Davamlı yağış kənd təsərrüfatına ciddi ziyan vurub: Bazarlarda qiymətlər artacaq?

Davamlı yağış kənd təsərrüfatına ciddi ziyan vurub: Bazarlarda qiymətlər artacaq?Havaların dəyişkən keçməsi, davamlı yağış yağması məhsul əkilən bölgələrimizdə ciddi fəsadlara yol açıb. Quba və Qusar ərazisində yağan yağışlar əkin sahələrinə ciddi ziyan vurub. Bunun məhsuldarlığa mənfi təsir edəcəyi proqnozlaşdırlır.

Son günlərdə ölkəmizdə yağıntı miqdarının normadan dəfələrlə artıq müşahidə edilməsi kənd təsərrüfatı sahəsinə də ciddi ziyan vurmaqdadır. Əvvəlki dövrlərdə bu aylarda artıq bazarlarda bir çox mövsümi meyvə-tərəvəzlərə rast gəlirdik. Lakin havaların yağışlı keçməsi bu il üçün heç də üzümüzü güldürmür. Belə vəziyyətdə çoxumuzu bir sual düşündürür: havanın belə qeyri-sabit keçməsi kənd təsərrüfatına necə təsir göstərəcək? Bunun bazardakı qiymətlərə təsiri olacaqmı?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Yağışlı havalar ən çox şimal bölgəsinə ziyan vurub

Aqrar ekspert Eldar Hüseynovun sözlərinə görə, yağışlı havalar ən çox şimal bölgəsinə ziyan vurub: "Havaların dəyişkən keçməsi, davamlı yağışların yağması kənd təsərrüfatı üçün çox pis oldu. Məhsul əkilən bölgələrimizdə ciddi fəsadlar var. Quba və Qusar ərazisində yağan leysan yağışları nəticəsində 80 min hektar əkin sahəsi ciddi ziyan görüb. Bəzi yerlərdə məhsulları yenidən əkirlər. Bu isə onların yetişməsində gecikməyə səbəb ola bilər. Şimal bölgələrində məhsulların gecikməsi digər ərazilərə görə, daha çox müşahidə ediləcək. Həm də havalar belə olduğu dövrdə məhsullarda xəstəliklər də yayılır. Bunun qarşısını almaq da xeyli çətin olacaq".

Hansı məhsullara ziyan dəyib?

E.Hüseynov bildirdi ki, Mil-Muğan zonasında bu dövrlərdə bir çox məhsullar, tərəvəzlər yetişirdi. Lakin bu il həmin zonada da məhsulların yetişməsində gecikmələr var: "Açıq havada əkilən pomidorun da bazara çıxmasında gecikmələr olacağı gözlənilir. Bu gedişlə qarpızın da yetişməsi uzanacaq. Qeyri-sabit hava şəraiti ən çox tərəvəzlərə təsir edəcək. Tərəvəz seqmentində ən çox ziyan görən pomidordur. Soğana xeyli ziyan dəyib. Meyvələr üçün isə elə də böyük risk mövcud deyil".

Ekspert qeyd etdi ki, taxıl məhsulları da yağışdan ziyan görən məhsullar siyahısındadır: "Taxıla da yağıntılar xeyli ziyan vurub. Bəzi sahələrdə kiflənmə, yatma müşahidə edilir. Normalda may ayının 20-dən arpa yığımı başlayacaq, iyunda isə buğda biçiləcək. Havalar bir az isindiyi təqdirdə bu məhsullarla bağlı problemlər aradan qalxa bilər".

İxrac olunan məhsullarla bağlı heç bir problem olmayacaq

Ekspertin fikrincə, yağıntılarla əlaqədar məhsullar az olacağından, qiymətlərin də artacağı qaçılmazdır: "Keçən il bu ildən daha çox məhsul əkilmişdi. Məsələn, keçən il 10 hektar badımcan əkilmişdisə, bu il bu rəqəm 2 hektardır. Pomidor bu il daha çox əkilib. Lakin daşqınlar səbəbindən əksəriyyəti tələf oldu. Aran zonasında Beyləqan və Yevlaxda pomidorları don vurdu. Bu səbəbdən pomidor ilk dövrlərdə baha ola bilər. Lakin payıza doğru bahalaşma səngiyəcək".

E.Hüseynov bildirdi ki, ixrac olunan kənd təsərrüfatı məhsulları ilə bağlı heç bir problem olmayacaq: "Çünki ixrac üçün əsasən istixanalarda yetişdirilən məhsullar göndərilir".

"Aqroparklar yaradılmalıdır"

İqtisadçı Rauf Qarayev də qeyd etdi ki, yağıntılardan ən çox ziyan görən tərəvəzlərdir: "Yağış mütəmadi olaraq müşahidə olunarsa, yeraltı suların qalxması müşahidə edilir. Nəticədə insanlar əkdikləri tərəvəzləri yığa bilmirlər. Məhsul məhv olduğu üçün bazarda qiymətlərin yüksəlməsi müşahidə olunur".

R.Qarayev daxili bazarda qiymətlərin yüksəlməməsi üçün aqroparkların yaradılmasını zəruri sayır: "Aqroparklarda istənilən məhsulu yetişdirə bilərik. İqlim dəyişikliyi, yağıntılar aqroparklara təsir etmir. Belə olarsa, artıq bazarda məhsul qıtlığı da yaranmayacaq".

İdxaldan asılılıq artacaq

R.Qarayevin sözlərinə görə, kənd təsərrüfatı məhsulları ilə bağlı qıtlığı aradan qaldırmaq üçün idxala da yönələ bilərik: "Əgər yağıntılar səbəbindən ölkəmizdə məhsul qıtlığı yaranarsa, digər ölkələrdən idxal edə bilərik. İdxal istiqamətlərinə İran, Gürcüstan, Türkiyə, Rusiyanı daxil etmək olar".

Ekspert düşünür ki, artıq aqrar strategiyamızı dəyişməliyik: "Bütün dünyada iqlim dəyişir. Dünyada da isti regionlar soyuyur, şimal regionlarda istiləşmə baş verir. Bu da o deməkdir ki, artıq cənubda yetişən məhsullar şimalda da yetişdirilə bilər və ya əksinə. Bu səbəbdən ölkəmizin kənd təsərrüfatı strategiyasında dəyişiklik edə bilərik. Bunu edə bilsək, havaların sərt, qeyri-sabit keçməsi kənd təsərrüfatına o qədər də təsir etməz".

R.Qarayevin fikrincə, havaların yağışlı keçməsindən istifadə etməliyik: "Çünki kənd təsərrüfatı sahəsində su çatışmazlığı yaranır. Bunun qarşısını almaq üçün süni göllər yaradılmalıdır. Ölkəmizdə yağış sularından yetərincə istifadə edilmir. Yağışlı havanın çox olması daşqınların yaranmasına səbəb olur. Bu, bir çox hallarda məhsullara ziyan vurur. Bunun qarşısının alınması üçün bəndlərin möhkəmlənməsi işləri də aparılmalıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 653   Tarix: 25 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Bank Respublika" "AccessBank"ı alır

Bank Respublika-nın və AccessBank-ın səhmdarları Bank Respublika tərəfindən AccessBank-ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər. Əqdin 2026-cı ilin noyabr ayınadək tamamlanması planlaşdırılır. Əqd çərçivəsində AccessBank-ın mövcud səhmdarlar

21:00 137
.

"Oxumayım, YouTube-a video çəkim" - Bu düşüncə niyə təhlükəlidir?

"Yalnız "YouTube və sosial media ilə pul qazanım" düşüncəsi üzərində karyera qurmaq risklidir və bu model nadir hallarda dayanıqlı olur. Uğur mümkündür, amma bu yol çoxları üçün təsəvvür edildiyi qədər real deyil". Bunu BİG.AZ-a açıqlamasında İnformasiya Texnologiyaları üzrə Mühəndis-tədqiqatçı

12:52 169
.

3 illik universitet modeli gəlir - Azərbaycanda ali təhsildə YENİLİK - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanda ali təhsil sistemində yeni dəyişikliklərin tətbiqi məsələsi gündəmə gəlib. Belə ki, bakalavriat pilləsində bir sıra ixtisaslar üzrə təhsil müddətinin 4 ildən 3 ilə endirilməsi, magistratura təhsilinin müddətinin isə 1 ilə qədər azaldılması nəzərdə tutulur. Təklifin həyata keçirilməsi tələbələri

14:54 293
.

Aİ Ukraynaya 4,7 milyard avro ayıracaq

Avropa İttifaqı (Aİ) Ukraynaya hərbi məqsədlər üçün yaxın həftələrdə daha 4,7 milyard avro vəsait ayıracaq. xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Balaş Uyvari Brüsseldə keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, 2026-cı il üçün Ukraynaya hərbi məqsədlər üçün ümumilikdə 28,

20:45 128
.

NASA Marsda aşkarlanan həyat izlərini Yerə çatdıra bilmir: Səbəb nədir?

NASA Marsda vaxtilə həyatın mövcud olduğunu göstərən dəlillər aşkarlayıb, lakin bu mühüm nümunələrin Yerə gətirilməsi hələ də son dərəcə çətin məsələ olaraq qalır. Qaynarinfo "Newsweek"a istinadən xəbər verir ki, təxminən bir il əvvəl NASA "Perseverance" marsdaşıyan aparatının kəşfin

22:45 29
.

Naxçıvanda 250 minlik DƏLƏDUZLUQ: dövlət qurumunun adından saxta sənəd verirmiş

Dövlət qurumunun adından istifadə edərək vətəndaşları aldatmaqda şübhəli bilinən İlkin Abdullayev polis əməkdaşları tərəfindən saxlanılıb. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən -a verilən məlumata görə, araşdırmalarla onun vətəndaşlara obyekt tikintisinə sərəncam verilməsi ilə bağl

18:45 170
.

Almaniyada radikal sağ yüksəlişdə: Avropanı hansı təhlükələr gözləyir?

"Son günlər Almaniyada "faşistlərin yenidən hakimiyyətə gəlməsi" ilə bağlı müzakirələr genişlənib. Hesab edirəm ki, məsələyə emosional deyil, siyasi reallıqlar əsasında yanaşmaq lazımdır. Əvvəla, burada "faşistlərin hakimiyyətə gəlməsi" ifadəsini birbaşa tarixi faşizmin təkrar

14:21 174
.

"Öz ərizənlə işdən çıx": İşçi məcbur edildiyini məhkəmədə necə sübut edə bilər? - VƏKİLDƏN AÇIQLAMA

İşçinin öz ərizəsi ilə işdən çıxması əmək müqaviləsinə xitamın qanunda nəzərdə tutulan əsaslarından biridir. Lakin işçi ərizəni öz iradəsi ilə deyil, işəgötürənin təzyiqi, hədəsi və ya məcburiyyəti nəticəsində yazıbsa, bu hal əmək hüquqlarının pozulması məsələsini gündəmə gətirə bilər. Əmək Məcəlləsini

13:34 399
.

Putin Hindistanda : 3 günlük səfər başlayıb - AÇIQLAMA

Rusiya Prezidenti Vladimir Putinin Hindistana üçgünlük səfəri başlayıb. Səfər çərçivəsində Rusiya və Hindistan arasında siyasi, iqtisadi və enerji əməkdaşlığının eləcə də, beynəlxalq gündəmin əsas məsələlərinin müzakirəsi gözlənilir. Mövzu ilə bağlı -a açıqlama verən siyasi şərhçi Mərahim Nəsibov Putini

17:22 182
.