici İşlər Nazirliyi Türkiyəyə yeni müvəqqəti işlər vəkili təyin edib. Joel Lion adlı bir keçmiş səfirdir ki, o səfir əvvəllər Moldovada və Ermənistanda qeyri-rezident fəaliyyət göstərib. Bu faktın özü, əslində, tərəflərin müəyyən diplomatik münasibətlərinin yaranmağına əsas verir. Yən
11.09.2026 236 Ərini öldürüb basdırdığı yerə gül əkən qadına 12 il HƏBS CƏZASI
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə həyat yoldaşı Samir Əliyevi qətlə yetirməkdə təqsirləndirilən Elmira Əliyevanın cinayət işi üzrə hökm oxunub. xəbər verir ki, məhkəmə Elmira Əliyevanı 12 il müddətinə azadlıqdan məhrum edib. Qeyd edək ki, dövlət ittihamçıs
11.09.2026 241 Diplomatlar Yuxarı Gövhər Ağa məscidini, Qarabağ küçəsini və "Sadıqcanın evi"ni ziyarət ediblər - FOTO - VİDEO
Qarabağa və Şərqi Zəngəzura səfər edən diplomatik korpus nümayəndələri Şuşa şəhərindəki Yuxarı Gövhər Ağa məscidində olublar. "Report"a istinadən xəbər verir ki, qonaqlara memarlıq abidəsi və onun tarixi barədə məlumat verilib. Müsəlman ölkələrindən olan diplomatlar məsciddə namaz qılıblar
11.09.2026 376 Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Prezident İlham Əliyev "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027‒2029-cu illər üzrə Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. APA xəbər verir ki, Sərəncama əsasən "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətini
11.09.2026 117 "Öz ərizənlə işdən çıx": İşçi məcbur edildiyini məhkəmədə necə sübut edə bilər? - VƏKİLDƏN AÇIQLAMA
İşçinin öz ərizəsi ilə işdən çıxması əmək müqaviləsinə xitamın qanunda nəzərdə tutulan əsaslarından biridir. Lakin işçi ərizəni öz iradəsi ilə deyil, işəgötürənin təzyiqi, hədəsi və ya məcburiyyəti nəticəsində yazıbsa, bu hal əmək hüquqlarının pozulması məsələsini gündəmə gətirə bilər. Əmək Məcəlləsini
11.09.2026 401 Dünya sürətlənib: Saatlardan ilk dəfə bir saniyə çıxarıla bilər
Atom saatlarının göstərdiyi vaxtla Yerin fırlanması arasındakı kiçik fərqlər illərdir "artıq saniyə" adlanan düzəlişlərlə aradan qaldırılır. Lakin planetin son illərdə gözlənilmədən sürətlənməsi bu dəfə saata bir saniyə əlavə etmək əvəzinə bir saniyənin çıxarılmasını tələb edə biləcək yen
11.09.2026 114 Vuçiç sentyabrın sonunda istefa verəcək
Serbiya Prezidenti Aleksandar Vuçiç sentyabrın 25-26-da vəzifəsindən istefa verməyi planlaşdırdığını bildirib. Onun istefasından sonra növbədənkənar prezident seçkisinin təyin olunması gözlənilir. xəbər verir ki, xarici mediada verilən məlumata əsasən, Vuçiç 2017-ci ilin mayından Serbiya Prezidenti vəzifəsin
11.09.2026 131 Nahardan sonra yorğunluq yaranırsa, bunu edin - 15 dəqiqəyə özünüzə gəlin
Nahardan sonra yuxu gəlirsə, amma hətta qısa müddətlik gözləri yummaq imkanı yoxdursa, özünüzü gümrah hiss etməyin başqa yolu da var. xarici mediaya istinadən xəbər verir ki, iş gününün ortasında yuxululuq və enerjinin kəskin azalması demək olar ki, hər kəsə tanışdır. Bu hal xüsusilə nahardan sonra dah
11.09.2026 163