"Bakcell" regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşı olacaq
İnnovasiya və sürət lideri "Bakcell" regionun ən nüfuzlu innovasiya tədbiri -"INMerge" Sammitinin tərəfdaşı olacaq. Sammit çərçivəsində "Bakcell"in dəstəyi ilə baş tutacaq "Telco 2 Techco" panel müzakirəsində şirkətin baş icraçı direktoru Klaus Müller çıxış edəcək. Tədbirdə qlobal texnologiya və telekommunikasiya şirkətlərinin nümayəndələrinin iştirakı nəzərdə tutulur. Panel müzakirəsi zamanı dəyişən dünyada baş verən çağırışlar, telekommunikasiya sənayesindən texnologiya sənayesinə keçid, son dövr yeniliklər, süni intellekt əsaslı məhsul və xidmətlərlə bağlı müzakirələr aparılacaq.
"Bakcell" innovasiya və süni intellekt əsaslı həllərlə Azərbaycanın rəqəmsal transformasiyası və texnologiya ekosisteminin inkişafında yaxından iştirak edir. Bu həllər şirkətin həm əməliyyat proseslərində, həm də "Bakcell"in müştərilərinə təqdim etdiyi gündəlik məhsul və xidmətlərində öz əksini tapır. Eyni zamanda, şirkətin dayanıqlı inkişaf və korporativ sosial məsuliyyət strategiyası çərçivəsində innovasiyalar və süni intellekt ilə bağlı geniş, əhatəli fəaliyyət planı həyata keçirilir.
"Paşa Holding" tərəfindən 29-30 sentyabr tarixlərində təşkil olunacaq "INMerge" Sammiti Cənubi Qafqaz və Mərkəzi Asiyada innovasiya, texnologiya və sahibkarlıq sahələrində liderləri, startapları, investorları və dövlət nümayəndələrini bir araya gətirən ən mühüm texnoloji tədbirdir. Builki "INMerge" Sammitində 5000-dən çox iştirakçı, 150-dən artıq spiker və 100-dən çox startapın iştirakı nəzərdə tutulur. Sammit zamanı iştirakçılar ən son trendlər, süni intellekt, data analitika, kibertəhlükəsizlik və digər aktual mövzular üzrə fikir mübadiləsi aparacaq, eləcə də qlobal əməkdaşlıq imkanlarını müzakirə etmək imkanı əldə edəcəklər.
"Bakcell" haqqında
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan "Bakcell" süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 659 Tarix: 26 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş13 həftə, 13 avtomobil lotereyasında iyun ayının qalibləri bəllidir!
Bizon markasının həyata keçirdiyi "13 həftə, 13 avtomobil" lotereyasının iyun ayındakı qaliblər müəyyən edilib və 4 avtomobil öz sahibini tapıb. Lotereyanın İyun ayı üzrə qalibləri: I tirajın qalibi Fuad Zeynalov, II tirajın qalibi Teymur İsmayılov, II tirajın qalibi Kənan Məlikli və IV tirajı
09.07.2026 278 Marsda yadplanetli silahı tapıldığı iddia edildi
Mars tədqiqatçısı Skott Uorinq Qırmızı Planetdə çəkilmiş fotolardan birində yadplanetlilərə məxsus olduğunu iddia etdiyi silah aşkar etdiyini bildirib. xəbər verir ki, bu barədə Daily Star qəzeti məlumat yayıb. Məlumata görə, Uorinq 2014-cü ildə Opportunity roveri tərəfindən çəkilmiş fotoya diqqət çəkib
09.07.2026 260 Azərbaycanda çəyirtkələrin sayı niyə artır? (SƏBƏB)
Son günlər ölkə ərazisində, xüsusilə Xəzəryanı bölgələrdə invaziv növlərə aid bəzi çəyirtkələrin miqrasiyası və populyasiya sıxlığının artması müşahidə olunur. Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, bununla əlaqədar olaraq, AQT
09.07.2026 257 Xameneinin evi darmadağın edildi
İranda hərbi əməliyyatların ilk günlərində İsrail Müdafiə Qüvvələri və ABŞ Silahlı Qüvvələri Tehranda Əli Xameneinin olduğu bildirilən evi hədəfə alıb. Xameneinin dəfn mərasimləri ilə əlaqədar matəm tədbirləri davam etdiyi vaxt dövlət televiziyası dağıntıları əks etdirən görüntüləri yayımlayıb. xaric
09.07.2026 256 Qalileyin 400 il əvvəl gördüyü işıq nöqtəsi: Bu gün həyat axtarışının əsas ünvanıdır
İtaliyalı astronom Qalileo Qalileyin 1610-cu ildə ilk dəfə müşahidə etdiyi Yupiterin peyki Avropa bu gün Yer kürəsindən kənarda həyat axtarışı üçün ən perspektivli obyektlərdən biri hesab olunur. Qaynarinfo xəbər verir ki, NASA-nın məlumatına görə, bu səma cisminin kilometrlərlə qalın buz təbəqəsini
09.07.2026 117 Trampın açıqlaması Avropanı hərəkətə keçirdi
ABŞ Prezidenti Donald Trampın İranla atəşkəsin başa çatdığını bəyan etməsi Avropa ölkələrinin Vaşinqtondan hərbi asılılığı azaltmaq istəyini daha da gücləndirib. xəbər verir ki, bu barədə Politico nəşri Avropa rəsmilərinə istinadən məlumat yayıb. "İran və Ukraynada baş verən hadisələrdən sonra il
09.07.2026 230 Bank kartınız təhlükədədirmi? Bu qaydalara mütləq əməl edin
"Kartınızın təhlükəsizliyini qorumaq üçün PİN kodunuzu heç vaxt kartın üzərində, telefonunuzda və ya başqa yerdə qeyd etməyin. PİN kod yalnız sizə məlum olmalı və heç bir halda digər şəxslərlə paylaşılmamalıdır. Həmçinin kartın arxa tərəfində yerləşən CVV kodunu, son istifadə tarixini və digər məxf
09.07.2026 269 Alimlər hər gün havaya mikroskopik qızıl kristalları püskürən vulkan tapdı
Alimlər Antarktidada yerləşən bir vulkanda qeyri-adi təbiət hadisəsini araşdırıblar. Qaynarinfo "Indian Defence Review"ə istinadən xəbər verir ki, vulkan hər gün atmosferə mikroskopik ölçülü saf qızıl kristalları buraxır. Söhbət Yer kürəsinin ən cənubda yerləşən aktiv vulkanı olan Erebusda
09.07.2026 116 SON DƏQİQƏ! ABŞ-ın havada yanacaq dolduran hərbi təyyarələri İsrailə enib
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus havada yanacaq dolduran bir neçə tanker təyyarəsi İsrailin Ben Qurion hava limanına eniş edib. Məlumata görə, söhbət əsasən KC-46 Pegasus tipli tanker təyyarələrindən gedir. BİG.AZ Reuters-ə istinadən xəbər verirki, onların İsrailə göndərilməsi ABŞ-ın Yaxın Şərqdə hərb
09.07.2026 186