"Ülviyyə İlyasova, sən qanundan üstünsən"

"Ülviyyə İlyasova, sən qanundan üstünsən"Amerikada yaşayan jurnalist Qənirə Ataşova plastik-cərrah Ülviyyə İlyasova ilə bağlı paylaşıb edib.

Axşam.az xəbər verir ki, jurnalist Ü.İlyasova haqda bunları yazıb:

"Qanun susdu, ana ağladı - ədalət yerini tapmadı. Duydum-duymadım deməyin: Qaynı arvadını həkim olmadan, lisensiyasız bir klinikada əməliyyat edən və onun ölümünə səbəb olan Ülviyyə İlyasova, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə cəmi 3 il məntəqə tipli azadlıqdan məhrumetmə cəzası aldı. Yəni, həbs edilmədi. Bundan sonra kim harada istəyirsə, əməliyyat edə bilər. Buyurun, mətbəxlər sizi gözləyir. Qoy ali təhsilli doktorlar içəridə çürüsün. Onların əlində tibbi şəraitdə baş verən ölümlər qatı cinayətkarlıqdır… Elmimizə bu yaraşır. Əziz "könüllü cərrahlar", bəli, sizi deyirəm iş başına. Çünki artıq nə diplom, nə lisensiya, nə də insan həyatı önəmlidir. Qorxmayın, məsuliyyət yoxdur, qanun susur. Əməliyyat masası yerinə mətbəx stolu, steril alətlər əvəzinə isə bıçaq dəsti kifayətdir. Cəsarətiniz varsa, buyurun – bu ölkədə hamı hər şeyi edə bilər! Ülviyyə İlyasova, sizi ürəkdən təbrik edirəm. Çünki sən qanundan üstünsən".

Xatırladaq ki, ötən ilin sentyabrında Yasamal Rayon Prokurorluğunun hadisə ilə bağlı yaydığı məlumatda bildirilirdi ki, "AzE Estetik Mərkəz" MMC-nin direktoru Ülviyyə İlyasovanın "liposaksiya-piysovurma" əməliyyatı icra etdikdən sonra Səbirə Vəliyevanı ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirmək əvəzinə, yaşadığı fərdi evə apararaq, onu həkim nəzarətindən kənar saxlayıb. Həmçinin növbəti gün qanaxma baş verdikdə isə xəstəni köməksiz vəziyyətdə qoyaraq keçirdiyi əməliyyat nəticəsində baş vermiş kəskin qan itirmədən Səbirə Vəliyevanın ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edək ki, 1984-cü il təvəllüdlü Səbirə Vəliyeva 2024-cü ilin aprelin 16-da cərrahi əməliyyatdan sonra ölüb. İstintaqla "AzE Estetik Mərkəz" MMC-nin direktoru Ülviyyə İlyasovaya Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələrilə yekun ittiham elan edilərək barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib. S.Vəliyeva Ü.İlyasovanın eltisi olub. Vəfat edən 40 yaşlı qadının biri qız, biri oğlan olmaqla 10 yaşlı əkiz uşaqları anasız qalıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 870   Tarix: 26 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Atəşkəsin arxasındakı reallıq: tərəflər uduzmamaq üçün geri çəkildi

İran və ABŞ arasında atəşkəsin elan olunması faktiki olaraq münaqişədə heç-heçə vəziyyətinin qəbul edilməsi kimi qiymətləndirilir. xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu Foreign Affairs jurnalı məlumat yayıb. Məlumatda qeyd olunur ki, Vaşinqton qısa müddətli və nəzarət olunan münaqişə ssenarisinə ümi

11:00 243
.

Ayanın 42 min dollarlıq ad günü hədiyyəsi

Müğənni Ayan Babakişiyevanın ad günü olub. Axşam.az xəbər verir ki, sənətçi aldığı bahalı hədiyyəni izləyiciləri ilə bölüşüb. Ayana ad günündə məşhur "Rolex" brendinə məxsus saat hədiyyə edilib. Saatın dəyəri 42 min dollar, təxminənə 71 400 manatdır

11:00 374
.

Macarıstan seçkiləri: ABŞ və AB arasında yeni siyasi ayrılıq

ABŞ Prezidenti Donald Trump Macarıstanda keçirilən seçkilərdə məğlub olub. xarici mediaya istinadən xəbər verir ki, Rusiya Federasiya Şurasının Konstitusiya Komitəsinin üzvü Aleksey Pushkov səsvermənin nəticələrini şərh edib. O bildirib ki, ABŞ lideri İranda rejim dəyişikliyi cəhdində uğursuzluğa düça

10:31 200
.

Doğuşa görə məzuniyyət: ata və ana nə qədər gün alır?

"Uşağın doğulması ilə əlaqədar ödənişli məzuniyyətlərin verilməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Mövcud qanunvericiliyə əsasən, kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrü əhatə edən ümumilikdə 14 təqvim günü müddətində ödənişl

15:06 254
.

Rusiyada qorxunc mənzərə: Sahillərdə yüzlərlə ölü delfin tapıldı

Rusiyanın Krasnodar diyarı sahillərində 100-dən çox ölü delfin aşkarlanıb. "Mash"a istinadən xəbər verir ki, Taman yarımadasından Siriusadək sahilboyu 132 ölü dəniz məməlisi tapılıb. Bildirilib ki, onlardan 82-si aprelin ilk ongünlüyündə tələf olub. Delfa Mərkəzinin mütəxəssisləri əsas səbə

12.04.2026 517
.

Pensiyalar bu tarixdə ödəniləcək

Aprelin 14-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Qeyd edilib ki, güzəştli şərtlərlə pensiya hüququn

12:00 331
.

İsrail ordusunun görüntüləri Livanın cənubunda Hizbullah terror təşkilatının tunelinin dağıdılmasını göstərir

İsrail Müdafiə Qüvvələri Livanın cənubunda Hizbullah tunelinin dağıdılmasını göstərən görüntülər yayımlayıb. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, hərbçilərin sözlərinə görə, elit Yahalom döyüş mühəndislik bölməsinin əsgərləri yeraltı keçidi partlatmazdan əvvəl onu yoxlayıblar. Tune

10:57 226
.

Dəmir darvazaları oğurlayanlar saxlanıldı

Suraxanı rayonu ərazisində yerləşən anbarların birindən 13 ədəd dəmir darvaza və su çənlərinin oğurlanması barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən xəbərə görə, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən İ.Məmmədov

12.04.2026 439
.

Azərbaycanın bəzi rayonlarına qar yağdı

Azərbaycanın iki rayonuna qar yağıb. BİG.AZ "Report"a istinadən xəbər verir ki, dünən gecə saatlarından başlayan qar səhərə qədər davam edib. Qar əsasən Daşkəsən rayonunun Əmirvar, Qaraqullar, Qabaqtəpə, Astaf kimi ucqar kəndlərinə və Gədəbəy rayonuna yağıb. Daşkəsəndə qar örtüyünün hündürlüy

10:24 268
.

TOP MP3