Azərbaycan Xalq Cümhuriyyəti: Şərq dünyasına yol göstərən dövlət
Azərbaycan tarixinin şanlı səhifələrindən olan, xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi sayılan və müasir dövlətçilik tariximizdə mühüm yerə malik olan Azərbaycan Xalq Cümhuriyyəti, XX əsrin Şərqi üçün milli dövlətçilik ənənələri baxımından perspektiv inkişafın təməlini qoydu.
Məhz Xalq Cümhuriyyəti dövlətçilik əsasları və həyata keçirdiyi demokratik islahatlarla müsəlman Şərqində mayak rolunu oynamağı bacardı. Yalnız 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti geniş bir coğrafiyanın siyasi həyatında mühüm rol oynadı və dövlətçilik tariximizin bünövrəsini daha da möhkəmləndirdi.
Şübhəsiz ki, bu gün hər bir azərbaycanlı bu şanlı tarixlə qürur duyur.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti yalnız ölkəmizin deyil, bütövlükdə Şərq dünyasının siyasi tarixində mühüm yerə malikdir:
"Çünki ilk demokratik cümhuriyyətin qurulması məhz Azərbaycanda reallığa çevrilib. Şərq dünyasında Azərbaycan Xalq Cümhuriyyəti siyasi örnək kimi qəbul edilib. Bu model onilliklər ərzində Yaxın Şərqdə də nümunə olaraq dəyərləndirilib və bir çox xalqlar tərəfindən mənimsənilib."
Politoloqun sözlərinə görə, müasir Azərbaycan dövləti özünü AXC-nin hüquqi və siyasi varisi elan etməklə çox önəmli geosiyasi mövqe ortaya qoyub:
"Azərbaycan Xalq Cümhuriyyətinin malik olduğu siyasi, ideoloji və geosiyasi resurslar bu gün müasir Azərbaycan dövlətinə məxsusdur. Ermənistan cəmiyyətində ən çox qorxu yaradan məsələ də məhz budur. Çünki AXC-nin tarixi sərhədləri bu günkü Azərbaycanın ərazisindən daha geniş olub."
Elçin Xalidbəyli qeyd edir ki, bu reallıq nəzərə alınaraq, Azərbaycan dövləti gələcəkdə AXC-nin sərhədlərinin bərpası ideyası ilə çıxış edə bilər:
"Bu iddia həm tarixi əsaslara, həm də beynəlxalq hüquq normalarına uyğun gəlir. AXC-nin sərhədləri o dövr üçün dünyanın bir çox ölkələri tərəfindən tanınmışdı. Bu baxımdan, Azərbaycanın özünü AXC-nin varisi elan etməsi gələcək geosiyasi perspektivlər baxımından da strateji əhəmiyyət daşıyır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 748 Tarix: 27 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda minimum əməkhaqqı 500 manat civarında olacaq
Azərbaycanda minimum əməkhaqqının nə qədər artacağı ilə bağlı müzakirələr yekunlaşmaq üzrədir. -ın əldə etdiyi məlumata görə, minimum əməkhaqqının 100 manat civarında artırılması proqnozlaşdırılır. Xatırladaq ki, hazırda bu rəqəm 400 manatdır. Noyabrın sonunda, dekabrın əvvəlində isə sözügedən layihəni
14:11 170 Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı qarşılıqlı etimada və ortaq maraqlara əsaslanır
Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və praqmatik xarici siyasət ölkəmizin beynəlxalq mövqeyinin möhkəmləndirilməsinə, aparıcı dövlətlərlə qarşılıqlı faydalı münasibətlərin genişləndirilməsinə mühüm töhfə verir. Azərbaycanın müxtəlif geosiyasi və iqtisadi mərkəzlərlə qurduğu tərəfdaşlı
14:45 102 Paşinyan Ermənistanın 20 ildən sonrakı hədəfini açıqladı
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin gələcəyi ilə bağlı iddialı hədəf açıqlayıb. xəbər verir ki, RİA Novostinin məlumatına görə, Paşinyan bu barədə Dublin Beynəlxalq və Avropa İşləri İnstitutunda çıxışı zamanı danışıb. Baş nazir 20 ildən sonra Ermənistanı Avropa İttifaqının üzvü kimi görmə
10:14 184 Ermənistanda yeni Konstitusiya layihəsi gələn həftə açıqlanacaq
Ermənistan hakimiyyəti yeni Konstitusiya layihəsini gələn həftə ictimaiyyətə təqdim etməyi planlaşdırır. Bundan sonra sənədlə bağlı ictimai müzakirələr və dinləmələr təşkil olunacaq. xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" "Joxovurd" qəzetinə istinadən məlumat yayıb. Nəşri
10:29 191 Maksim Qalkin Bakıda toyda - Foto
Rusiyalı şoumen Maksim Qalkin Bakıda toy məclisinə qatılıb. Axşam.az xəbər verir ki, onun Bakıdan fotosunu aparıcı Leyla Quliyeva paylaşıb. Leylanın məclislərdən birində lentə aldığı görüntüdə Əməkdar artist Abbas Bağırov da yer alıb. Aparıcı paylaşımında "Çətin gün idi. Hərtərəfli çətin idi. Amm
11:36 256 Məşhur aparıcı 15 il çalışdığı kanaldan getdi
Aparıcı Günel Qədimova uzun illərdir çalışdığı "Xəzər TV" ilə yollarını ayırıb. xəbər verir ki, o, bu barədə sosial şəbəkədə bildirib. Aparıcı iş yerindən öz razılığı ilə ayrıldığını qeyd edib:. "Bu gün 15 ilə yaxındır bir parçası olduğum Xəzər TV-dən öz istəyimlə ayrıldım. Bura məni
11:42 250 Üç ölkə arasında nüvə sazişinin əldə olunması gözlənilmir
Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Si Cinpin arasında keçiriləcək üçtərəfli görüşdən sonra nüvə silahları ilə bağlı sazişin əldə olunması ehtimalı olduqca aşağı qiymətləndirilir. xəbər verir ki, bu barədə IMEMO RAS-ın Beynəlxalq Təhlükəsizlik Mərkəzinin elm
10:42 183 Azərbaycan-Böyük Britaniya diplomatik münasibətlərində yeni inkişaf mərhələsi
Azərbaycanın milli maraqlara əsaslanan çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ölkəni regional gücdən qlobal miqyaslı etibarlı strateji tərəfdaşa çevirib. Bu günlərdə dövlət başçısı İlham Əliyevin Dublində keçirilən "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısında iştirak
14:42 109 Ölüm saçan döşəklər: Yeddi nəfər həyatını itirib, 35 nəfər ağır xəsarət alıb
ABŞ Qida və Dərman Administrasiyası (FDA) "Medline" şirkətinin istehsal etdiyi qüsurlu ortopedik döşəklərlə bağlı yeddi nəfərin həyatını itirdiyini açıqlayıb. xəbər verir ki, bu barədə FDA-nın rəsmi saytında məlumat yayımlanıb. Məlumata görə, "Medline" şirkətinə yeddi ölüm və 35 ağı
15.11.2026 425