"Sosial mediada nəsə yazmaqla insan ekspert hesab olunmur"
Mayın 24-də keçirilən mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının qiymətləndirilməsi prosesində ekspertlərin iştirakına dair mühüm açıqlamalar verib.
Milli.Az xəbər verir ki, onun sözlərinə görə, qiymətləndirmə mərhələsində minlərlə müəllim fəaliyyət göstərir və hər sual iki ekspert tərəfindən yoxlanılır. Yazılı işlər isə təxminən 20 nəfər tərəfindən qiymətləndirilir. Əgər iki müəllimin qiymətləndirməsi üst-üstə düşmürsə, iş yenidən nəzərdən keçirilir. O, bu prosesin çox mürəkkəb və çoxşaxəli olduğunu vurğulayıb.
DİM sədri həmçinin mediatur zamanı yalnız iki ekspertin iştirak etdiyini qeyd edib, digər şəxslərin isə sosial şəbəkələrdə tənqidi yazılarla məşğul olduqlarını bildirib:
"Sosial mediada paylaşım etmək ekspert statusu üçün kifayət deyil. Ekspertlərin hər şeydən əvvəl yüksək vicdanlı olmaları vacibdir. Mən başa düşə bilmirəm ki, bu insanlara ekspert adını kim verib. Onların ali və ya orta məktəbdə nə qədər müddət dərs dedikləri, hansı elmi məqalələri yazdıqları və beynəlxalq konfranslarda iştirakları barədə aydınlıq olmalıdır".
O, xüsusilə Facebook və TikTok kimi sosial platformalarda fikir bildirməyin ekspert olmaq üçün yetərli olmadığını vurğulayıb:
"Sosial mediada nəsə yazmaqla insan ekspert hesab olunmur. Təhsil səviyyələri, bitirdikləri universitetlər və daxil olduqları ballar açıq şəkildə məlum olmalıdır. Yalnız bu zaman kimlərin həqiqətən ekspert olduğunu görə bilərik. Bəziləri sadəcə məşhurlaşmaq və müəyyən gəlir əldə etmək məqsədilə bu tip fikirlər səsləndirirlər. Lakin ictimai fikir onların təsiri ilə formalaşmır".
O əlavə edib ki, real ictimai rəy əsasən təhsil sahəsinin peşəkarları ali məktəb, orta ixtisas və ümumtəhsil müəllimləri tərəfindən yaradılır:
"İctimai fikir deyəndə mən əsasən təhsil mütəxəssislərini nəzərdə tuturam. Onlar vəziyyəti obyektiv qiymətləndirirlər".
DİM rəhbəri imtahan nəticələrinin tam şəffaf olduğunu və abituriyentlərin, valideynlərin istədikləri zaman nəticələrə baxa biləcəyini də bildirib:
"Əgər müəllimlər əvvəlcədən deyirsə ki, şagird yaxşı oxuyur, amma qiymətləndirmədə səhv var, bu, onların özlərini haqlı göstərmək cəhdidir. Əslində isə qiymətləndirmə prosesi açıq və obyektiv şəkildə aparılır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 587 Tarix: 25 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDünya sürətlənib: Saatlardan ilk dəfə bir saniyə çıxarıla bilər
Atom saatlarının göstərdiyi vaxtla Yerin fırlanması arasındakı kiçik fərqlər illərdir "artıq saniyə" adlanan düzəlişlərlə aradan qaldırılır. Lakin planetin son illərdə gözlənilmədən sürətlənməsi bu dəfə saata bir saniyə əlavə etmək əvəzinə bir saniyənin çıxarılmasını tələb edə biləcək yen
22:30 67 Büdcədənkənar maaş əlavələrinə limit: Dövlət qurumlarında əməkhaqqı sistemi dəyişəcək? - İQTİSADÇIDAN AÇIQLAMA
Dövlət qurumlarında büdcədənkənar vəsaitlər hesabına əməkhaqqına verilən əlavələrə limit qoyulması dövlət sektorunda maaş sisteminin yenidən nəzərdən keçirilməsi məsələsini gündəmə gətirib. Yeni qaydalara əsasən, vəzifə maaşlarına edilən əlavələr və digər ödənişlər üzrə müəyyən hədlər tətbiq olunur
12:33 234 Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Prezident İlham Əliyev "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027‒2029-cu illər üzrə Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. APA xəbər verir ki, Sərəncama əsasən "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətini
21:45 95 Park Bulvar"da yanğın təhlükəsi yaradan görüntülər: "Çağ Baku" restoranında nə baş verir?
Səbail rayonu, Neftçilər prospekti 42 ünvanında, Dənizkənarı Milli Park ərazisinə yaxın yerləşən "Park Bulvar"da fəaliyyət göstərən "Çağ Baku"Çağ Baku" restoranı ilə bağlı "Real Azərbaycan"a narahatedici məlumat daxil olub. Mənbənin iddiasına görə, restoranda gəncləri
21:37 126 3 illik universitet modeli gəlir - Azərbaycanda ali təhsildə YENİLİK - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycanda ali təhsil sistemində yeni dəyişikliklərin tətbiqi məsələsi gündəmə gəlib. Belə ki, bakalavriat pilləsində bir sıra ixtisaslar üzrə təhsil müddətinin 4 ildən 3 ilə endirilməsi, magistratura təhsilinin müddətinin isə 1 ilə qədər azaldılması nəzərdə tutulur. Təklifin həyata keçirilməsi tələbələri
14:54 293 Vuçiç sentyabrın sonunda istefa verəcək
Serbiya Prezidenti Aleksandar Vuçiç sentyabrın 25-26-da vəzifəsindən istefa verməyi planlaşdırdığını bildirib. Onun istefasından sonra növbədənkənar prezident seçkisinin təyin olunması gözlənilir. xəbər verir ki, xarici mediada verilən məlumata əsasən, Vuçiç 2017-ci ilin mayından Serbiya Prezidenti vəzifəsin
21:15 111 İlan sancmasından zəhərlənməyə qarşı yeni vasitə
ABŞ-ın Merilend Universitetinin alimləri zəhərli ilan sancmalarının müalicəsi üçün yeni üsul aşkar ediblər. Tədqiqatçılar qərb zınqırovlu ilanlarının qanında olan və bu sürünənlərin öz zəhərlərindən qorunmasına kömək edən zülallardan istifadə ediblər. xarici mediaya istinadla xəbər verir ki, laboratoriy
19:30 159 Azərbaycan-Türkiyə enerji tərəfdaşlığının yeni mərhələsi: Bakıdan verilən strateji mesaj
Azərbaycan və Türkiyə münasibətləri son illərdə yalnız siyasi və hərbi-strateji müttəfiqlik səviyyəsində deyil, həm də enerji, nəqliyyat və iqtisadi əməkdaşlığın bütün istiqamətlərində yeni mərhələyə daxil olub. Bu baxımdan Bakıda keçirilən Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu iki qardaş ölkənin enerj
14:21 193 "Bank Respublika" "AccessBank"ı alır
Bank Respublika-nın və AccessBank-ın səhmdarları Bank Respublika tərəfindən AccessBank-ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər. Əqdin 2026-cı ilin noyabr ayınadək tamamlanması planlaşdırılır. Əqd çərçivəsində AccessBank-ın mövcud səhmdarlar
21:00 130