Üçüncü övladını dünyaya gətirərkən öldü... - Video
Bakıda 3-cü uşağını qeysəriyyə üsulu ilə dünyaya gətirən 33 yaşlı Günay Məmmədova 13 gün komada qaldıqdan sonra vəfat edib. Ailəsi qadının ölümündə həkim səhlənkarlığının olduğunu iddia edir.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Xəzər TV-yə mərhumun anası danışıb.
"Körpə uşaqdır ikisi də, heç biri qalmır. Gecələri də yatmırlar. "Anam hanı, nənə? Anam niyə gəlmir?", deyə soruşurlar...", - ana bildirib.
Valideynin sözlərinə görə, qeysəriyyə əməliyyatı Yeni Klinikada uzman cərrah mama-ginekoloq Sevinc Məmmədova tərəfindən həyata keçirilib. Xəstə doğuşdan sonra palataya yerləşdirilib.
G.Məmmədovanın anasının dediyinə əsasən, qızında əməliyyatdan sonra qanaxma baş verib, həkimlərsə bundan gec xəbər tutublar: "Neçə dəfə UZİ-yə gedib, poliklinikada olub. Sapsağlam idi. Qızımı əməliyyat edəndən sonra aparıb palataya yerləşdiriblər. O, palatada yox, reanimasiyada qalmalı idi, 5-10 dəqiqədən bir təzyiqi ölçülməli idi. Təzyiqi ölçülsəydi, nəzarətsiz palatada qalmasaydı, biləcəkdilər ki, təzyiq düşür, demək nəsə normal deyil… Tamam təzyiqi düşüb, halı pis olub yıxılıb. Doğuşdan sonra qanaxma baş verib".
Məsələ ilə əlaqədar TƏBİB-dən bildirilib ki, ölüm halları Tibbi Şura tərəfindən və TƏBİB-in müvafiq komissiyalarında ixtisaslı mütəxəssislərin iştirakı ilə araşdırılır.
Qeyd edək ki, G.Məmmədova mayın 6-da xəstəxanaya yerləşdirilib. Qeysəriyyə üsulu ilə uşaq dünyaya gətirən qadın 13 gün komada qaldıqdan sonra, ayın 19-u vəfat edib. Ölüm hadisəsi olduğuna görə, prokurorluqdan xəstəxanaya gəliblər, meyit yarılmağa göndərilib, hazırda ekspertizanın rəyi gözlənilir.
G.Məmmədovanın 4 və 6 yaşlı daha iki oğlu var.
Daha ətraflı süjetdə:
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1138 Tarix: 24 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş58 ölkədən 150 diplomat Xankəndidə - Bu səfərin əsas məqsədi nədir?
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri regionda gedən proseslərin beynəlxalq ictimaiyyətə yerində nümayiş etdirilməsi baxımından diqqət çəkir. Sentyabrın 11-də başlayan iki günlük səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edə
16:59 183 Böyük Qayıdışın ünvanı Qarabağ: Diplomatik korpus bölgədə - Ekspert ŞƏRHİ
Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərliyi ilə diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə səfəri xüsusi əhəmiyyət daşıyır. Diplomatları
17:17 159 Şəfiqə Məmmədova kimdir? - Burla xatun, Gülya, Cəbiş müəllimin arvadı...
Xəbər verdiyimiz kimi, Xalq artisti Şəfiqə Məmmədova bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilib. Şəfiqə Məmmədovanın qısa bioqrafiyasını təqdim edir:. Şəfiqə Məmmədova nə vaxt və harada anadan olub?. Şəfiqə Məmmədova 1945-ci ilin 30 mart tarixində Dərbənd şəhərində anadan olub. Şəfiq
18:30 151 Nazir yeni Baş İdarə yaratdı - Mərhum prokurorun general oğlunu rəis təyin etdi
Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatında yeni Baş İdarə yaradılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, yeni yaradılan qurumun adı Fəaliyyətin təşkili və əlaqələndirmə Baş İdarəsidir. Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Mülki Müdafiə Qoşunlarını
13:07 240 Hikmət Hacıyev: "Azərbaycanın bərpa təcrübəsi digər münaqişə zonalarında tətbiq edilə bilər"
"Azərbaycanın müharibədən sonrakı bərpa və əhalinin qayıdışı ilə bağlı topladığı təcrübə dünyanın münaqişə, eləcə də savaşlardan zərər çəkmiş digər regionlarında tətbiq oluna bilər". BİG.AZ "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi
12:20 102 50 min, 200 min, 500 min manat - Vergidən yayınmada cəzalar necə dəyişir?
"Vergilər Məcəlləsində vergi hesabatlarının və digər məlumatların təqdim edilməsi ilə bağlı hüquqpozmalara görə maliyyə sanksiyaları nəzərdə tutulub". Bunu BİG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib. O, qeyd edib ki, qanunvericilikdə nəzərdə tutulmuş vergi hesabatlarını
13:07 206 Xankəndidə nə qədər insan yaşayır?
Xankəndidə genişmiqyaslı yenidənqurma və tikinti işləri həyata keçirilir, ilk sakinlər artıq Xankəndiyə, eləcə də Kərkicahan kəndinə qayıdırlar. Qaynarinfo xəbər verir ki, bu barədə Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov diplomatik korpusu
13:13 210 Daşınmaz əmlak alarkən bu səhvə yol verməyin - pulunuzu itirə bilərsiniz
"Daşınmaz əmlakla bağlı hüququn ən etibarlı təminatlarından biri dövlət qeydiyyatıdır. Vətəndaş torpaq, mənzil və ya qeyri-yaşayış sahəsi əldə edərkən həmin əmlakın hüquqi statusunu mütləq araşdırmalıdır. Əmlakın kimə məxsus olması, üzərində həbs, ipoteka, icarə hüququ və ya digər məhdudiyyətləri
12:18 164 Açıq satılan quru meyvələr nə qədər təhlükəsizdir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Marketlərdə çəki ilə və açıq şəkildə satılan quru meyvələrin təhlükəsizliyi ilə bağlı suallar yaranır. Xüsusilə məhsulların açıq mühitdə saxlanılması, toz və digər xarici təsirlərlə təmasda olması, eləcə də hansı şəraitdə qorunduğunun istehlakçı üçün hər zaman aydın olmaması diqqət çəkir. Bəs açıq şəkild
12:56 212