Qarayaxma kampaniyası Azərbaycan polisini haqq yolundan döndərə bilməz

Qarayaxma kampaniyası Azərbaycan polisini haqq yolundan döndərə bilməzAzərbaycanda hökm sürən ictimai-siyasi sabitlik, təhlükəsizlik respublikamızda əldə olunan ən mühüm nailiyyətlərdən biridir. Sabitliyin əldə olunmasının və vətəndaşların təhlükəsizliyinin təmin edilməsinin arxasında böyük zəhmət, fasiləsiz xidmət dayanır. Bu xidməti isə Azərbaycanın hüquq mühafizə orqanları, polis həyata keçirir. Hüquq-mühafizə orqanlarının əsas sütunlarından olan şanlı polisimiz dövlətimizin və dövlətçilik ənənələrimizin əsas sütununu təşkil edir. Səbir, qətiyyət və milli məsuliyyət hissi ilə çalışan polis əməkdaşlarımız bu gün də dövlətçiliyimizin və xalqımızın təhlükəsizliyinin keşiyində qürurla dayanır. Bütün bunların nəticəsidir ki, ölkə rəhbərliyinin etimadını doğruldan Azərbaycan polisi xalqın inamını, etibarını tam qazana bilib. Vətəndaşlarımız polisin yanında özlərini tam təhlükəsiz hiss edir, kriminal ünsürlər, qanun pozucuları isə əksinə polisdən qaçıb gizlənməyə çalışırlar. Hər ölkədə bu belə deyil. Hətta bəzi Qərb ölkələrində belə cinayətkarlar polislərlə əməkdaşlıq edir, əlbir olur, mülki vətəndaşlar isə özlərini həm canilərdən, həm də polisdən qorumalı olurlar.
Azərbaycan polisinin artan nüfuzundan, uğurlu fəaliyyətindən, qətiyyətindən narahat olan bəzi xarici və daxili qüvvələr onu ləkələməyə, gözdən salmağa çalışırlar. Ölkədə siyasi sabitliyi pozmaqda, qarışıqlıq yaratmaqda olan qüvvələr son 6 ildə Azərbaycan polisinə qarşı mütəşəkkil qaydada qarayaxma kampaniyasını daha da gücləndiriblər. Həm pandemiya, həm 44 günlük Vətən müharibəsi, həm də ondan sonrakı dönəmdə ölkədə sabitliyin, təhlükəsizliyin təmin edilməsi üçün 24 saat yorulmadan çalışan polis şər qüvvələrin əsas hədəfində oldu. Məqsəd aydın idi. Polisi ləkələmək, gözdən salmaq, ona olan ictimai inamı sarsıtmaq və bu yolla dövlət-xalq arasında bağları zəiflətmək, xaos yaratmaq və s. Bu prosesdə hansı qüvvələrin maraqlı olduğunu təxmin etmək bir o qədər çətin deyildir. Polis əməkdaşlarının uğurlu fəalliyətinin və dövlətə sədaqətinin nəticəsidir ki, bu gün ölkəmiz ən sabit, ictima əsaişin ən yüksək formada qorunduğu bir ölkə olaraq tanınır dünyada. Qonşu və digər ölkələrdə insan alverinin, narkomaniyanın, kiber cinayətkarlığın və s. baş alıb getdiyi bir vaxtda Azərbaycan polisinin fədakarlığı və gərgin əməyinin nəticəsində ölkəmizdə bu və digər cinayətlər demək olar ki, minumum həddə çattırılıb. Bütün bu müsbət tendansiyalırın olması yorulmaz və peşəkar fəaliyyətin, qətiyyətli mövqeyin və sədaqətli xidmətin nəticəsidir.
Azərbaycanın uğurunu, inkişafını istəməyən qüvvələr polisə qarşı qarayaxma kampaniyasını təşkil edir, buradakı əlaltılarına sifarişlər verirlər. Erməni lobbisinin pulu ilə hərəkət edən beynəlxalq təşkilatlar və onların sifarişini yerinə yetirən sapı özümüzdən olan baltalar milli dəylərimizə, dövlətçilik ənənələrimizə zərbə vurmaqla məşğuldurlar.
Azərbaycanın radikal müxalifətinin aparıcı simaları olan antimilli Milli Şuranın üzvləri, AXCP sədri Əli Kərimli, xaricdə oturub dövlətə qarşı müharibə elan etmiş Qənimət Zahid və onların aləti olan Mehman Hüseynov kimi kəslər son vaxtlar bütün fəaliyyətlərini az qala, polisə qarşı yönəldiblər, gecə-gündüz polisi qaralamaqla məşğuldurlar. Bununla da onlar xaricdəki erməni lobbisinin, beynəlxalq təşkilatların və uğurumuzu gözü götürməyən dövlətlərin xüsusi xidmət orqanlarının çirkin sifarişlərini yerinə yetirirlər. Təbii ki, bu "xidmətləri"nə görə mükafatlandırılırlar.
AXCP sədri Əli Kərimli və ona yaxın olan media qurumları hər gün polisin fəaliyyətini tənqid edən açıqlamalar verir, məqalələr, videolar hazırlayıb saytlarda, sosial şəbəkələrdə paylaşırlar. "5-ci kolon"nun sifarişlərini yerinə yetirən belələri dövlətə, polisə qarşı ictimai etimadsızlıq toxumu səpməklə məşğuldurlar. Sözdə demokratiya, qanunun aliliyi uğurunda mübarizə aparan, əslində isə özlərinin merkantil maraqlarını güdən, daha çox qrant almaq, gəlir əldə etmək üçün çalışan bu qüvvələrin iç üzü Azərbaycan xalqına yaxşı tanışdır. Sosial şəbəkələrdə xüsusi faəllıq göstərən Əli Kərimlinin anti-milli komandasının əsas hədəfi hüquq mühafizə orqanları və xüsusilə polis orqanlarıdır.
Elə bir ölkə, hətta elə bir şəhər, rayon, kənd yoxdur ki, orada cinayət hadisəsi baş verməsin. Azərbaycanda kriminogen durum nəzarət altındadır. İnkişaf etmiş ölkələrdə bir gündə baş verən cinayətlərin sayı Azərbaycanda bir ayda baş verən cinayətlərin sayından daha çoxdur. Dünyanın heç bir ölkəsində baş verən cinayətlərin heç də hamısının üstü vaxtında açılmır və ya ümumiyyətlə açılmır. Bu baxımdan Azərbaycanda üstüaçılmayan cinayətlərin sayı çox azdır. Baş vermiş hansısa cinayət hadisəsinə görə bütün polis sisteminin hədəfə alınması qeyri-peşəkarlığın və niyyətin çürüklüyünün göstəricisidir. Həm AXCP-nin ölkədəki əlaltıları, həm də xaricdəki söyüş müxalifəti yorulmadan gecə-gündüz polisi hədəf alırlar, cinayətkarı tapmamaqda, hətta onu gizlətməkdə ittiham edirlər. Çox ucuz, gülməli, qeyri peşəkar arqumentlər irəli sürürlər. Baş verən cinayət hadisələri ilə bağlı müxtəlif versiyalar səsləndirilir. Onlar üçün həqiqətin nə olduğunu söyləmək çətindir. Çünki onların sifariş aldığı yerlər ölkəmizi hədəfə alıb bütün sahələr üzrə ləkələməklə məşğuldurlar.
Bütün baş verənlər bir daha göstərir ki, Azərbaycan polisi düzgün yoldadır və ona qarşı şəhr-böhtan atanların məqsədi dövlətimizi zəiflətmək, polisi haqq yolundan döndərmək, ölkədə xaos yaratmaq və bu qarışıqlıqdan öz maraqları üçün yararlanmaqdır. Onların arzuları gözlərində qalacaq. Çünki Azərbaycan polisi öz fəaliyyətini Əli Kərimlinin, Qənimət Zahidin, Mehman Hüseynovun istəkləri, arzuları üzərində deyil, beynəlxalq hüquq, Azərbaycan Konstitusiyası, Polis Haqqında Qanun çərçivəsində qurur və ali məqsədləri xalqa şərəflə xidmət etmək, dövlətin qanunlarını icra etmək, ölkə başçısına sədaqətlə bağlı olmaqdır.

Ramiz Alıyev
İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının sədri


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2275   Tarix: 22 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.